NAMƏHRƏMDƏN EHTİYATLI OL!
Əziz bacım! Xalqımızın hicabsız qadınları, hətta bəzi hicablılar belə “naməhrəm”in kimə aid olduğundan xəbərsizdirlər. Onlar elə düşünürlər ki, bəzi qohumlar naməhrəm deyil və buna görə də onlarla əl verib görüşmək və ya öpüşmək olar. Halbuki, bu belə deyil. Qadınlar bilməlidir ki, naməhrəm qohumların və yad kişilərin önündə hicabsız olmaq, yaxud onlarla öpüşüb-görüşmək qadağandır. Qadın (yaxud kişi) hər hansı bir naməhrəmə toxunanda, həqiqətdə özünü atəşə atmış olur.
Həzrət Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Hər kəs naməhrəm qadınla əl verib görüşsə, Qiyamət günü onları zəncirlə məhşərə gətirərlər və Allah-təala əmr edər ki, onları Cəhənnəmə atsınlar.”1
Dostları ilə paylaş: |