ƏZİz bacima nəSİHƏT



Yüklə 0,61 Mb.
səhifə52/55
tarix10.01.2022
ölçüsü0,61 Mb.
#106501
1   ...   47   48   49   50   51   52   53   54   55
Əziz bacım! Bil ki, Allah-təalanın nazil etdiyi müqəddəs Qurani-Kərim nağıl və ya əfsanəvi bir Kitab deyil. Onda olan bütün mətləblərin hamısı haqqdır. Elə isə bu Kitaba inan və Ondan möhkəm yapış!

Qurani-Kərimdə adı çəkilən şeytan (İblis) kimi tanıdığımız bu mənfur məxluq, həmişə pusqudadır və o, bəndələri azdırmaq üçün Allahın izzət və cəlalına and içib. Elə isə çalış, həmişə günahdan uzaqlaş və günah etmək fikrinə düşdüyün zaman tez Allaha sığın, Onu yada sal və bu ayəni oxu:

أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى

«Məgər (insan) bilmir ki, Allah (onun bütün əməllərini) görür?!»


Əziz bacım! Uca Allah qiymətli və dəyərli olan hər şeyi bir qab içinə qoymuş, gizli yerlərdə gizlətmişdir. Almazlar, yerin dərinliklərində, mirvari isə sədəf qabığının içində qorunulmuş şəkildə olur.

Qızıl, ətrafı mədən və qayalıqlarla örtülü yerlərdən çıxarılır. Sən o qiymətli əşyaya asanlıqla çata bilməzsən. Yollardakı çınqıllara, daşlara toxunacaq şəkildə ona toxuna bilməzsən Çünki həmin qızıl dəyərlidir.

Yəni sən, bu qiymətli əşyalardan qiymətsizsən ki, səni hər kəs asan şəkildə görüb gözəlliyinə çata bilsin? Üstü açıq olan bir bal qabına milçəklər nəfs saldığı kimi, gözəlliyi aşkarda olan qadına da nəfs salanlar çox olar. Məhz bu səbəbdən də hicab - səni qiymətli edər, sənə dəyər gətirər.
Əziz bacım! Hicab - qadın əmniyyətinin və gözəlliyinin əvəzolunmaz sığortasıdır.

Hicab – Uca Allahın qadına bəxş etdiyi rəhmət və mərhəmət örtüyüdür.

Hicab – İlahi gözəlliyin nişanəsidir.

İmam Sadiq (ələyhissalam) buyurur: “Gözəl geyin, zinətlən! Allah Gözəldir və gözəlliyi sevir. Lakin bu gözəllik pak və halal olmalıdır.”1

Qadının gözəlliyi onun zahiri çılpaqlığında yox, əksinə onun mənəvi cazibədarlığındadır. Zahiri gözəllik-məcazi və keçici, batini gözəllik isə həqiqi və daimidir.

Özün də bilirsən ki, səndə olan bu “müvəqqəti gözəllik” çox qalmayacaq və bir gün solacaq, nəhayətdə isə çürüyəcək. Elə isə, öz gözəlliyinlə heç zaman öyünmə!

Sən çox dəyərlisən. Sən çox qiymətlisən. Dünyada heç nə və heç kim sənin qiymət və dəyərini azaltmağa qadir deyil. Ümidsizliklərin və yalançı vəsvəsələrin sənin gələcək arzularına kölgə salmağına imkan vermə!

-Bil ki, sənin Gözəl Allahın var.

-Bil ki, səni Yaradanın var.

-Bil ki, sənə Məhəbbət Edən var.

-Bil ki, sənə Nəzər Edən var.

-Bil ki, sənə Ruzi Verən var.

-Bil ki, səni Qoruyan var. Bil ki,...

Elə isə, dəyər və qiymətini hiss et! Xalis tövbə edərək Allaha tərəf qayıt! O, tövbələri Qəbul Edəndir. Ondan heç vaxt küsmə! O, səni bağışlayacaq. Şad və düzgün yaşamağa çalış! Bil ki, sənin dəyərin - özün, varlığın, vücudun, insanlığın və ən əsası isə HİCABINDIR.

Allah-təala səni və sənin timsalında olan bütün Azərbaycan xanımlarını doğru yola hidayət etsin və aqibətiniz xeyirli olsun!


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin