ÖRT ÖZÜNÜ, EY QADIN!
Günah bizim qəddimizi tez bükər,
İman gedən qəlblərə şeytan çökər,
Səma belə buluddan örpək çəkər,
Baş örpəyin hardadı bəs, ey qadın?!
Örtülməyi gündən-günə yubatdın,
Dodaqları boyadın, üz qızartdın,
Bəsdi daha şeytan üçün uzatdın,
Allah üçün dırnağı kəs, ey qadın!
Gözəlliyin cəlb olunar diqqətə,
Nəfsini boğ, gəlməyəsən lənətə,
Ört bədəni girmək üçün Cənnətə!
Cəhənnəmə hicabdı tərs, ey qadın!
Şeytanı qov, yoxsa səni tez ovlar,
Dəryadasan, çox atılar tilovlar,
Ört özünü, yoxsa örtər alovlar,
Gəlməz inan gedən nəfəs, ey qadın!
Dostları ilə paylaş: |