Эярдяни аь гу кими


Gültək bir az açıl, danış və söylə!



Yüklə 1,46 Mb.
səhifə62/96
tarix10.01.2022
ölçüsü1,46 Mb.
#108343
1   ...   58   59   60   61   62   63   64   65   ...   96
(Çubuğunu boşaldıb anası Qəmərə

yaxınlaşaraq)
Gültək bir az açıl, danış və söylə!


Q ə m ə r

Nə söyləyim? Açıl bənim başımdan.



R ü s t ə m

Bir az yenə danış cavanlığından.

Atam səni əvvəlcə harda gördü?

Sənmi sevdin onu, yoxsa o sevdi?


Q ə m ə r
Ələ salmamısan, rədd ol, ay çağa?
R ü s t ə m
Salmamışam səni ələ, ay ağa,

İstiyorum bir azca söhbət edək.


Q ə m ə r

Kefim yoxdur, başımı eləmə təng.


R ü s t ə m
Eləmirsən indi bənimlə söhbət?
(tərəfə)
Kefə götürrəm bən səni bu saət

Hanı düdük, hanı? Əlimə alım,

Bir az anam üçün oxuyub çalım.
(düdüyü götürüb çalır)

İrəvanda mən işlərəm,

Xəncərimi gümüşlərəm,

Bir öpərəm, üç dişlərəm,

Üç telli, dörd telli, ğeş telli durna.
Haralısan, haralı, durna,

Sənsən aləmin maralı durna.

Evlərinin ardı təpə,

Yağış yağar səpə-səpə.

Oyadaram öpə-öpə,

Üç telli, dörd telli, beş telli durna.

Haralısan, haralı, durna,

Ovçu əlindən yaralı durna.


Q ə m ə r
Bu havanı gözəl çalırdı atan,

Oxuyurdu, valeh olurdu insan.


R ü s t ə m

Atam ki, var dünyada tək kişiydi,

O tutduğu işlər kimin işi idi?

Gözəl, üca boylu bir insan imiş,

Adlı, sanlı igid pəhləvan imiş.

Söylə görüm, atammı sevdi səni,

Yoxsa sənmi?
Q ə m ə r

Yox, yox, o sevdi bəni.


R ü s t ə m
Atam sevmiş səni? Bəs bən eşidən,

Ölürmüşsən onun məhəbbətindən.

Gecə qapıları özün açmısan,

Qoşulmusan rəhmətliyə, qaçmısan.


Q ə m ə r

Bəsdir, bəsdir, danışma çox Allahsız.


R ü s t ə m

Aləm deyir, bən demirəm ki, yalqız

Deyirlər ki, çox gözəl idi atan,

Anan sevdi gətirdi.


Q ə m ə r
Danışma böhtan.

Məgər ondan əksik idim bən özüm?

Oğlanlardan can alrdı qaş-gözüm.

Cavan idim, gözəl idim, çağ idim,

Lalə tək qırmızı, su tək ağ idim.

Atan hər gün yol üstündə dururdu,

Bənə baxır, bığlarını bururdu.

Çöldə çiçək dərib bir-bir qoxurdu,

Qəmli-qəmli mahnılar oxuyurdu.
R ü s t ə m
Səni o çox sevirmiş, söylə görüm,

Sən də onu sevirdinmi?


Q ə m ə r

Nə deyim…

Heç kəs bənim ürəyimi bilmiyor,

O öləndən bəri qəlbim gülmiyor.

Beş yaşında uşaq idin sən onda,

Oyniyordun öz başına bir yanda.

Ondan sonra bən dirilik etmədim,

Çox istəyən oldu, ərə getmədim.


(Bir uşaq qaça-qaça gəlib)
Rüstəm əmi, tez ol, bir yekə dana,

Haradansa girib sizin bostana.

Yıxıb bütün qovun-qarpız tağını,

Dağıdır indi də qonşu bağını.


R ü s t ə m

Nə diyorsun? Vay!..


Q ə m ə r
Tez ol, get baş çək!
(gedirlər)
Bənimlə söhbət eliyor bu dəbnək.

Kişi kibi arvad gedib işliyor,

Uşaq tək bu evdə milçək kişliyor.

Ax, ay keçən günlər, keçən kişilər,

İndikilər də adların qoyub ər.

İş üstündə arvadla höcətləşir,

Bənim işim səndən çətindir diyor.

Biz ki, belə şeyləri heç görmədik,

Dünyada bilmədik nədir tənbəllik,

İndikilər ancaq canın bəsliyor.

Biz işi bir-birimizdən qapırdıq,

İş üstündə atlı kibi çapırdıq.

Bu ondandır ki, yox sevgi, məhəbbət,

İndikilərdə qalmayıb sədaqət.
(Rüstəm acıqlı yavaş-yavaş gəlir)
Q ə m ə r

Rüstəm, nə var?




Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin