BƏHANƏLƏRƏ CAVABLAR Əziz bacım! Hicaba əhəmiyyət verməyən qadınların bəhanələrini qeyd edib onları cavablandırmaq istərdik:
Бәһанә 1: Mən Allaha inanıram və məncə bu kifayətdir. Hicab bağlamağa isə ehtiyac görmürəm. Cavab: Çox gözəl, amma iş burasındadır ki, sənin inandığın O Uca Allah, hicabı sənə vacib bilir: «Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar...» (Nur surəsi, ayə 31).