ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə2/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   2   3   4   5   6   7   8   9   ...   55


ÖN SÖZ


Allah-təalanın insanlıq üçün qoyduğu qanunlar Qiyamətə qədər öz aktuallığını qoruyacaq. Əziz Peyğəmbərimizin (salləllahu ələyhi və alihi və səlləm) zamanında ümmətin etdiyi günahlar, O Həzrəti narahat etdiyi kimi, bu gün edilən günahlar da Zəmanə Sahibini (əccələllahu təala fərəcəhuşşərif) narahat edir. Bəli, həmin gühanlardan biri də hicabsızlıqdır.

Bacımın, o cümlədən bir çox Azərbaycan qadınlarının hicabsız olduqları məni də narahat etdiyinə görə onlara hicabın vacibliyini və mahiyyətini necə çatdırmağı düşünürdüm. Öhdəmdə olan bu iki vəzifəni (yaxşılıqlara dəvət pisliklərdən çəkindirmək) yerinə yetirmək üçün bacıma və onun timsalında olan qızlara və qadınlara bu kitabçanı tərtib etməyi qərara aldım.

Kitabçada olan mətləblərin bir hissəsi qəlbimin sözləridir. Bəzilərini tərcümə etdim, bəzilərini isə (şerlər, statistikalar) internetdən topladım.

Əgər Allah-təala bu kitabçanı qəbul edib savab yazarsa, onu ilk növbədə Vətən uğrunda canlarından keçən “şəhidlər”imizə, həmçinin xalqımızın qeyrətli, igid və şücaətli “hicab məhbusları”na və bütün “iffətli” xanımlara hədiyyə edirəm.

İlahi! Əhli-beytin xatirinə, bizim yaşayış və ölümümüzü Əhli-beytin yaşayışı və ölümü kimi qərar ver! Bizi bir an belə öz başımıza buraxma və aqibətimizi xeyirlilərdən et!

Moskva - 2020



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin