ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə6/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   2   3   4   5   6   7   8   9   ...   55

HİCABIN FAYDALARI


Əziz bacım! Hicabın əsas faydalarından biri əxlaq pozğunluqlarından pak olan bir cəmiyyətin yaradılmasıdır.

Hicab, ailə daxilindəki münasibət və əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Hər hansı bir ağıllı qız və ya qadın heç vaxt razı olmaz ki, başqaları üçün əyləncə vasitəsinə çevrilsin. Bu İlahi rəhmətdən uzaq düşənlər, həqiqətdə şeytanın onlar üçün düzəltdiyi çirkabda bulaşıblar.

Hicab - həqiqi azadlığın aradan getməsi üçün səbəb deyil, əksinə insanın həqiqi azadlığının carçısıdır.

Hicab - nəsillərin süqutu təhlükəsinin qarşısını almağın əsas bünövrəsi və ailə mühitinin qorunması amilidir.

Hicab - keçmişə qayıtmaq deyil, milli kimliyimizə qayıtmaqdır.
Əziz bacım! Bəziləri hicab örtənlərə - “köhnə dövrə qayıdırsız” - deyə məsxərə edirlər, lakin özlərinin soyunmaqla - “daş dövrünə” qayıtmaqlarından xəbərsiz olduqlarını belə düşünmək istəmirlər. Belə bir deyim var: “Əgər çılpaq gəzmək mədəniyyət hesab olunursa, onda bütün heyvanlar insanlardan daha da mədəniyyətlidir.”

Örtünmə - bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsinə imkan vermir. Qadınların namus və izzətlərinin qorunmasını təmin edir. Eyni zamanda onlara əziyyət edilməsinə də mane olur. Buna əsasən də Uca Allah, Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) xanımlarına, qızlarına və möminlərin xanımlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir.

Kişi və qadın küçədə, bazarda, ictimai yerlərdə, elm və təhsil mərkəzlərində, xarici səfərlərdə bir-birilə qarşılaşmaq məcburiyyətində olduqlarına görə, onların fikir və ruhi sağlamlıqlarının qorunması üçün Qurani-Kərimdə qadınlarla bağlı bir, hər iki cinslə bağlı isə digər bir vacib məsələdə göstəriş verilmişdir. Qadınlar barədə “Əhzab” surəsinin 59-cu ayəsində buyurulur:
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاء الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ذَلِكَ أَدْنَى أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
»Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və ayaqları örtülsün). Bu (iş), onların (hicab və iffətlə) tanınması, (başqalarının onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə Bağışlayan və Rəhimlidir. «

Hər iki cins haqqında isə “Nur” surəsinin 30 və 31-ci ayələrinə işarə etmək olar.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin