MARŞ (s.60)
«Açıq söz» qəzeti, 6 fevral 1918, № 674. İndiyədək heç bir nəşrə daxil edilməmişdir. Avtoqrafda şerin yazılış tarixi 1918-ci il göstərilmişdir.
NEÇİN BÖYLƏ GECİKDİN (s.61)
«Açıq söz» qəzeti, 7/20 iyul 1918. «Açıq söz» qəzetində belə bir qeyd var: «Şerin surəti götürülübdür». Şer 1918-ci ildə rus siyasətinin davamçıları, ermənipərəst hərbi qüvvələr tərəfindən Bakının al qana qəltan edilməsi əleyhinə yazılmışdır. Bakının xilaskar hərbi könüllüləri içərisində məşhur Ənvər paşanın, A.Şaiqin böyük qardaşı Yusif Ziyanın da silahlı dəstəsi var idi (bax: Dr. Akdes Kurat (1798-1919). Ankara).