ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə18/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   14   15   16   17   18   19   20   21   ...   55
Əziz bacım! Binaların tinində dayanıb avara və nəşə çəkən oğlanlara heç fikir vermisənmi? Onlar günahkar olmalarına baxmayaraq, hicabın əzəməti qarşısında təslim olurlar. Belə ki, bəzən onlar, gəlib-gedən bəzənmiş, açıq-saçıq və qısa don geyən qızlara söz atır və onlara sataşırlar. Lakin hicablı bir xanımı gördükdə isə üzlərini yana çevirir, yaxud başlarını aşağı dikirlər. Səncə, nə üçün belə edirlər? Əlbəttə ki, onlar hicabın əzəməti önündə öz ehtiramlarını nümayiş edirlər.

Hicabsızlıq - saysız fəsadlarla nəticələnən çirkin bir işdir. Bu əməlin haram olması, Allahın Qeyrət sifətindən doğur.

İmam Sadiqdən (ələyhissalam) nəql olunmuş hədisdə oxuyuruq: “Allah-təala Qeyrətlidir və qeyrətli şəxsi də çox sevir. O (Allah), insanın qeyrətinə xatir onun günahlarını heç vaxt aşkar etməz!”1

Cəmiyyətdə qadınların açıq-saçıq gəzmələrinin əsas səbəblərindən biri də kişilərin qeyrətsizliyi və bu vacib məsələyə qarşı etinasız olmalarıdır. Qeyrəti olan kişi heç zaman öz namusunu yad kişilərə nümayiş etdirməz. Kişi həmişə öz namusunu qorumalı, lazım gələrsə, onun yolunda canından keçməlidir.

Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Həqiqətən qeyrət, imanın nişanələrindəndir.”2

Qeyrət sifəti insanın elə mühüm və həyati sifətlərindəndir ki, hər bir insanın düşməni onu məğlub etməkdən ötrü ilk növbədə ona əl atır. Müasir dövrümüzdə Qərbin, müsəlman ölkələrinə qarşı apardığı informasiya, mədəni müharibə və hücumunun ən aşkar taktikası “qeyrətsizik” şüarı və bunun müsəlman cəmiyyətində aradan aparılmasıdır. Onlar, çox yaxşı bilirlər ki, müsəlman xalqın qeyrəti ilk növbədə onun etiqadına və dininə bağlı olub, İslam dinindən mənşələnir. Ona görə də bu sahədə hər hansı ölkədə İslam dini ilə mübarizədə qeyrətsiz insanlardan istifadə olunur.

Qeyrətin ən mühüm üç hissəsi bunlardan ibarətdir: namus, din və vətən qeyrəti. Müsəlman ölkələrinin əksəriyyətində Qərbin bir sıra adətləri və psixologiyası o qədər geniş yayılıb ki, müsəlmanlar qeyrətsizliyə adət kimi baxırlar. Bu isə qeyrətsizliyin ən mühüm acı nəticələrindən biridir.

Adətən, müsəlman mintolitetinə görə torpağı işğal altında olan ölkə başçısının qeyrəti yol verməməlidir ki, düşməninə əl verib onunla görüşsün, yaxud onunla qucaqlaşıb öpüşsün və ya onunla gülə-gülə danışsın. Bu hal, ən azı o ölkənin torpağının qorunması uğrunda canlarından keçmiş şəhidlərə ehtiramsızlıqdır. Bu kimi hərəkətlər, bütöv bir müsəlman xalqın adına və qeyrətinə ləkə gətirməkdən başqa bir şeylə nəticələnməz.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin