İkinci dəstə: Hicabın Allah tərəfindən vacib olduğunu bildikləri halda və bununla belə hicab örtmələrinə baxmayaraq, üz-gözünü bəzədər, ətirlənər, zinətlənər, həmçinin cəzbedici və dar paltarlar geyinərək qəsdən öz gözəlliklərini naməhrəmə nümayiş etdirərlər. Özünü dini kimliyin sahibi kimi təqdim edən bu dəstədən olan xanımlar, hər hansısa məhsulun və ya özünün reklamı üçün bəzənib ortaya düşürsə, buna nə ad vermək olar?
Bu dəstənin bir neçə məqsədi ola bilər. O cümlədən;
-Cavanların şəhvətini təhrik etmək.
-Özlərinə ər axtarmaq.
-Camaat arasında dini gözdən salmaq.
-Fitnə törətmək.
-Pul qazanmaq və s.
Belələri sanki əllərinə qılınc alıb Allah-təala ilə vuruşanlardır. Belə ki, İmam Əli (ələyhissalam) buyurur: “Özünü başqalarına göstərmək üçün zinətlənərək Allaha qarşı üsyan etməkdən qorxun!”1
Dostları ilə paylaş: |