Şam yolunun əhvalatı
Ey bəşər qəlbini saf eylə müsəlmansan əgər
Getmə şeytan yoluna tabeyi Quransan əgər
Qoyma böhranda qala aciz-o-dərmandələri
Bəzl-o-infaq7 elə insanlara, insansan əgər
Olma razı balasından ola şərməndə8 fəqir
Dərdinə çarə elə baniyi ehsansan əgər
Qapını bağlama, Allah qapını bağlamasın
Rəhm elə, şiyeyi ğəmxari yətimansan əgər
Səngidil olma bu əndazə bir az rəhmidil ol
Yoxsulu al nəzərə, bəndeyi Sübhansan əgər
Get fəqirin evinə qoyma o gəlsin qapına
Qoyma sındırsın özün, sahibi vicdansan əgər
Bir günün vardı qabaqda, əli boş getməlisən
Olma məğrur tamam aləmə sültansan əgər
Fəqr bir atəşi suzandi1, cəhənnəm misli
Rişəkün2 eylə onu talibi rizvansan3 əgər
Hərə bir dərdə giriftaridi bu dünyadə
Dərdin artırma, dəva dərdüvə xahansan4 əgər
Çörəyi doğrama gündə füqəranın qanına
Bu qədər zülm eləmə sahibi imansan əgər
Çox uşaq var qara köynək ala bilmir özünə
Tut əlin nokəri-sültani-şəhidansan əgər
Qara bir köynəyi olsa qoşular dəstələrə
Fürsətin var hələ ğəm çəkmə, pəşimansan əgər
İstəyirəm indi təvəssül eliyəm, ağlaşağın
Sən də göz yaşı tök, didəsi giryansan əgər
Qara köynək yadıma saldı Rüqəyyə xanımı
Şam yollarına bax vaqifi cəryansan əgər
Karivan gördü gedib, baxdı bir az sağ-soluna
Əli qoynundə gözün tikdi Dəməşqin yoluna
Belə fikr eylədi röyadədi, ahuyi Hicaz
O xəyal ilə qara gözlərini ovdu bir az
Oyanıb gördü yatan bəxtidi, əyləşdi yerə
Əllərin başdan ucaldıb dedi: ey Bəndə Nəvaz
Səni verrəm qəsəm əllərdə ölən Zəhraya
O xanım ki, qıla bilmirdi ayaq üstə nəmaz
And verrəm babamın sinəsinin ox yerinə
O şəhanşəh ki, məqtəldə edib raz-o-niyaz
And verrəm əmim Əbbasin uzun qollarına
Demirəm eylə məni Yəsribə getməkdə mücaz5
Harda olsa bibimi tez yetir Allah, ölürəm
Bağiban olmasa heç güldə təravət olmaz
Deyiləm özgə, Xüdaya, mən Hüseynin qızıyam
Heç şəhidin qızı mən tək belə başsız qalmaz
Dəftərin olsa əgər yazmağa bikəslər adın
Babamın adınin altında mənim adımı yaz
Kaş bilirdim ki, bibim Zeynəbə mən neyləmişəm
Məni agah elə, ey Bais Peydayişi Raz2
Qucağından məni əmməm yerə heç qoymaz idi
Razı olmazdı edəm didəsi tər suz-o-güdaz3
Dilim-ağzım qurusun bəlkə bibim Zeynəb ölüb
Ölsə Səccadə denən, öldü bacın qəbrini qaz
Söz verrəm bibimin daməninə çatsa əlim
Bir də Şamata kimi eyləmərəm heç kəsə naz
Taziyanə mənə öyrətdi yətim naz eləməz
Eyləsə nazinə heç kimsə xəridar olmaz
Hər kəsin mən kimi ölsə atası əllərdə
Olacaq ğüssələri çox vəli xoş günləri az
Əlqərəz: ağladı əzbəs Əli Əkbər bacısı
Görməyə Fatiməni aldı biyabanda cəvaz
Gördü bir orəti4 Zeynəb kimi qəddi bükülüb
Ağarıb saçları güya başına kül tökülüb
Qüvvəti qəlb tapıb Fatimənin tərlanı
Tökdi göz yaşını gül surətinə müjqani5
Dedi kimsən bu biyabanda ey biganə
Gecənin vəqti gəzirsən niyə bu səhranı
Olmiyə sən də mən kimi qardaşın ölüb
Qardaşın ölsə çətin dərdidi yox dərmanı
Nədir illət de görüm qarə salıbsan başüvə
Dağılar ğəmlərün izhar eləsən cəryanı
Nəfəsindən bu biyabanə dolub buyi behişt1
Por məhəbbət baxışın məst eləyir insanı
Bu cavanlıqda nədən saçların aya ağarıb
Hansı ğəm xəm eləyibdir bu qəddi rənanı
Danışardı nənəsindən bizə Yəsribdə2 babam
Tanıyaq bəlkə nənəm Fatimeyi Zəhranı
Mu be mu3 hər nə buyurmuşdu qalıb yadımda
Çəkmişəm sinəmə vəchil-həsən cananı4
İstərəm ərz eliyəm düz nənəmə oxşursan
Məni əfv eylə xanım olsa əgər imkanı
Bir sualım vəli var sınmasa qəlbin məndən
Yuxusuz gözlərim olsun gözlərüvin qurbani
Kim vurub surətinə sili, dolub qan gözünə
Əli sınsın vuranın, heç yox imiş vicdanı
Nənəmin də belə deylər gözünə ləkkə düşüb
Olmadı mən də görüm mahi cəhan aranı
Qismət olsa yetişəm məhzərinə röyadə
Gözlərimdən tökərəm daməninə dəryanı
Göyərən surətini versə icazə öpərəm
Deyərəm çatdı mənə Fatimənin ehsanı
Söz yetişcək bu yerə qalmadı Zəhrada dəvam
Çəkdi ağuşinə yorğun balani eyliyə ram
Dedi: day ağlama ey bəxti, güni qarə qızım
Əlini qoynuna qoyma ürəyi yarə qızım
Toz qonub zülfünə ayineyi iqbalım tək
Bağiban olmasa xüsranidi5 gülzarə qızım
Şanəsiz2 tellərinə çarəsiz əmmən qurban
Qolları bağlıdı yoxsa eliyər çarə qızım
Niyə biganə misalındə baxırsan üzümə
Surətindən telini rədd elə məhparə qızım
Yaxşı bax öz nənənə, oğlu ölən Fatiməyəm
Gəzirəm çölləri sizdən sarı avarə qızım
Xəbər aldın gözümün ləkkəsinin cərəyanın
Agah ol indi bu cəryani əsfibarə3 qızım
Bir günü kuçeyi Yəsribdə Həsən yanımda
Sani kəsdi yolumu baxmadı Dadarə4 qızım
Bimürüvvət mənə bir siliyi möhkəm vurdu
Çıxdı düşdü qulağımdan yerə guşvarə qızım
Oxşayırsan mənə fikr etmə fəqət simadan
Sərgüzəştin də mütabiqdi5 bu naçarə qızım
Mənə də sili dəyibdi sənə də sili dəyib
İkimiz də gəzirik çölləri avarə qızım
Qapıma vurdular od, yandı sənin də ətəyin
Yarı oxşatdı fələk, dil yaralı yarə qızım
Hər ğəmim bir yana, amma bu ğəmim bir tərəfə
Yanaram həşrə kimi bu ğəmə həmvarə qızım
Nə anan, Heydəri-Kərrarə dedi sili sözün
Nə sənin çatdı əlin qolsuz ələmdarə qızım
Fərqimiz olsa vəli yaxşıdı bir mətləbdə
O da vabəstədi6 iqbali səzavarə7 qızım
Mənim ömrüm az olub, kaş, səninki çox ola
Salmaya əmmələrin başlarına qarə qızım
Yazdı bu şeri Fatiməyə "Ğəffari"
Eyləyə bəlkə onu beyti Xüda zəvvari.1
Dostları ilə paylaş: |