MƏCBURİYYƏT, YOXSA?
-Salam qonşu!
-Salam!
-Qonşu, bir söz deyəcəm.
-Buyur!
-Bu uşağın başını niyə zorla bağlayırsız? Bəlkə heç istəmir?
-Biz uşağın başını bağlayanda siz harda idiniz?
-Bilmirəm. Nəsə başa düşmədim səni.
-Deyirəm ki, uşağın başını zorla bağladığımızı hardan görmüsüz?
-Heç yerdən! Hardan görə bilərdim?
-Bəs onda uşağın başını zorla bağladığımız sizin ağlınıza hardan gəldi?
-Bir dəqiqə, bura bax, ay qonşu! Yeddi yaşında bir qız, başını niyə bağlamaq istəsin?
-Bəs yeddi yaşında bir qız, niyə qısa ətək və yaxası açıq geyinmək istəsin? Olmaya sizin uşaq geyinmək istəmir, lakin siz zorla uşağınızı belə biədəb geyinməyə məcbur edirsiz?
-Yox, məcbur niyə edək?
-Uşağınız özü elə geyinmək istəyir?
-Hmmm... Yooox.
-Əlbəttə istəməz. Bir parça uşaq nə bilir qısa ətək və yaxası açıq geyinmək nədir? Uşağa geyindirdiyiniz bu biədəb geyim mütləq sizin seçiminizdir.
-Siz nə demək istəyirsiz? Mənim qızım nə geyinir, nə geyinmir bundan sizə nə?! Özünüz də dindarsız!
-Əsəbləşməyin! Mən yolumu gedirdim. Siz məni saxladınız.
-Hə, çox sağ olun! Bağışlayın, yolunuzdan etdim.
-Buyurun, yaxşı yol!
Dostları ilə paylaş: |