İKİ FAMİLİYANIN MƏHVİ
«Köy düyünü» adı ilə ilk dəfə poemadan bir parça «Gülzar» dərsliyində çap olunmuşdur (Bakı, 1912, s.97-99). Həmin parçaya belə izahat verilmişdir: «İki familiya» adlı romandan kiçik parçadır». Poema tam şəkildə 1916-cı ildə «Doğru söz» qəzetində aşağıdakı sərlövhə ilə dərc edilmişdir: «İki kötük yaxud iki familiyanın məhvi. Bəradərim Firidun bəy Köçərliyə» (27 avqust, 10 sentyabr, 15 və 29 oktyabr nömrələri).
A.Şaiqin arxivində poemanın dörd avtoqrafı vardır. Müəllif 1956-cı ildə poemanın dili üzərində işləmiş və seçilmiş əsərlərin sonuncu nəşrinə daxil etmişdir. Bir avtoqrafda poema «Sönmüş iki familiya» adlandırılmışdır. 1909-cu ildə çapa hazır vəziyyətdə olan «Gülzar»da nəşr edildiyini və son nəşrdəki tarixi əsas götürərək, poemanın 1909-cu ildə yazıldığını daha doğru hesab edirik. Poema son nəşrin mətninə əsasən çap olunur.
Dostları ilə paylaş: |