Birinci dəstə: İslam dininə iman gətirərək, Allah-təala tərəfindən nazil olmuş Qurani-Kərimin buyuruqlarını, o cümlədən Əhli-beytin (ələyhimussalam) müqəddəs kəlamlarını ciddi tutaraq hicablarına kamil surətdə riayət edər və yalnız öz həyat yoldaşı üçün bəzənərlər. Belələri öz zinətlərini naməhrəmdən gizlədər, yalnız Allahdan qorxar və Onun razılığını qazanmaq üçün ömür sürərlər. Qurani-Kərim belə xanımlar haqqında buyurur:
رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ
»Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür. «