ҺӘЗРӘти рүГӘЈЈӘ



Yüklə 1,95 Mb.
səhifə9/25
tarix25.07.2018
ölçüsü1,95 Mb.
#57580
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

Ən ağır müsibətlər


Rəvayət olub ki, imam Səccaddan (ə) soruşdular: Kərbəla səfərində sizə ən ağır müsibətlər harada oldu? Həzrət buyurdu: "الشام الشام الشام" "Şam, Şam, Şam."

Başqa bir rəvayətdə gəlib, imam Səccad (ə), Nöman ibn Münzər Mədainiyə buyurdu: Biz Şama daxil olduğumuz zaman zaman çəkdiyimiz müsibətdən ağır müsibət görmədim. Çünki, biz yeddi müsibətlə üzləşdik ki, əsirliyin əvvəlindən axırına qədər belə müsibət olmamışdı:

1- Məmurlar Şamda bizim ətrafımızı yalın şəmşirlər və nizələrlə dövrələmişdilər və nizənin kəəbi ilə bizi vururdular. Onlar bizi cəmiyyətin arasında saxlamışdılar, saz və təbil çalır, şadlıq edirdilər.

2- Şəhidlərin başlarını nizələrdə bizim qadınların arasında saxladılar və əmim Əbbasın (ə) başını, bibilərim Zeynəb (ə) və Ümmü Gülsümün (ə) gözü önündə saxladılar və qardaşım Əli Əkbərin, əmim oğlu Qasimin başını, Səkinə və Fatimənin gözü önünə gətirdilər. Başlarla oynayırdılar və bəzən o başlar yerə düşür və atların ayaqları altında qalırdı.

3- Şamın qadınarı evlərin üstündən bizim başımıza od və su tökürdülər. Od əmmaməmə düşdü, amma mənim əllərimi boynuma bağladıqları üçün onu söndürə bilmədim, əmmaməm yandı, od başıma çatdı və başımı da yandırdı.

4- Gün çıxandan, gün batmağa az qalana qədər bizi saz və avazla, camaatın gözü qarşısında küçə və bazarlarda gəzdirdilər və deyirdilər: Bunları öldürün, çünki İslamda heç bir hörmətləri yoxdur.

5- Bizi dəvələrdən yerə endirdilər və hamımızı bir kəndirə bağladılar. Sonra yəhudi və nəsranilərin evlərinin önündən keçirir, onlara deyirdilər: Bunlar, ataları sizin atalarınızı (Xeybərdə və b...) öldürən və evlərini viran edənlərdilər. Bu gün siz onların intiqamını bunlardan alın.

"يا نعمان فما بقي احد منهم الا و قد القي علينا من التراب و الحجار و الخشاب ما اراد"

Ya Nöman, onların hamısı istədikləri qədər torpaq, daş və ağacla bizə tərəf gəldilər.

6- Bizi qul bazarına apardılar, qul və kəniz yerinə satmaq istədilər. Amma, Allah bu işdə onlara imkan vermədi.

7- Bizə təvanı olmayan bir yerdə mənzil verdilər. Gündüzlər istidən, gecələri isə soyuqdan, aclıqdan və öldürülməyin qorxusundan həmişə vəhşət və iztirabda idik.1

Ahu balası


Ali Məhəmməd (s) əsirlərinə səqfi olmayan və divarları uçmaq üzrə olan bir xarabada yer verdilər ki, bu vasitə ilə onların işgəncələri çox olsun, heç bir asayiş və əmniyyətləri olmasın.

Bir gün Əba Əbdillah Hüseynin (ə) balaca qızı xaraba kənarında əyləşmişdi. Bu vaxt əlində ahu balası aparan bir ovçunu gördü. Ahunu istəyirəm, bəhanəsi ilə ağlamağa başladı. Şamlılar ovçunun ətrafını dövrələdilər və onu almaq üçün hərəsi bir qiymət deyirdi. Beləliklə, ahunun qiyməti həddindən çox yuxarı qalxdı. Şamlılar bu işləri ilə əhli-beyt (ə) əsirlərini aciz göstərmək istəyirdilər. Bu vaxt, imam Səccad Zeynul-Abidin (ə), ovçuya baxıb, onun qarşısındakı torpaqdan bir ovuc götürdü və ovçuya verdi. Ovçu, onu imam Səccadın (ə) əlindən aldı və baxanda torpğınq qiymətli cəvahirata çevrildiyini gördü. Ovçu imamdan bu kəraməti müşahidə edərkən, ahu balasını Əba Əbdillah Hüseynin (ə) nazdanəsinə verdi. O, bazarda camaata deyirdi ki, imam Səccad (ə) gözümün qabağında bir ovuc torpağı qiymətli cəvahirata çevirdi. Ey camaat, bu imam Səccadın (ə) möcüzəsidir. Bu xəbər dildən-dilə düşərək, Yezidin sarayına çatdı. Yezid, ovçunun boynunun vurulmasını əmr etdi. Ovçunun öldürülmək xəbəri imama çatdıqda, həzrət onun qəbrinin kənarına gəldi və Allahın istəyi ilə onu diriltdi.


Əssəlamu ələykə ya əbəta!...


Haris Şami deyir: Bir gecə neçə nəfərlə imam Hüseynin (ə) əhli-beytinə keşikçi idik. O gecə, Peyğəmbər (s) övladlarına xarabada yer verdilər və imam Hüseynin (ə) pak başını xaraba yaxınlığında olan bir ağacın budağından asmışdılar.

Səhərə yaxın vaxtlar idi. Gördüm, balaca bir qız, qadınların arasından çölə çıxdı. Heç kim görməsin deyə, yavaş-yavaş ağaca tərəf gedirdi. Məndən başqa, keşikçilərin hamısı yuxuya getmişdilər. Özümü yatmışlığa vurdum və bir söz demədim. O qızın hara getmək istədiyini bilmək istəyirdim. O balaca qız, neçə dəfə qorxa-qorxa başa tərəf gəlib, geri qayıtdı. Amma axırda özünü ağacın altına çatdırdı və yerə oturub, səslədi:



يا ابتاه! و افرقتاه بعد فراقک

Atacan! Aman uzaqlıq və ayrılıq əlindən.

O qız atasının başına baxır, onunla danışır və ağlayırdı.

Bu vaxt imam Hüseynin (ə) başı aşağı endi və o qızla üz-üzə dayandı. Həzrət Rüqəyyə (ə) atasının başına xitab edib, dedi:



السلا م عليك يا ابتاه! وا مصيبتاه بعد فراقک وا غربتاه بعد شهادتك

Salam olsun sənə atacan! Sənin ayrılığından sonra, vay qəm və qüssədən. Sənin şəhadətindən sonra, vay qəriblikdən.

Sonra yenə xitab etdi:

يا ابتاه! اسرونا و هتکوا حرمتنا و احرقوا خيامنا و نهبوا اموالنا واشهرنا و رطبوا و قيدنا و الان حبسونا فيما تراه

Atacan bizi əsir etdilər, bizə hörmətsizlik etdilər və xeymələrimizə od vurdular. Bizi zəncirə bağladılar. İndi də bizə xarabada yer veriblər.

İmam Hüseynin (ə) balaca qızı bu sözləri dedikdən sonra bir fəryad çəkib, huşdan getdi.

Haris deyir: Əzim Allaha and içirəm ki, mən gördüm, o ağacın budağı əyildi, imam Hüseynin (ə) mübarək başı, balaca qızının üzünə çatdı. Onu öpürdü və təsəlli verir, buyururdu: Ey gözlərimin nuru! Səbr et, çünki, bizə yetişən bəlalara görə, günahkarların şəfaəti bizimlədir.

Sonra imam Hüseynin (ə) mübarək başı buyurdu: Qızım! Əsirliyin çətinlikləri, yolun işgəncələri və sənin müsibətlərin sona çatdı. Sən, neçə gecədən sonra mənim yanıma gələcəksən. Şəfaət məqamı sənə nəsib olmaq üçün əziyyətlərə səbr et.1

Haris Şami deyir: Mənim evim Şamın xarabasının yaxınlığında idi. Gözləyirdim ki, görüm, o qız uşağı atasının dediyi kimi bu yaxınlarda dünyadan gedəcəkmi? Gecələrin birində Şamın xarabasından nalə və fəryad səsi eşitdim. Soruşdum: Nə xəbərdir?

Dedilər: Həzrət Rüqəyyə (ə) dünyadan gedibdir.2


Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin