ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə44/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

HİCAB MİSALLARDA


Əziz bacım! Hicaba aid bir neçə misal çəkmək istərdim:

1-Hicablı xanım bir gül kimidir. Həmin gülün tikanı - naməhrəm üçündür. Qoxusu isə - öz məhrəmi üçündür.

2-Ümumi nəqliyyat vasitəsindən (taksi, avtobus, metro) camaat, lakin şəxsi maşından isə yalnız onun sahibi istifadə edir. Açıq-saçıq gəzən qadın da belədir. Onun gözəlliyindən camaat istifadə edir və ona baxıb ləzzət alırlar. Lakin hicablı qadın yalnız həyat yoldaşına məxsusdur və onun gözəlliyindən yalnız sahibi istifadə edir.

3-Müsəlmandan soruşurlar: “Niyə sizin qızlar başlarını bağlayırlar?” Müsəlman sual edən şəxsə biri açıq, digəri isə baglı iki konfet uzadır və deyir: “Birini seç!” Sual edən, baglı konfeti götürür. Müsəlman soruşur: “Nə üçün bağlı konfeti seçdin?” O şəxs cavab verir: “Çünki bu təmizdir.” Müsəlman deyir: “Bu da öz sualının cavabı.”

4-Qadın bir mirvaridir. Mirvari isə sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür.

5-Hər bir ətir - ağzı bağlı qabda yerləşir. Əgər onun qapağı açıq qalsa, iyi uçub gedəcək. İyi uçmuş bu ətirin suyu artıq faydasız olacaq. Qadın da bir ətirə bənzər. Əgər o, başını açsa, əzəməti və şəxsiyyəti itəcək. Qadın, məhz hicablı olduqda əzəmət və şəxsiyyət tapır.

6-Nə üçün evinizin divarını tikanlı məftillər ilə örtürsünüz? Evinizin divarları qısadırsa, nə üçün ucaldırsınız? Təbii ki, bütün bunlar, sizin rahatlığınız üçündür. Hicab da bir evin divarına və tikanlı məftillərinə bənzəyir. Qadının, rahat və asudə yaşaması üçün bədənini örtməsi və qoruması zəruridir.

7-Hicab, təzəliyini və sağlamlığını qoruyub saxlayan meyvə qabığına bənzəyir. Qadınlar bu hicab vasitəsilə təravət, gözəllik, yenilik və sağlamlıqdan bəhrələnirlər. Lakin hicabı açan kimi sağlamlıq və gözəllik də aradan gedir.

8-Ümumiyyətlə, yer üzündə tapılan və hər kəs üçün asanlıqla əldə edilən bir şey, az əhəmiyyət kəsb edir. Amma bahalı əşyalara önəm verilir və diqqət edilir. Çünki ona xüsusi qayğı göstərilir. Məsələn, qızıl və zinət əşyaları etibarlı və ağır seyflərdə saxlanılır. Hicab-dəyər işarəsidir. Qadın da əhəmiyyət kəsb edən bir dəyərli varlıqdır. O, qorunmalı olan qiymətli bir inci kimidir. İslam, qadını varlığın qiymətli bir zərgəri və uca bir şəxsiyyəti hesab edir.

9-Bir ət parçası asıb onu örtməyəndə ona çoxlu milçək qonur və bulaşdırır. Qadın da açıq-saçıq gəzib bədənini yadlara göstərəndə və yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb ondan həzz alanda, bu baxışlar da o qadını həmin ət parçası kimi çirkləndirib murdarlayır. İylənmiş ət parçasını heç kəs almadığı kimi, həmin qadını da ağıllı və qeyrətli birisi almaz.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin