Əziz dostum, dəyərli qardaşım, prof. Dr. Əhməd B. Ərcilasun !



Yüklə 9 Kb.
tarix22.10.2017
ölçüsü9 Kb.
#9557
növüYazı

Əziz dostum, dəyərli qardaşım, prof.Dr. Əhməd B. Ərcilasun !

 

Musiqi fırtınası ilə bağlı "yeniçağ" qazetində yazdığınız möhtəşəm yazızı "baksam" sitəsində oxudum. Hər şeydən öncə, bu fırtınanı quraşdıran "İzmir Azərbaycan Kültür Mərkəzi dərnəyinə", "yaradan sanatçılarımıza", Atatürkün qulluğuna gətirən "Iğdır kültürünü qoruma və yaşatma dərnəyinə" və nəhayət, dünya Azərbaycanlıları üçün KİV-də yayan "baksam" sitəsinə, 


öz təşəkkür və minnətdarlığımı bildirirəm. Bu yazının yayılması, özəlliklə bugün 03.10.2009 tarixində Türk dövlətləri zirvəsinin Naxcuvanımızda toplaşdığı günə rast gəlməsi, mənim üçün başqa bir məna daşıdı. 40 il öncə sizlərlə birlikdə "Atatürk" üniversitəsində, o çətin şəraitdə, əsir Türklər uğrunda aparadığımız fəaliyətlər gözlərimin önündən bir sinema pərdəsi kimi gəlib geçti. O dövürdəki dostlarıma olan məhəbbətimdən zərrə qədər eskilmədiyini bildirərək, özəlliklə sziə, Ali Yavuz Akpinara, Yılma Durak-a və nəhayət böyük ustadımız prof. Dr. sayın Orhan bəy Türkdoğna dərin sevgi və səalmalarımı çatdırıram.

Yüksək səviyəli yazınıza münasibəti, Türk dünyasının aydınlarına, Azərbaycanımız haqqında dilə gətirdiyiniz dəyərli sözlərizə münasibəti, Güneyli-Quzeyli Azərbaycanlıların aydınlarına buraxıram. Bu yazıda, o günlərdəki mədəni fəaliyətlərdən azcacıq söz açaraq, bütün qapıların mədəniyət sarayına açıldığını vurqulamaq istəyirəm. Bir birimizin dilimizi, mədəniyətimizi, sevinc və acılarımızı idrak edərək, gələcəyimizin daha da gözəlləşəcəyinə inandığımı bildirmək istəyirəm. Sizin, Altaylardakı araşdırmalarızı görəndə, bu yolda mədəniyət körpüsündən başqa bir geçidin olmadığına daha çox inanmağa başladım.

O zaman, Rus əmpiryalizminin oyunlarına uyan soydaşlarımızın zəncirləri altında, qamçılrı kürəklərimizi yaraladığı halda, geçirdiyimiz" Azərbaycan gecələrinin" özəlliklə, Güney azərbaycandan olan tələbələrin milli görüşünə təsiri hamımıza aydındır. Bu çalışmalarda, bugünkü kimi genədə Iğdırli soydaşlarımızın fədakarlıqlarını unutmaq mümkün deyil. Sizində, yardımızla, o zaman Güney Azərbaycandan gətirib, bizim üniversitəmizdə oxutduqdan sonra, dil, mədəniyət, tarix və kültürümüzü mənimsiyərək Güneyə qayıdan doktorların, məhəndislərin, ədəbiyatçı və siyasətçilərin, özlərinin vəya uşaqlarının bugünkü "Azərbaycan Milli Hərəkatında" rolu inkar edilməzdir. Güneyli Cəmşidin tarı, Azərbaycan Türkününü mədəniyətini Anadolu Türkünə tanıdıb yaxınlaşdırmasının, milli görüşün inkişafındakı rolu ən böyük başarı sayılırdı. Zeynəb Xanlarovanın, Azərbaycanın istiqlaiyətindən sonra yüksək səviyədə yaratdığı  milli mahnı və davranışları, 1968- də onun, Türkiyə səfərində, onu bütün Türkiyədə eşlik ədən və milli təbliqat aparan Güney azərbaycanlıların təsirindən olsa gərək. O geri qayıdarkən, həmin tarzanla birlikdə neçə Güneyli ilə Kars-a qədər gedib, Soyalan ailəsinin evindəki o coşqulu gecədən bir xatirəyə toxunmaq istərdim. Başında bir Rus KGB məmuru olan 5 nəfərlik bu ekipin, çalqıçılarından biri mənə yaxınlaşaraq cibindən bir ovuc "oraq çəkiş" medalı çıxarıb dedi" Türkyədə təbliqat üçün bunları bizə veriblər, aparıb ayaqyoluna atıram, Güneylilərə deynin ki, ürəyimiz sizin yanızdadır, ama danışa bilmirik, bizi bağışlayın".

Əziz Əhməd bəy Ərcilasun, o günlər hara, bugünlər hara, əritmə sacında qovrula qovrula yandıq, ama şükürlər olsun ki, bugün müstəqil Azərbaycanımızdan saçan mədəniyətimizin ışıqları sərhədləri dələrək dünyaya çatır, bizləri yaxınlaşdırır. Ama təəssüflə biz Güneylilər ana dilimizdə məktəb istərkən, ən dəyərli insanlarımız zindanlara salınır, şkəncələrə məruz qalır. Seid Mətinpur kimi bir gül qunçəsinin 8 il Evin zindanında çürüyəcəyini fikirləşəndə, qara günümüzdən utanıram. Eşitmişəm, sayın Ərdoğan bu günlər Teharnda Ehmedi Nəjad bəylə görüşəcək. Görəsən, Səid Mətinpurun azadlığını Tehran hakimiyətindən istəyə bilərmi?

Əziz balam Səidin durumu, ailəsinin vəziyəti yadıma düşəndə, beynim duracaq qədər köyrəlirəm, daha yaza bilmirəm. Ancaq, onun ədəbi, nəzakəti, məzlumanə dirənişi və hamısından bətər günahsız zindan çəkməsini, yazmasam olmaz.

Hörmətlərimlə : Böyük Rəsuloğlu



 
Yüklə 9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin