Əziz bacım! Bu gün səslənən “qadın azadlığı” şüarı, əslində qadınların deyil, əyyaş və qeyrətsiz kişilərin azadlığıdır. Qadının öz gözəlliyini nümayişə sövq etdirilməsi və ticarətdə ondan bir vasitə kimi istifadə olunması, qadına edilən ən böyük zülmdür. Belə ki, onu həyatın ali hədəflərindən uzaqlaşdırmış və çox faydasız və puç işlərlə məşğul etmişlər.
Qərb dünyası qadına heç bir dəyər vermir, ona yalnız şəhvət gözü ilə baxır və onun vasitəsilə özünə pul toplayır. Təəssüflər olsun ki, Qərbin bu ideologiyası, Azərbaycan qadınlarından da yan keçməyib. Belə ki, qadınlar restoranlarda, barlarda, filmlərdə, şoularda və sairə əxlaqsız məkanlarda alçaldılır, haqqları və şəxsiyyətləri tapdanır. Buna görə də onlar,1 qadını hədsiz dərəcədə alçaltdığına görə biz, bu ideologiyaya nifrət etməliyik.
Dostları ilə paylaş: |