Ey Hicab!Adi bir parçasan, amma dünyanı lərzəyə gətirmisən. Yumşaq bir parçasan, lakin tikan olub düşmənlərin və səni istəməyənlərin gözünə batmisan. Necə də böyük kəramətlər qoymuş Rəbbim Səndə!
Ey Hicab! Sən ismətsən, Sən iffətsən, Sən qeyrətsən, Sən təmizliksən, Sən təqvasan. Allah-təala Səni mömin kişilərin və möminə qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir. Səni qorumaq - biz aşiqlərin borcudur. Sən, bizlərə Fatimeyi-Zəhranı (ələyhəssalam) və Zeynəbi-Kubranı (ələyhəssalam) xatırladırsan. Sən, qanlar bahasına qorunmusan. Səni qoruyanlar zindanda olsalar belə, Səninlə fəxr edirlər və Səni qəlblərində, dillərində və əməllərində yaşadırlar: