ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə38/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

HİCABIN ƏHƏMİYYƏTİ


Əziz bacım! Müasir dövrümüzdə hicab - qlobal bir mövzulardan sayılır və ictimaiyyətin sabitliyinin qorunmasında ən mühüm rol oynayır. Sağlam bir cəmiyyət yaratmaq üçün qadının özünə, hicabına və təmizliyinə diqqət yetirməsi əhəmiyyətlidir.

Hicab o qədər əhəmiyyətlidir ki, bunu müsəlman xanımların hiss və dərk etməsi zəruridir. Çünki bu müqəddəs “dəyər”in üstündə əsrlər boyu qanlar axıdılmışdır.

Kərbəla, insanlar üçün ibrətlər meydanıdır. Ağır və müsibətli Aşura günündə bir sıra səhnələrlə üzləşirik. Ürəkləri yandırıb-yaxan bu gündə baş verənlərdən biri də “hicabın və iffətin qorunması” səhnəsidir:

İmam Hüseyn (ələyhissalam) meydanda tək qalanda xanımlara belə xitab edir: “Çadralarınızı möhkəm bağlayın ki, qarətçilər sizə hücum edəndə hicabınızı qoruya biləsiz!”

Nəhayət, düşmənlər Həzrətin mübarək başını bədənindən ayırandan sonra xeymələrə hücum çəkib qarət etməyə başlayırlar. Həzrət Zeynəb (salamullahi ələyha) qarətçilər tərəfindən məruza qalmasınlar deyə, bütün qızlara və qadınlara əmr edir ki, üstlərində olan zinət əşyalarını çıxarıb düşmənə tərəf tullasınlar. Onlar da xanımın dediyini edirlər.

Hicab o qədər əhəmiyyətlidir ki, O Xanım, kənizi Əsmaya vəsiyyət edib buyurur ki, cənazəmi dəfn etməyə apararkən tabutun üstünə əlavə bir parça sal ki, bədənimin cizgilərini naməhrəmlər görməsin.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin