ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə31/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
Əziz bacım! Qurani-Kərimdə olan və qadına yüksək dəyərin verildiyini ifadə edən bir neçə ayələrə nəzər salaq:
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
«Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq və bir-birinizi tanıyasınız deyə, sizi böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox Bilən və Xəbərdardır1

Bu şərif ayədə Allah-təala, insanların meyar və dəyər ölçüsünü onların cinsiyyətində, nəsəb və məqamında, eləcə də rəngində, dilində, milliyyətində, filan coğrafi məntəqədən olmasında qərar verməmişdir. Allah dərgahında ən dəyərli - təqva2 və saleh əməl bildirilir.


وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
«Sizin üçün onlarla aramlıq tapasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır1

Bu gözəl ayədə Allah-təala, qadın xilqətini Öz nişanə və əsərindən biri hesab etmişdir. Yəni İslam, qadına dəyər verərək, onu Allahın bir nişanəsi bildirir. Qadın, məhəbbət və rəhmətin baiskarı olaraq tanıtdırılır. Qadınla kişi (ər-arvad) məhz bir-birinə bağlandıqda kamilləşir və ondan qabaq isə naqisdirlər. Bu ayədə maraqlı bir nöqtə də ondan ibarətdir ki, Allah-təala ayənin sonunda bildirir ki, bu mətləb təfəkkür edib düşünənlər üçündür. Əgər bir kəs aqil və ədalətlidirsə, düşünər ki, qadın və kişi bir-birinin mükəmməlidirlər.

Allahın Elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Hər kəs həyat yoldaşının üzünə bir sillə vursa, Qiyamət günündə Allah-təala Cəhənnəmin malikinə əmr edəcək ki, atəşdən onun üzünə yetmiş sillə vursun.”2

Minlərlə ayə və hədislər “İslamda qadının dəyəri yoxdur” anlayışını tamamilə batil edir və İslama atılan bir böhtan olduğunu üzə çıxardır.

Qadınlar, yalnız və yalnız hicablarına riayət etməklə kamilliyin ən uca mərtəbələrinə yetişə və azğınlıq təhlükələrindən amanda qala bilərlər. Qadının hicab məsələsi əsla Qərbin mədəni təzyiqlərinə məruz qalmamalı və müsəlman qadınlar yad mədəniyyətlərin təsiri altına düşməməlidirlər.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin