Əziz bacım! Azərbaycan dövləti 1995-ci ildən qadın hüquqlarının qorunması konvensiyasına qoşulmuş və qadınlara qarşı hər cür zorakılığın, o cümlədən cismi zərər, psixi və ruhi zərər almasının, təhsil hüquqlarının tapdanmasının, ictimai azadlığının pozulmasının qarşısını almağı öhdəsinə almışdır.
Azərbaycan Konstitusiyasının 48-ci maddəsində deyilir: “Dini ayinlərin icrası ictimai asayişi pozmursa və ictimai əxlaqa qarşı deyilsə, azaddır.”
“Təhsil haqqında” qanunun 5.2-ci maddəsinə görə dövlət cinsi, irqi, dili, dini, siyasi əqidəsi, milliyyəti, sosial vəziyyəti, mənşəyi və sağlamlıq imkanlarından asılı olmayaraq, hər vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan ərazisində ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiyada göstərilir ki, hər bir kəsin vicdan və etiqad azadlığı var. Heç bir halda bu məhdudlaşdırıla bilməz.
Azərbaycanda ölkə prezidenti öz vəzifəsinə başlamazdan öncə Konstitusiya ilə yanaşı İslam dininin müqəddəs Kitabına, yəni Qurani-Kərimə da and içir. Maraqlıdır ki, İslam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə “dünyəvilik” pərdəsi altında aparılır.
Artıq inkişaf etmiş bir çox ölkələrdə hicab, uniformanın tərkib hissəsidir. Böyük Britaniyada, Norveçdə və bir sıra digər ölkələrdə hərbçilərin, polislərin, yanğınsöndürənlərin və s. uniformalarına artıq hicab daxil edilib.
Dostları ilə paylaş: |