Əziz bacım! Tarixi faktlara əsasən dünyanın əksər millətləri və cəmiyyətlərində hicab - qadınlar arasında geniş yayılmış bir geyim forması olmuşdur. Düzdür, zamanla aparılan siyasi ideologiyalar nəticəsində bu geyim müxtəlif dəyişikliklərə məruz qalmışdır, lakin heç bir zaman öz mahiyyətini tamamilə itirməmişdir. Bundan əlavə əgər dünya xalqlarının milli geyim formasına da nəzər salsaq, qadınların hicab geyinmələrini açıq-aşkar müşahidə edə bilərik.
Beləliklə, İlahi dinlər insanın bu batini meyilinə və fitrətinə əsasən qadınların örtünməsini vacib bilmiş və bəşər cəmiyyətini bu İlahi fitrətə doğru çağırmışdır. Dövrümüzdə də hicab anlayışı yalnız İslam dini ilə məhdudlaşmır. Başqa dinlərdə və İlahi məktəblərdə, xüsusən yəhudi və xiristianlıqda da hicab qadın üçün ən üstün geyim növü olaraq paklıq və iffət əlaməti hesab olunur. Bunu hal-hazırda bir çox dindar yəhudi ailələrində, xiristian kilisələrində paklıq və ismət nümunəsi sayılan rahibələrin geyimində və bir çox irfani məktəblərin ardıcıllarının qadın geyim nümunələrində müşahidə edə bilərik.
Hicab - qadının İlahi xilqəti və batini fitrətinə uyğun olan ən kamil geyim forması olaraq, tarix boyu qadın şəxsiyyətinin hifz olunmasına və ona dəyər verilməsinə xidmət etmişdir.
Dostları ilə paylaş: |