ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə39/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

ŞEİR


Hicab hər möminənin ismətidir, iffətidir,

Adıdır, namusudur, mənliyidir, qeyrətidir,

İzzidir, şənidir, ülviyyəti, həm şövkətidir,

Elə fərz eylə xanım, güldü-təravətdi hicab.


Saxlayın məndən əmanət - dedi Zəhra, hicabı!

Kərbəlada qorudu Zeynəbi-Kubra hicabı,

İndi isə qalıb əllərdə Rüqəyya hicabı,

Ya şərafətsiz ömür, ya şəhadətdir hicab.


İstəsən Tanrı yanında olasan, şəni əziz,

Pərdeyi isməti cəhd eyləyəsən, saxla təmiz!

Ta bu əxlaq ilə ol, Həzrəti-Zəhraya kəniz!

Ondan al dərsi həyatda, gör nə şərafətdir hicab!


Keçdi Zeynəb o zaman yeddi igid qardaşdan,

Gəldi fəryadi nəva səsləri dağdan-daşdan,

Yenə də atmadı əmma ki, hicabın başdan,

Ey bacım! Bax yola, gəl rahi-hidayətdir hicab!


Olma yırtılmış həya pərdəsi şeytan nökəri!

Keç həya məktəbin, ol bəxtəvərin bəxtəvəri!

Çün hicab əhlinin üstündədir həqqin nəzəri,

Həm bu dünyada, həm üqbadə şərafətdir hicab.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin