Biz də kömək eyləyək.
Z ə h r a
(əlini uzadıb)
Ay Səadət,
Tut əlimi sən Allah, bircə qaldır,
Vay-vay ayaqlarım nə pis yatıbdır.
(Zəhra Səadətin əlindən tutub qaldırır,
hamı gedə-gedə)
M ə l ə k
Sağ ol, Allah mətləblərin yetirsin,
Hər ikisin boya-başa yetirsin.
G ü l s ə n ə m
S ə a d ə t
Boylə sözlər danışma, ay Gülsənəm,
Azmı bizim dadımıza yetmisən?
Xeyrimizə-şərimizə getmisən?
Hamımızın boynumuzda var haqqın.
H a m ı
Çox sağ olun!
G ü l s ə n ə m
Xoş gəldiniz.
Q ə m ə r
Sağ olun.
(Gedirlər. Gülsənəm yun və daraqları
cəm edə-edə)
G ü l s ə n ə m
Bunlar da qurtardı, yığım bir yana,
Amma sabah gərək qurulsun xana.
Yavaş-yavaş cəmim xurcun toxuyaq,
Xeyir işdir, lazımdır tez başlayaq.
Q ə m ə r
Hələ tez ol, cəld ol, yığışdır görək!
Rüstəm indi gələr, hazırla əkmək,
Burnumuzdan tökər sonra hamısın.
G ü l s ə n ə m
Oynamıram ki? Neyləyim, qoy gəlsin!
(Uşağın beşiyinə tərəf gedib diqqətlə
uşağın yatmasına baxır)
O xırda əllərə qurban olum bən
(Qəmərə)
Amma bu gün nə yaxşı yatdı nəvən.
(Rüstəm əlində ağac içəri daxil olur
və acıqlı bir səslə)
R ü s t ə m
Ay Gülsənəm, lap ölürəm acından,
Nəyin vardır? Tez ol gətir.
G ü l s ə n ə m
Bir dayan!
Nə xəbərdir, baş götürüb deyəsən.
R ü s t ə m
Çox danışma, gətir qatıq-çörəkdən.
İlan kibi, bir bax, qabıq qoymuşam,
Əziyyətdən dəxi cana doymuşam.
Qan-tər içindəyəm, görmürmü gözün?
G ü l s ə n ə m
Beş-on qarış gedib cüt sürmüsən?
Bən də evdə qalmamışam ki bikar!
R ü s t ə m
Neyləmisən, bir de görüm, a yassar?!
Bənim kibi gün altında bişmisən?
Əlləşməkdən əldən, dildən düşmüsən?
Əllərini qayış, kotan yeyibdir?
Bənim kibi qabarmı eləyibdir?
Əyilməkdən çəkəmmirəm belimi.
G ü l s ə n ə m
Yaxşı, yaxşı, açma bənim dilimi,
Görünür ki, evdə oynamışam,
His-tüstüdən, bir bax, bən də yanmışam.
Əlləşirəm dan açılandan bəri,
İşdən-gücdən durmamışam ki geri.
Neçə gündür başım işə qarışıb,
Əziyyətim, zəhmətim həddən aşıb.
On bir ayı yeyirsən, sallanırsan,
Bir ay az-çox zəhmətə qatlanırsan.
Nə var sənə? Bir kotandır, bir başın,
Bənim kibi yoxdur ki yüz cür işin.
Toy qabaqda, bənimlədir hər zəhmət
R ü s t ə m
Doğru deyirsən, ay atana rəhmət,
Nədir işin?
G ü l s ə n ə m
Dayan bir-bir söyləyim:
Sac asıram, fətir, əkmək yapıram,
Atlı kibi ora-bura çapıram,
Odun, çırpı daşıyıram şələ-şələ.
R ü s t ə m
Sonra?
G ü l s ə n ə m
Dayan, qurtarmadım bən hələ.
Allahın var günü hər səhər-axşam
İnəkləri, qoyunları sağıram
Becərirəm bostanını, bağını,
Saxlayıram ağlağan uşağını.
İki gündən bir yağ pendir tuturam,
Gün dirilik bənə olubdur haram.
Dana, buzov, cücə əlindən hələ
Qalmamışdır bəndə daha hövsələ,
Hankı birin bunların bən söyləyim?
R ü s t ə m
(gülə-gülə)
Bir neçə iş də qoy sənə bən deyim:
Qıllı itə axşamlar yal tökürsən,
Uşaqların yamaqların tikirsən.
Hər gün axşam güclü ocaq çatırsan,
Mürgüləyib camış kibi yatırsan.
Hay-hay, əgər bunlara bən iş desəm,
Bu dilimi lap kökündən kəsərəm.
G ü l s ə n ə m
İş deyil, bəs nədir?
R ü s t ə m
Nədir? Oyuncaq.
G ü l s ə n ə m
R ü s t ə m
Gün altında bir gün kotan sürərsən,
Nəyə deyirlər iş, onda görərsən.
Q ə m ə r
(Rüstəmə)
Sənin işin yalnız əkin-biçindir,
Ev işi də baxma, oğlum, çətindir.
Kişi fəhlə, amma arvad bənnadır.
R ü s t ə m
Yaxşı, yaxşı, bu da burdan banladı.
Bənna olmuş bənim üçün? Neyləyir?
Bən əlləşib, qazanıram, o yeyir.
G ü l s ə n ə m
Qəbul etsəm canına min zəhməti,
Sənin yanında yoxdur heç qiyməti.
İndi ki, bu yerə gətirdin işi,
Otur evdə sən, arvad ol, bən kişi.
Ev işlərin sən gör, çöl işlərin bən,
Sən də gör bir bən görən rahatlıqdan.
Razısanmı?
R ü s t ə m
Razıyam.
G ü l s ə n ə m
Dostları ilə paylaş: |