HƏYA
Əziz bacım! Cəmiyyətdə hicabsızlığın, fitnə-fəsadın və günahın yayılmasının başlıca səbəblərindən biri qadınlarda “həya”nın olmamasıdır. Həya, yəni utanmaq.
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Həya iki növdur: Ağıl və axmaqlıq həyası. Ağıl həyası - elm, axmaqlıq həyası isə cəhalətdir.1
Alimlər həyanı başqa cür də bəyan ediblər; bəyənilən və bəyənilməyən. Bəyənilən həya kimdə olarsa, o, istər təklikdə, istərsə də cəmiyyət arasında günaha yol verməz. Çünki bilmədiyini soruşur, öyrənir və özünü həmişə Allahın hüzurunda hiss edir.
Əksinə, bəyənilməyən həya kimdə olarsa, utancaqlığına və öz şəri məsələsini soruşmadığına görə günaha mürtəkib olur. Çünki cəhalət, insanı uçuruma aparır. Müsəlman gərək öz vəzifəsini yerinə yetirməkdə camaatdan, yox Allahdan utansın.
Dostları ilə paylaş: |