Bəhanə 8: Gözəlliyimi hamı görsün deyə, örtünmək istəmirəm. Cavab: Kaş ki, bu gözəlliyini özgəyə yox, öz həyat yoldaşına nümayiş etdirəydin. Məgər bilmirsənmi ki, əl və üzdən başqa bədənini, zinətini və hətta başının bir tükünü belə naməhrəmə göstərmək günahdır?
Bəhanə 9: Başımın açıq olması məni dindən çıxartmır. Cavab: Düz deyirsən. Lakin dindən çıxmasan belə, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar. Bu dünyada hər bir günahkar (namaz qılmayan, oruc tutmayan, xüms ödəməyən, hicab bağlamayan və s.) etdiyi günahlara görə tövbə etməsə, Axirətdə əzaba düçar olacaqdır.
Bəhanə 10: Məktəb və Universitetdə tələbə yoldaşlarıma dini təbliğ etdiyim üçün başımı açmalıyam. Bunula da dinimə xidmət etmiş oluram.1Cavab: Deməli, özünə xidmət etmək istəmirsən? Belə çıxır ki, onlara ürəyin yanır? Onları günahdan uzaqlaşdırmaq üçün özünün günah bataqlığına düşməyin hansı məntiqə sığır?
Bəhanə 11: Örtünməli olduğumu bilirəm. Mən hələ cavanam və gələcəyimi də düşünməliyəm. 40 yaşına çatanda hicab bağlayaram. Cavab: Gələcək - ölümdür. Allahdan çoxmu bilirsən? Gələcəkdən xəbər vermək Allaha məxsusdur. Sən 40 yaşına kimi ömür sürəcəyinə əminsənmi? Yaxud bir dəqiqədən sonra başına nə iş gələcəyini bilirsənmi? Şair demişkən:
Çəkmə dünyanın nazını!