Эярдяни аь гу кими



Yüklə 1,46 Mb.
səhifə94/96
tarix10.01.2022
ölçüsü1,46 Mb.
#108343
1   ...   88   89   90   91   92   93   94   95   96
ŞAİR VƏ QADIN
İlk dəfə «Açıq söz» qəzetində dərc edilmişdir (8, 13 mart 1916, № 130, 131). Seçilmiş əsərlərin heç bir nəşrinə salınma­mış­dır. Müəllif bu dramatik poemanı (avtoqraflardan birində «Mənzum dram» adlandırılır) dördüncü nəşr üçün işləmiş, yeni əlifba ilə yazı makinasında yazdırmışdır. Burada poema­nın son variantı əsas götürülmüşdür. Həmin nüsxədə əsərin yazılış tarixi 1911-ci il mart ayı göstərilir. Daha əvvəlki əl­yaz­malarında isə 28 iyul 1913-cü ildir. Birinci tarixi biz daha doğru hesab edirik. İlk iki avtoqrafda poemanın başlanğıcında nəsrlə bir giriş verilmişdir. Müəllif son vaxtlarda həmin parça­nı ixtisar etdiyi üçün burada verməyi məqsədəuyğun hesab et­dik:
QADIN VƏ ŞAİR
Yaşıl bir çəmənzarın səhər – axşamlar ətrafa yaydığı hüzn və şadiyi seyr etməyə məftun iki vücud tanıyıram. Biri ərkək, o birisi qadın. Elə ki, dan yeri sökülür, məşriq yavaş-yavaş qızarmağa başlardı, hər ikisi ayrı-ayrı cəhətlərdən ha­man çəməndə bir-birilərindən fasiləli bir yerdə oturarlardı. Gü­nə­şin tüluini, seyrək buludların göy üzündə bir-birini qova­lı­yır kimi axıb, sürətlə getməsini usanclıqdan tərlər içində qızarmış-qalmış gözəl bir qız üzü kimi şəbnəmlərə bürünmüş qönçələrin açılmağa başlamasını uzun-uzadı seyr edərlərdi. Yainki qürub zamanı ormanların nəhayətindəki sarıya mayil yarpaqlar arasında günəşin batır kimi görünməsini, ağır-ağır buludların ordu kimi üfüqlərdən hücum edərək göy üzünü qaplamasını, təbiətin hüzn və kədər içində boğularaq həzin-həzin ağlamasını sönük nəzərləri ilə süzərlərdi. Nəsimi-sə­hə­rin təsiri ilə bir qönçənin ilk açması, təravətli şux çöhrəsi ilə təbiəti salamlaması qəlblərində dadlı düşüncələr doğurduğu kimi haman qönçələrin qüruba qarşı soluq-soluq boynunu bük­məsi də hər ikisinin boynunu bükər, saatlarca düşündürər­di. Bu iki vücudun bir zamanda, bir yerdə hüzuru, hər iki qəlbi bir-birinə yaxınlaşdırmaqda idi. Bu təsadüf hər ikisinin bir dərd­li olmağını göstərdiyindən, bir-birini yaxından tanıyıb bilmək arzusu hər ikisində artmağa başlamışdı. Günəş bütün böyüklüyü ilə yüksələrək, zərrin şəfəqlərini təbiətin üzərinə bir nur sətrəsi kimi fərş etmişdi. Bülbüllər bağırır, arılar, kə­pə­nəklər çiçəkdən-çiçəyə dolaşaraq kiçik xortumları ilə şəhd və mum toplayırlardı. Təbiət yeni bir gəlin kimi bəxtiyar təbəssümlər saçırdı. Hava olduqca saf və olduqca gözəl idi. Qadın bu gözəllik, bu fövqəladəlikdən istifadə edərək hoppa bir cocuq kimi sapı bir kəpənək arxasınca qaçaraq, o canlı çi­çə­yi tutmağa və yaxından seyr etməyə çalışırdı. Bu iki canlı çi­çəyin qaçışması ərkəyi də yolundan çıxardı. Ağır-ağır ad­dım­larlaonlara doğru yürüməyə başladı. Kəpənək bir çiçəyə qonmuşdu. Qadın da yavaş-yavaş kiçik əllərini uzadaraq onu tutmaq istədi. Kəpənək qanadlarını iki sarı bayraq kimi açaraq uçub getdi. Qadın mütəəssir olaraq: «Dünyada sevdiklərimdən istehza və nifrətdən başqa bir şey qismət deyilmiş», - dedi. Bu söz­ləri o qədər həzin bir tövr ilə dedi ki, ərkəyin qəlbində dəxi acı bir təəssür oyandı. Biixtiyar sözə başlayaraq: «Əvət, acı istehza, həm də acı xatirat» – deyə cavab verdi. Hər iki göz bir dəqiqə bir-birinə dikildi. Hər ikisi bir-birinin gözləri içindəki keçmiş xatiratın acı təsirlrini hiss etməyə başladı. Bu hiss iki qəlbi bir-birinə yaxınlaşdırmağa bir vəsilə oldu.
KİMDİR HAQLI?
Eyni adla 1913-cü ildə Bakıda kitabça şəklində nəşr edil­miş­dir. Komediya L.N.Tolstoyun «Kto prav?» əsərindən iqti­bas edilmişdir. Ancaq L.N.Tolstoyun əsəri ilə A.Şaiqin pyesi arasındakı oxşarlıq əsasən adındandır. Müəllif pyesi sonralar iləmiş və əsərlərin sonuncu nəşrinə daxil etmişdir. Son avtoq­raf­larda pyesin yazılış tarixi 1912-ci il göstərilmişdir. Bu nəşrə 1913-cü ildəki kitab variantı salınmışdır.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin