Əziz bacım! İlk dəfə bu hədisi oxuyandan sonra çox narahat oldum. Axı nə üçün müsəlman qadınlar əzab içində olmalıdırlar?! Axı nə üçün əbədi olan Axirəti, müvəqqəti olan bu dünyaya satmalıdırlar?! Özünüzə yazığınız gəlmirmi?! Hər dəfə bu və bu kimi hədislərə rast gələndə yadıma “Əraf” surəsinin 179-cu ayəsi düşür:
وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ الْجِنِّ وَالإِنسِ لَهُمْ قُلُوبٌ لاَّ يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لاَّ يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لاَّ يَسْمَعُونَ بِهَا أُوْلَـئِكَ كَالأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُوْلَـئِكَ هُمُ الْغَافِلُونَ
«Doğrudan da Biz cin və insanların çoxunu Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və qəflətdə olanlar məhz onlardır.»
Dostları ilə paylaş: |