BİR NEÇƏ HƏDİS
Əziz bacım! İslami rəvayətlərdə dünyanın sonuna bir az qalmış Xilaskarın (İmam Zaman ələyhissalam) zühur etməsi haqqında bir çox əlamətlərə işarə olunur. Onlardan biri də qadınlara aiddir.
Allahın Elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Axirəzzamanda ümmətimin qadınlarından bir çoxu paltar geyinməsinə baxmayaraq, çılpaq olarlar. Onlar başlarını (saçlarını) Xorasan dəvəsinin belindəki çıxıntı kimi düzəldib özlərini naməhrəmə nişan verərlər. Siz belələrinə lənət göndərin və deyin ki, namazları qəbul deyil!”1
Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) yenə də buyurur: “Ümmətimin qadınlarını iki şey həlak etdi: Qızıl və nazik paltarlar.”2
İmam Əlidən (ələyhissalam) belə nəql olunur: “...Axirəzzamanda qadınlar başını açar, çılpaq və açıq şəkildə gəzər və özlərini camaata nümayiş etdirərlər. Onlar dindən uzaqlaşacaqlar və fitnə-fəsadla məşğul olacaqlar. Şəhvətə meyl edəcək, daim çalçağırla gün keçirmək, macəra axtarmaq və başqa ləzzətlərdən istifadə etmək üçün həvəs göstərəcəklər. Onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar.”3
Yenə də buyurur: “Zina çoxalanda zəlzələlər də artacaq.”4
Dostları ilə paylaş: |