ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə20/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
Əziz bacım! Yəqin ki, təhsil ocaqlarında qız və oğlanların arasında baş verən şəhvətpərəstlik və əxlaqsızlığın tüğyan etməsindən xəbərin var. Hələ o biri günahlar3 qalsın qıraqda. Orta məktəbdə açıq-saçıq qızlara nəzər edən oğlanın şəhvət hissi oyanmağa başlayır. Başqa sözlə desək, onda psixoloji, yaxud ruhi böhran baş qaldırır. O, ağlını və imanını zəiflədən şəhvətinə yetişmək üçün müxtəlif yollarla öz ehtiyacını və ehtirasını təmin etməyə çalışır. Fikri yalnız şəhvətini söndürmək olur. Artıq, dərslərində geriləmək müşahidə olunur. Öz istəyinə çatmayanda, ya cinayətə (təcavüz və s.) əl atır, ya da ruhi böhranda qalmaqda davam edir. Sonu isə acı nəticələnir.

Statistika komitəsi məlumat verir: Azərbaycanda bir il ərzində 40 məktəbli qız abort etdirib. Onlar 15-17 yaş arası olublar.

Cinsi şəhvət çox güclü bir istəkdir. Yaddan çıxarmaq olmaz ki, əgər bir cəmiyyətin qadınları hicabdan istifadə etməsələr, tüğyankar şəhvətin xətərli aqibətlərindən amanda qalmayacaqlar. Nəticədə həmin cəmiyyət həmişə təlatümdə olan dənizə bənzəyəcək. Bu təlatümə düşməməyin əsas yollarını isə İslam dinimiz bizə belə bildirir:

1-Orta məktəblərdə şagirdlərə İslamın həqiqəti tədris olunmalı;

2-Oğlanlar qızlardan ayrılmalı;

Bəli, nə qədər ki, təhsil ocaqlarında İslam maarifi tədris olunmasa və qızlar məktəbi ayrı, oğlanlar məktəbi də ayrı olmasa, cəmiyyətə əməli-saleh övladların təhvil verilməsi çətinləşəcəkdir.

İmam Əli (ələyhissalam) buyurur: “Bəzən bir an şəhvətə uymaq, özündən sonra uzun bir peşmançılığı və hüznü irs qoyur.”1

HİCAB
Bir xanımın ən gözəl izzətidir hicabı!

Namus ilə həyası, ismətidir hicabı!

Fatimeyi-Zəhranın ülvi yadigarıdır,

Zeynəbi-Kubranın həm, zinətidir hicabı!


Əzəldən vacib olmuş İlahinin əmridir,

Quranın fərizəsi, hörmətidir hicabı!

Ey hicaba əl atan, şərəfsiz din düşməni!

Bil ki, İslam dininin qeyrətidir hicabı!


Musəlman cəmiyyətin şərəfi, ləyaqəti,

Ən qiymətli, bahalı sərvətidir hicabı!

Böyüklərin həmişə nəsihəti bu olmuş,

Əsil xanım, qadının dövlətidir hicabı!


Başqa dinlər içində İslamın üstünlüyü,

Onun sahib oldugu nemətidir hicabı!

Vəsf etsə də hicabı, Rövşən böyük həvəslə,

Bitib tükənməyəcək, söhbətidir hicabı1



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin