CƏHALƏTLƏ MÜCADİLƏ (s.23)
«Yeni Füyuzat» jurnalı, 30 noyabr 1910, № 7. «Cəhalətlə mücadilə» sərlövhəsi ilə dərc olunmuşdur. «Gülzar» dərsliyində (s.127) və ilk avtoqraflarda şer belə adlanır. Müəllif ilk nəşrdə sərlövhəni dəyişdirmiş və sonrakı üç nəşrə də şeri «Zamanın inqilabçılarına» adı ilə daxil etmişdir.
Avtoqrafda şerin 1908-ci ildə yazıldığı göstərilir.
VƏTƏNƏ QAYIDARKƏN (s.23-24)
Bütün nəşrlərə daxil edilmişdir. Uzun müddət ayrılıqdan sonra uşaqlığını keçirmiş Tiflis şəhərinə qayıtması münasibətilə yazılmış bu şer ilk dəfə «Gülzar» dərsliyində «Vətənə övdətimdə» sərlövhəsi ilə dərc edilmişdir. (Bakı, 1912, s. 130-131). Avtoqraflarda şerin yazılış tarixi 1909-cu il göstərilir. Müəllif şer üzərində bir neçə dəfə işləmiş, düzəlişlər aparmışdır. Burada son nəşr əsas götürülmüşdür.
KÖY DÜYÜNÜ (s.24-27)
Borçalı türklərinə həsr edilmiş bu şer ilk dəfə «Gülzar» dərsliyində eyni adla dərc edilmişdir (Bakı, 1912, s. 97-99). Avtoqrafda şerin yazılma tarixi 1909-cü il göstərilmişdir. Burada «Gülzar» dərsliyindəki nəşr əsas götürülmüşdür. Heç bir nəşrə salınmayıb.
HƏR ŞEY KÖHNƏ (s.27)
Bütün nəşrlərə daxil edilmişdir. Avtoqraflarda 1909-cu ildə yazıldığı göstərilir. Bir neçə dəfə müəllif tərəfindən işlə-
nən bu şerin son variantı əsas götürülmüşdür.
VƏRƏMLİ HƏYAT (s.27-28)
«Həqiqət» qəzeti, 4 aprel 1910, № 73. Qəzetdə şer yanlış olaraq «Həyati-münəvvərim» adı ilə dərc edilmişdir. Avtoqrafda isə «Həyati-müvərrim», yəni «Vərəmli-həyat» şəklində yazılmışdır. Ancaq birinci nəşrə daxil edilmiş və müəllif şerin adını sadələşdirərək «Vərəmli həyat» qoymuşdur. Avtoqraflarda şerin yazılış tarixi 1909-cu il göstərilmişdir.
Əliabbas Müznib «Sürudi» imzası ilə «Zənbur» jurnalında həmin mənzuməyə parodiya yazmışdır: Şaiq əfəndinin bədaye-fikrindən, «Zənbur» jurnalı, 23 aprel 1910, № 13, s. 2-3.
İKİ QARLANĞIC (s.28)
«Gülzar», Bakı, 1912, s.3-4. Birinci, ikinci və dördüncü nəşrlərə daxil edilmişdir. Bütün avtoqraflarda şerin yazılış tarixi 1909-cu il göstərilir. Müəllif birinci nəşri çapa hazırlarkən şer üzərində yenidən işləmişdir. Burada son nəşr əsas götürülmüşdür.
Dostları ilə paylaş: |