ƏZİz bacima nəSİHƏT


Lakin insanların çoxu şükür etmirlər



Yüklə 0,61 Mb.
səhifə8/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
Lakin insanların çoxu şükür etmirlər.1

Onların bəzisi mömin və çoxu itaətsizdirlər.2

Lakin insanların çoxu iman gətirmir.3

Yenə onların çoxu kor və kar oldular.4

Doğrudan da Biz cin və insanların çoxunu Cəhənnəm üçün yaratmışıq.5

Lakin onların çoxu haqqı xoşlamırlar.6

Lakin sizin çoxunuzun haqqdan xoşu gəlmir.7

Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.1

Və Allahı çox az yada salırlar.2

Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.3

Və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükür edirsiniz.4

Əziz bacım! Pisliklərə maraq göstərmək insanın təbiətini dəyişir və insana öz batinində gizlənən gözəlliklərdən ləzzət almağa qoymur. Əgər insanın təbiəti xarab olarsa, onda ibadətdən və Allah zikrinin şirinliyini dadmaqdan məhrum olacaqdır. Eləcə də insanın təbiəti ali dərəcədə olarsa, günahdan ləzzət almayacaqdır.

Bil ki, sənin qəlbin pak fitrət üzərində qurulub. Elə isə iradəni gücləndir, nəfsinə və şeytana qalib gələrək pak fitrətinə doğru qayıtmağa çalış! Allah-təala “Rum” surəsinin 30-cu ayəsində belə buyurur:


فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
»(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.«

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin