Eyni zamanda bu prosesə qoşulmaq onun dünya təhsil məkanına inteqrasiya etmək məqsədlərinə cavab verirdi



Yüklə 445 b.
tarix14.01.2017
ölçüsü445 b.
#235



Azərbaycan Respublikası təhsil sisteminin inkişafının əsas strateji istiqamətlərindən biri onun dünya standartlarına uyğunlaşdırılması, dünya təhsil məkanına inteqrasiya edə biləcək rəqabətqabiliyyətli milli təhsil sisteminin modelinin formalaşdırılmasıdır.

  • Azərbaycan Respublikası təhsil sisteminin inkişafının əsas strateji istiqamətlərindən biri onun dünya standartlarına uyğunlaşdırılması, dünya təhsil məkanına inteqrasiya edə biləcək rəqabətqabiliyyətli milli təhsil sisteminin modelinin formalaşdırılmasıdır.



Bu məqsədlə 2005-ci ildə Azərbaycan könüllü olaraq Bolonya prosesinə qoşuldu. Qloballaşma şəraitində vahid Avropa təhsil məkanında baş verən proseslərdən özünü təcrid etmə Azərbaycanın təhsil sistemi üçün mənfi nəticələrə gətirib çıxara bilərdi.

  • Bu məqsədlə 2005-ci ildə Azərbaycan könüllü olaraq Bolonya prosesinə qoşuldu. Qloballaşma şəraitində vahid Avropa təhsil məkanında baş verən proseslərdən özünü təcrid etmə Azərbaycanın təhsil sistemi üçün mənfi nəticələrə gətirib çıxara bilərdi.

  • Eyni zamanda bu prosesə qoşulmaq onun dünya təhsil məkanına inteqrasiya etmək məqsədlərinə cavab verirdi.

  • Bolonya prosesinə qoşulmaqla Azərbaycan öz milli ənənələrini saxlayaraq Avropa təhsil məkanının bir hissəsinə çevrilirdi, aparılacaq islahatların gələcək istiqamətlərini və onun hüdudlarını qabaqcadan müəyyənləşdirdi.



Bolonya bəyannaməsinin əsas tələblərindən biri olan - tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsi ali məktəblərimiz üçün yeni bir texnologiya oldu. Bu sistem tədris planlarının şəffaflığını təmin edir, təhsil proqramlarının akademik tanınmasına imkan yaradır, tədris planının strukturunu, tələbələrin dərs yükünü və onların təlimdə əldə etdikləri nəticələri əks etdirir. Tələbələr üçün bu sistem, xaricdə akademik tanınmaya zəmanət verir, digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır.

  • Bolonya bəyannaməsinin əsas tələblərindən biri olan - tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsi ali məktəblərimiz üçün yeni bir texnologiya oldu. Bu sistem tədris planlarının şəffaflığını təmin edir, təhsil proqramlarının akademik tanınmasına imkan yaradır, tədris planının strukturunu, tələbələrin dərs yükünü və onların təlimdə əldə etdikləri nəticələri əks etdirir. Tələbələr üçün bu sistem, xaricdə akademik tanınmaya zəmanət verir, digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır.

  • Bu sistemin tətbiq mərhələsi 2006/2007-ci tədris ilindən başlanılmış və hazırda bütün ali təhsil müəssisələrini əhatə edir.



Orta ixtisas təhsili müəssisələrində ali təhsil müəssisələrində oluğu kimi Avropa Kredit Transfer Sistemi tətbiq ediləcəkdir.

  • Orta ixtisas təhsili müəssisələrində ali təhsil müəssisələrində oluğu kimi Avropa Kredit Transfer Sistemi tətbiq ediləcəkdir.

  • Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır.

  • AKTS Avropa Komissiyası tərəfindən 1988-ci ildə hazırlanmış və 1989-cu ildə ERASMUS tələbə mobilliyi inkişaf proqramı çərçivəsində tətbiq edilmişdir.

  • Hazırda bu sistem kreditlərin transferi ilə yanaşı onların yığımı (accumulation) funksiyasını həyata keçirir.



Məlumdur ki, 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin dövrdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı olmuşdur.

  • Məlumdur ki, 2009-cu ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin dövrdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı olmuşdur.

  • Qanunda orta ixtisas təhsili müəssisələrində subbakalavr hazırlığının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Burada həmçinin orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğunun təmin edilməsi və subbakalavrların topladığı kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması öz əksini tapmışdır.

  • Bununla bağlı Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə təşkili barədə qaydalar hazırlanmış və təsdiq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.



“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr ratixli 156 nömrəli Fərmanının 2.2. bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 dekabr 2013-cü il tarixli 354 nömrəli Qərarı ilə “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nı təsdiq etmişdir.

  • “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr ratixli 156 nömrəli Fərmanının 2.2. bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 dekabr 2013-cü il tarixli 354 nömrəli Qərarı ilə “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nı təsdiq etmişdir.



Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli Qərarının icrasını təmin etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin (31.01.2014-cü il tarixli 101 nömrəli) əmri ilə nazirliyin müvafiq struktur bölmələrinə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə 2014/2015-ci tədris ilindən başlayaraq orta ixtisas təhsili müəssisələrində tədris prosesinin kredit sistemi ilə təşkilinin həyata keçirilməsi tapşırılmışdır.

  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli Qərarının icrasını təmin etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin (31.01.2014-cü il tarixli 101 nömrəli) əmri ilə nazirliyin müvafiq struktur bölmələrinə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə 2014/2015-ci tədris ilindən başlayaraq orta ixtisas təhsili müəssisələrində tədris prosesinin kredit sistemi ilə təşkilinin həyata keçirilməsi tapşırılmışdır.

  • Qaydaları Sizə təqdim edərək onun əsas məqamlarını və tətbiqi ilə bağlı problemlərini çatdırmaq istərdik.



Kredit – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.

  • Kredit – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.

  • Kredit -təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında qəbul olunmuş etalondur.

  • Kredit həmçinin təhsil proqramında fənn üzrə bilik və bacarığa (kompetensiya) qoyulan tələblərə nail olmaq üçün tələbənin əmək tutumunun ölçü vahididir.

  • Tələbənin əmək tutumu dedikdə onun mühazirələrin dinlənməsinə; seminar və laboratoriya işlərində iştirakına; imtahanların verilməsinə; müstəqil işə və s. sərf etdiyi vaxt nəzərdə tutulur. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir.



Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:

  • Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:

  • - auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;

  • - auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi);

  • - təcrübələrdə iştirak etməsi;

  • - laboratoriya işlərini yerinə yetirməsi;

  • - kurs işini və layihələrini hazırlaması və müdafiəsi;

  • - imtahanlara hazırlığı və imtahanları verməsi;

  • - buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də yekun dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.



Tədris prosesinin kredit sistemi ilə təşkilinin əsasında subyekt-subyekt təhsil paradiqması dayanır və bu sistemdə həmin konsepsiya daha tam gerçəkləşir.

  • Tədris prosesinin kredit sistemi ilə təşkilinin əsasında subyekt-subyekt təhsil paradiqması dayanır və bu sistemdə həmin konsepsiya daha tam gerçəkləşir.

  • Bu konsepsiyaya əsasən tələbə nəyi və necə öyrənməli olduğunu özü həll edir, müəllim isə onu diqqətlə müşahidə edir və onun fəaliyyətini lazımi istiqamətə yönəldir. Beləliklə, tələbə və müəllim tədris prosesinin bərabər hüquqlu iştirakçısı olurlar.



Kredit sisteminin 3 əsas funksiyası vardır:

  • Kredit sisteminin 3 əsas funksiyası vardır:

  • tədris prosesində tələbə və müəllimlərin bərabərhüquqlu subyekt kimi qəbul edilməsi;

  • tələbənin öz təhsil alma trayektoriyasını müstəqil müəyyənləşdirməsi və bununla da onun fəallığının artırılması;

  • - tələbənin mobilliyinin təmin edilməsi, yəni tələbəyə digər təhsil müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə şəraitin yaradılması və onun nəticəsinin təhsil aldığı təhsil müəssisəsində tanınması.



Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

  • Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

  • - hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və bu planın tərtibində onun iştirakı;

  • - orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyi;

  • - təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;

  • - tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;

  • - biliyin qiymətləndirilməsində çoxballı  sistemin tətbiqi;



- hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;

  • - hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;

  • - hər bir  fənn üzrə ayrıca jurnalın tərtibi;

  • - tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;

  • - təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;

  • - şöbələrin, fənn birləşmə komissiyalarının, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.



Kredit sistemində aşağıdakı tədris sənədlərindən istifadə edilir:

  • Kredit sistemində aşağıdakı tədris sənədlərindən istifadə edilir:

  • ixtisasın tədris planı;

  • ixtisasın tədris qrafiki;

  • ixtisas üzrə illik işçi tədris planı;

  • tələbənin fərdi tədris planı;

  • müəllimin illik işçi tədris planı.





Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

  • Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

  • məcburi və ardıcıl öyrənilən (prerekvizit) fənlər;

  • məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər;

  • tələbələrin öz seçimi əsasında öyrənilən fənlər.









Təhsilalanın fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.

  • Təhsilalanın fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir.



Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi (tədrisi ilk növbədə zəruri olan fənlər) gözlənilməklə, tələbənin fərdi tədris planı özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, orta ixtisas  təhsili müəssisəsi ona həm fənnin, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaranmadığı halda, bu tələb istisna edilir.

  • Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi (tədrisi ilk növbədə zəruri olan fənlər) gözlənilməklə, tələbənin fərdi tədris planı özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, orta ixtisas  təhsili müəssisəsi ona həm fənnin, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaranmadığı halda, bu tələb istisna edilir.



Orta ixtisas təhsili müəssisəsinə yeni qəbul olunan tələbələrə fərdi tədris planı birinci tədris ili üçün şöbə tərəfindən hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək şöbəyə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə orta ixtisas təhsili müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.

  • Orta ixtisas təhsili müəssisəsinə yeni qəbul olunan tələbələrə fərdi tədris planı birinci tədris ili üçün şöbə tərəfindən hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək şöbəyə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə orta ixtisas təhsili müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.



Müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir

  • Müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir



Təhsil proqramlarının tələbələr tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti, onların biliyinin qiymətləndirilməsi çoxballı sistemlə (100 ballı) həyata keçirilir.

  • Təhsil proqramlarının tələbələr tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti, onların biliyinin qiymətləndirilməsi çoxballı sistemlə (100 ballı) həyata keçirilir.

  • Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fəndən akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.



Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.

  • Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.

  • Orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi  1,5 kreditdir.

  • İxtisas üzrə təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir.



Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.

  • Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.

  • Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən (akademik borcu olanlar üçün isə ödənişli əsaslarla) hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) seçməyə icazə verilir.



Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:

  • Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:

  • akademik borcların ləğv edilməsi;

  • fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;

  • müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;

  • orta ixtisas təhsili müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər orta ixtisas təhsili müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.



Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

  • Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

  • Orta ixtisas təhsili müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.

  • Dövlət orta ixtisas təhsili müəssisələrində yay semestrinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin semestrdə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına həyata keçirilir.

  • Yay semestri və imtahanlar   növbəti semestrin başlanmasına  2 həftə qalana qədər başa çatdırılır.

  • İmtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizdən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.



Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə orta ixtisas təhsili müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.

  • Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə orta ixtisas təhsili müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.

  • Dövlət orta ixtisas təhsili müəssisələrində tyutorların sayı əlavə ştat vahidləri cəlb olunmamaqla, həmin müəssisələrin mövcud ştatlarının optimallaşdırılması hesabına tənzimlənir.

  • Tyutorlar ən azı bakalavr dərəcəsi və tədrisin təşkili sahəsində müəyyən təcrübəsi və səriştəsi olan  şəxslərdən seçilirlər.



Tyutorlar:

  • Tyutorlar:

  • tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;

  • tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;

  • tələbələrin fərdi planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;

  • Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;

  • tələbələrə fərdi tədris planlarında dəyişikliklər edilməsinə yardım göstərirlər;

  • yay semestrinin təşkilində iştirak edirlər.



Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.

  • Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.



Tələbənin akademik mobilliyini təmin etmək üçün aşağıdakı sənədlər olmalıdır (nümunələr Təhsil Nazirliyinin 31.01.2014-cü ul tarixli 101 nömrəli əmrinə əlavə olunub):

  • Tələbənin akademik mobilliyini təmin etmək üçün aşağıdakı sənədlər olmalıdır (nümunələr Təhsil Nazirliyinin 31.01.2014-cü ul tarixli 101 nömrəli əmrinə əlavə olunub):

  • akademik transkript;

  • tələbənin ərizə (təhsil alacağı dildə doldurulur)  forması;

  • tədris razılığı;

  • məlumat paketi.



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq olunmuş «Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»na dair bütün suallarınızı cavablandırmağa hazırıq.

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq olunmuş «Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»na dair bütün suallarınızı cavablandırmağa hazırıq.

  • Suallarınızı zehra.aliyeva@edu.gov.az ünvanına göndərə bilərsiniz.





Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin