İSLAMIN QADINA VERDİYİ DƏYƏR
Əziz bacım! İslam dini isə - qadına onun fitrəti və təbiətinə cavab verən öz həqiqi dəyərini tanıtdırır, onu ucaldır və bu meyarla da onun üçün məsuliyyətlər təyin edir.
Tarix boyu İslam düşmənləri, dinimizə hər vasitə ilə ləkə gətirməyə və zərbə vurmağa çalşmışlar. Bu qara qüvvələr, dinə qarşı insanlarda ikrah və fobiya yaratmaqla məşğul olmuşlar. Həmin qarayaxma və quru böhtanlardan biri də budur ki, bu qaragüruhçular çalışırlar ki, İslam dinini qadına zərrəcə dəyər verməyən bir din kimi qələmə versinlər. Onlar min bir təbliğ vasitəsilə bəşər övladına çatdırmaq istəyirlər ki, İslam dini qadına dəyər vermir, onun səviyyəsini alçaldır və onu aşağılayır. Halbuki, bu əslən belə deyildir.
Qadın - İslamda öz həyat yoldaşı üçün bir İlahi əmanət hökmündədir. Təbiidir ki, ən yaxşı insanlar onlar olacaqlar ki, bu İlahi əmanətlərə qarşı əmanətdar olsunlar.
Cahiliyyət dövründə olan kişilər, qadınlarla əşya kimi davranır və onlara hər cür olmazın əziyyətlərini verirdilər. Buna görə də islam dinində qadınların hüququnu müdafiə etmək üçün xüsusi diqqət ayrılıb.
İslam - qadınların ictimai fəaliyyətinin əleyhinə deyil, əksinə hətta əgər qadının evdən kənarda əmək fəaliyyətini, onun ən mühüm vəzifəsi olan övlad tərbiyəsi və evdarlığı ilə toqquşmadığı təqdirdə zəruri hesab edir. Çünki heç bir ideologiya və məktəb İslam qədər insana və insanlığa dəyər vermir.
İslam - qadınların alış-veriş əşyası olmasının qarşısını alaraq, onları cəmiyyətin müxtəlif sahələrində (tibb, maarif və s.) fəal bir qüvvəyə çevirir. Baş örtüsü, qadın üçün məhdudiyyət deyil, əksinə qadının başqalarına qarşı qoyduğu məhdudiyyətdir.
Dostları ilə paylaş: |