ƏZİz bacima nəSİHƏT


Əziz bacım! Həya, dinimizdə əhəmiyyətli sifətlərdən sayılır və imanla bir sırada dayanır. İmam Sadiq (ələyhissalam)



Yüklə 0,61 Mb.
səhifə16/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   12   13   14   15   16   17   18   19   ...   55
Əziz bacım! Həya, dinimizdə əhəmiyyətli sifətlərdən sayılır və imanla bir sırada dayanır.

İmam Sadiq (ələyhissalam) buyurur: “Həyası olmayanın imanı olmaz.”2

Həmçinin buyurur: “Həya, imanın yanındadır. Onlardan biri getsə, digəri də yox olacaqdır.”3

Yenə də buyurur: “Həya, imanın nişanələrindəndir. İmanı olan isə Cənnətlikdir”4

Həzrət Musa (ələyhissalam) Şüeyb5 Peyğəmbərin (ələyhissalam) qızlarına kömək edib quyudan su çəkir və onların heyvanlarına su verir. Qızlar evə qayıdanda onlardan biri atasına cavan oğlanın onlara kömək etdiyini vurğulayır. Həzrət Şüeyb (ələyhissalam) də Musaya (ələyhissalam) yaxşılığın müqabilində muzd ödəmək üçün qızlarından birinə deyir ki, gedib onu çağırsın. O, qayıdır və atasının buyuruğunu Həzrət Musaya (ələyhissalam) çatdırır. Beləliklə, onlar yola düşüb gəldikdə, Musa (ələyhissalam) qıza deyir ki, sən arxada gəl və bu çomaqla mənə yol göstər. Sağa və ya sola dönmək lazım olduqda onunla çiynimdən vur!1

Yəni Musanın (ələyhissalam) həyası və qeyrəti icazə vermir ki, o, günaha batsın. Bu cavan oğlan, qıza arxadan baxmasın və hətta onunla artıq kəlmə danışmasın deyə, özü qabağa keçir və əlindəki çomağı qıza verir ki, Həzrəti çomaqla istiqamətləndirsin.


Əziz bacım! Əgər diqqət etsən, görərsən ki, haram olan toylarda qadınlar naməhrəm kişilərin qabağında əl-qol açıb oynayır, bədənlərini haram musiqi sədaları altında müxtəlif hərəkətlərlə nümayiş etdirir və onlara baxan acgöz kişilərin şəhvətini oyadırlar. Kənardan bu şeytani məclisi izləyən gözü qızmış və şəhvəti oyanmış yad kişilər isə sanki pusquda duran canavarlar kimi həmin qadınların üstünə atılıb onları parçaladığını öz nəzərlərindən keçirir və min bir şeytani xəyallara qapılırlar. Qadınlar da sanki heç bir hadisə olmamış kimi naməhrəmlərə əhəmiyyət vermir, hətta rəqs etməkdə bir-birilərini ötüb keçməyə çalışırlar.

İndi səndən soruşuram: De görüm, sən həmin toyda rəqs edən qadınlar sırasında olmaq istərdinmi?



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin