ŞEİR
Sənədir, gözəl bacım, eşit mənim sözlərimi!
Qadının gözəlliyi, lətafəti hicabdadır.
O anı bircə düşün, hicabsız nə edər qadın?
Saf olan bir xanımın ləyaqəti hicabdadır!
Hər adam qılsa namaz, Allahına hörmət edər,
Eşqi var bəndəsinə, Allah ona rəhmət edər.
Hicab örtməyən qadın, həyatını zülmət edər,
Çün onun cismi-bədən ibadəti hicabdadır.
Qadının gözəlliyi nə qaşda, nə gözündədir,
Nə də ki, nuri- sifət, huri- mələk üzündədir.
Arasan gözəlliyin, bil ki, onun içindədir.
Həzrəti Fatimənin əmanəti hicabdadır.
Hələ bir xəyal edir, qərbsayağı geyim geyir,
Soruşanda küfr edir, “mən də müasirəm!”- deyir.
Çəkirəm Allah adın, əsəbləşir, ağız əyir,
Nə qədər deyim, qadın fərasəti hicabdadır.
Şeytan onu aldadırsa, nədən qadın qarışmayır?
Yürütməyir bircə fikir, fikir başa yığışmayır,
Utanır, həya edir, ya içinə sığışmayır,
Görəsən, zəmanənin xəcaləti hicabdadır?!
Dostları ilə paylaş: |