«f a t I h ə» s u r ə s I (1)


«Əraf» surəsi (7) 68 -73 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə19/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

«Əraf» surəsi (7) 68 -73 -cü ayətlər

(68).Mən Rəbbimin risalətini sizə təbliğ edirəm və mən sizin üçün əmin nəsihət edənəm. (69).Ya təəccüb etdiniz ona ki, Rəbbiniz tərəfindən zikr sizdən olan bir kişiyə gəldi ki, o, sizin nəzərinizə çatdıra? Zikr edin, onda ki, O sizi Nuh qoumundan sonra xəlifə etdi və xilqətdə artırdı sizi. Zikr edin Allahın nemətlərini, ola ki, nicat tapasınız!» (70).Dedilər: «Sən gəlibsən ki, biz Vahid Allaha ibadət edək və atalarımız ibadət edənləri tərk edək? Nə ilə ki, bizə vəd verirsən, tez gətir, əgər doğru deyənlərdənsən! (71).Dedi: «Əlbəttə, yetişdi Rəbbinizdən üzərinizə rics və qəzəb. Ə, mənimlə mücadilə edirsiz o isimlər barəsində ki, siz və atalarınız adlandırıbsız onları? Nazil etməyib Allah onun ilə sultanlıqdan. Siz gözləyin, mən də sizinlə gözləyənlərdənəm!» (72).Biz nicat verdik ona və o kəslərə ki, onunla idilər, Öz rəhmətimizdən və qətt etdik dibinə kimi o kəsləri ki, yalan saydılar ayətlərimizlə Bizi və olmadılar inananlar! (73).Səmud tərəfə – onların qardaşı Salehi. Dedi: «Ay qoumum! Ibadət edin Allaha. Sizin üçün Ondan qeyri Ilahi yoxdur. Rəbbinizdən sizin üçün bəyanat gəldi: bu, Allahın dəvəsi sizin üçün ayətdir. Buraxın onu otlasın Allahın ərzində və ona pisliklə toxunmayın ki, ələmli əzab sizə yetişməsin!




«Əraf» surəsi (7) 74 -81 –ci ayətlər

(74).Zikr edin, onda ki, O sizi xəlifə etdi Addan sonra və ərzdə sizi yerləşdirdi ki, onun düzündən qəsirlər saldırıb və dağlarında ev tikəsiniz. Zikr edin Allahın nemətlərini və səy etməyin ərzdə fəsad etməyə!» (75).Onun qoumundan o kəslər ki, təkəbbürlü idi böyükləri, onlardan olan inanan zəiflərə dedilər: «Ə, Salehin Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?» Dedilər: «Həqiqətən, biz o, nə ilə göndərilib, inanırıq!» (76).O kəslər ki, təkəbbürlü idilər, dedilər: «Həqiqətən, ona ki, siz inanırsınız, biz kafirik!» (77).Dəvəni tutub kəsdilər və Rəblərinin əmrinə qarşı çıxıb, dedilər: «Ay Saleh! Əgər mürsəllərdənsən, verdiyin vədi gətir bizə!» (78).Onları bərk titrəyiş tutdu və sübh etdilər öz diyarlarında üzləri üstə düşüb qalmış halda. (79).Onlardan üz döndərdi və dedi: «Ay qoumum! Mən sizə Rəbbimin risalətini təbliğ etdim və sizə nəsihət etdim və lakin siz nəsihət edənləri sevmirsiniz!» (80).Və Lutu! Onda qoumu üçün dedi: «Ə, o fahişəliyimi edirsiniz, hansı ki, sizdən qabaq aləmlərdən heç kəs etməyib?» (81).Həqiqətən, siz qadınlardan başqa, şəhvətlə kişilərin üstünə gəlirsiniz. Bəli, siz israf edən qoumsuz!



«Əraf» surəsi (7) 82 -87 –ci ayətlər
(82).Olmadı onun qoumunun cavabı, ancaq ki, dedilər: «Xaric edin onları kəndinizdən. Həqiqətən, onlar paklığa can atan insanlardır!» (83).Biz nicat verdik ona və əhlinə onun, ancaq arvadından başqa ki, qalanlardan oldu. (84).Biz onların üzərinə yağış yağdırdıq. Nəzər sal necə oldu aqibəti cərimə olunmuşların! (85).Mədyənə tərəf - onların qardaşı Şueybi. Dedi: «Ay qoumum! Allaha ibadət edin. Sizin üçün Ondan qeyri Ilahi yoxdur. Sizə Rəbbinizdən bəyanat gəldi. Vəfalı olun ölçüdə və mizanda və insanların əşyalarını əskiltməyin və ərz islah olduqdan sonra orada fəsad etməyin. Bu, sizin üçün xeyirdir, əgər oldunuz inananlar! (86).Əyləşməyin küllisilə yolun iman gətirənləri qorxudaraq və Allah yoluna sədd çəkərək və onu əyməyə çalışaraq. Zikr edin onda siz az idiniz və O sizi çoxaltdı. Nəzər salın necə oldu aqibəti fəsad edənlərin! (87).Əgər sizdən bir tayfa mənimlə göndərilənə inanıb və bir tayfa isə inanmayıbsa və səbr edin, ta hökm etsin Allah bizim aramızda. O hakimlərin ən xeyirlisidir!»

«Əraf» surəsi (7) 88 -95 -ci ayətlər


9 –cu cüz

(88).Onun qoumundan o kəslər ki, təkəbbürlü idilər böyükləri, dedi: «Ay Şueyb! Biz səni və o kəslər ki, inanırlar səninlə birlikdə, kəndimizdən xaric edərik, ya da bizim millətimizə dönəcəksiniz!» Dedi: «Ya, əgər olsaq kərahətli? (89).Əlbəttə, biz iftira etmiş olarıq yalanı Allahın üzərinə, əgər sizin millətinizə dönsək, ondan sonra ki, Allah bizə nicat verdi ondan. Bizə olmaz ona dönmək, əgər ki, Rəbbimiz Allah istəyə. Elmi ilə Rəbbimiz hər şeyi ehtiva etmişdir. Biz Allaha təvəkkül etdik. Rəbbimiz! Zəfər ver bizimlə qoumumuz arasında haqq ilə və Sən xeyirli zəfər verənsən!» (90).Onun qoumundan o kəslər ki, kafir idilər böyükləri, dedi: «Əgər tabe olsanız Şueybə, həqiqətən, siz onda xəsarətlilərsiniz!» (91).Onda dəhşətli bir titrəmə tutdu onları və sübh etdilər diyarlarında üzü üstə düşmüş halda. (92).O kəslər ki, Şueybi yalançı saydılar, sanki orada ehtiyacsız yaşamamışdılar! O kəslər ki, Şueybi yalançı saydılar, oldular onlar xəsarətlilər! (93).Onlardan üz döndərib dedi: «Ay qoumum! Əlbəttə, təbliğ etdim sizə Rəbbimin risalətini və sizin üçün nəsihət etdim və necə mən kafir qouma görə təəssüf edim?» (94).Nə ki, göndərdik kəndlərdə nəbilərdən, ancaq onun əhalisini basqı ilə və zərərlə tutaq ki, ola ki, onlar yalvarıb – yaxaran olalar! (95).Sonra o pisliyi yaxşılığa dəyişdik və dedilər: «Bizim atalarımıza da belə zərər və xeyir toxunmuşdu». Və Biz onları qəflətən yaxaladıq, o halda ki, onlar bilmirdilər!


«Əraf» surəsi (7) 96 -104 -cü ayətlər
(96).Əgər əhli o kəndin inanıb və təqvalı olsaydı, bərəkətli zəfər verərdik üzərinə onların səmadan və ərzdən. Lakin yalan saydılar və biz də tutduq onları nə ilə ki, oldular kəsb edənlər! (97).Ə, məgər əmindirmi əhalisi kəndin ki, gələr basqımız onlara gecə və onlar yuxudadırlar? (98).Ə, məgər əmindirmi əhalisi kəndin ki, gələr basqımız onlara səhər və onlar oyuna məşğuldurlar? (99).Ə, məkrə görə Allaha əmindirlərmi? Məkrə görə Allaha əmindir, ancaq xəsarətdə olan qoum! (100).Ə, hidayət etmədimi o kəsləri ki, varis oldular ərzə onun əhlindən sonra. Əgər istəsək isbat edərik onlara günahları ilə və damğa üzərinə qəlblərinin onların və onlar eşitmirlər? (101).Biz sənə bu kəndin xəbərlərindən hekayət etdik. Əlbəttə, gəldi onlara rəsulları onların bəyanatlarla və bundan qabaq yalan saydıqlarına görə olmadılar ona inananlar. Beləcə damğa üzərinə Allah kafirlərin qəlblərinin! (102).Biz onların əksəriyyətini əhdində vəfalı tapmadıq. Biz onların əksəriyyətini fasiqlər tapdıq. (103).Sonra qaldırdıq Musanı bəyanatımızla onların ardınca Firaunun və onun böyüklərinin tərəfinə və onunla zülm etdilər onlar. Nəzər sal necə oldu aqibəti fəsadçıların! (104).Musa dedi: «Ay Firaun! Həqiqətən, mən rəsulam aləmlərin Rəbbindən!

«Əraf» surəsi (7) 105 -120 -ci ayətlər
(105).Həqiqət budur ki, gərək mən Allaha görə haqdan başqa bir şey deməyəm. Mən gəldim sizə aşkar bəyanatla Rəbbinizdən və Israil oğullarını mənimlə göndər!» (106).Dedi: «Əgər sən ayətlə gəlmisən, onda gətir onu, əgər sadiqlərdənsən!» (107).O, əsasını atdı və onda ki, o aşkar bir ilan oldu. (108).Əlini çıxartdı və onda ki, o baxanlar üçün parlaq ağ oldu. (109).Firaun qoumundan böyüyü dedi: «Həqiqətən, bu, bilici sehrkardır. (110).Istəyir ki, xaric etsin sizi ərazinizdən. Bu barədə nə əmr edəcəksiniz?» (111).Dedilər: «Onu və qardaşını saxla və şəhərlərə göndər toplayanları, (112) külli bilici sehrkarlar sənin yanına gəlsinlər!» (113).Sehrkarlar gələrək Firaunun yanına, dedilər: «Həqiqətən, əgər qalib gələriksə, bizim üçün mükafat olacaq?» (114).Dedi: «Bəli! Həqiqətən, siz yaxınlardan olacaqsınız!» (115).Dedilər: «Ay Musa! Sən atacaqsan və ya biz olaq atanlardan?» (116).Dedi: «Atın!» Amma elə ki, atdılar, onda insanların gözünü sehrlədilər və vahimələndirdilər onları və gəldilər əzəmətli sehrlə. (117).Biz Musaya vəhy etdik ki: «At əsanı!» Və onda ki, o uddu nə ki, yalandan uydurmuşdular. (118).Haqq vaqe oldu və batil oldu nə ki, əməl etmişdilər. (119).Məğlub oldular orada və cılızlara çevrildilər. (120).Sehrkarlar səcdəyə düşdülər.


«Əraf» surəsi (7) 121 -130 -cu ayətlər
(121).Dedilər: «Biz inandıq aləmlərin Rəbbi ilə - (122) Musanın və Harunun Rəbbinə!» (123).Firaun dedi: «Mən sizə izn verməmişdən qabaq Onun ilə inandınız? Həqiqətən, bu, məkrdir, şəhərdə onunla məkr edib, oradan onun əhlini xaric edəsiniz. Tezlikdə biləcəksiniz! (124).Sizin əl və ayağınızı çarpaz qətt edib, sonra cəmiyyən sizi səlibə çəkəcəyəm!» (125).Dedilər: «Həqiqətən, Rəbbimizin tərəfinə dönərik! (126).Sən bizdən intiqam alırsan, ancaq ona görə ki, inandıq Rəbbimizin ayətləri ilə, amma elə ki, gəldi bizə. Rəbbimiz! Bizə səbr ver və vəfat bağışla bizə təslim olanlar kimi!» (127).Firaun qoumundan böyükləri dedi: «Ə, Musa və qoumuna fürsət verirsən ki, ərzdə fəsad edələr və səni və sənin ilahilərini tərk edələr?» Dedi: «Biz onların oğullarını qətlə yetirib və qadınlarını diri saxlayacayıq. Biz onlar üzərində qələbə çalacağıq!» (128).Musa öz qoumuna dedi: «Istəyin Allah ilə və səbr edin. Həqiqətən, ərz Allahındır. Varis edər ona bəndələrindən kimi istəsə. Aqibət müttəqilər üçündür!» (129).Dedilər: «Sən bizə gəlməmişdən qabaq və gələndən sonra da bizə əziyyət edirlər!» Dedi: «Ola bilsin ki, Rəbbiniz sizin düşməninizi həlak edib və sizi ərzdə xəlifə edə və göstərə necə əməl edəcəksiniz!» (130).Əlbəttə, tutduq Biz Firaun ailəsini illərlə və məhsul qıtlığı ilə, ola ki, onlar zikr edələr!


«Əraf» surəsi (7) 131 -137 -ci ayətlər
(131).Onda ki, gəlir onlara yaxşılıq, deyirlər: «Bu, bizim üçündür!» Əgər isbatdır onlara pislik, quş, Musa ilə və o kəsə ki, onunladır, aid edərdilər. Ə, məgər yoxmu? Həqiqətən, quşları Allah yanındadır və lakin əksəriyyəti onların bilmirlər! (132).Dedilər: «Nə qədər sən ayətlərdən gətirəsən, ta onunla bizə sehr edəsən, sənə inanmarıq!» (133).Biz göndərdik üzərinə onların tufan, çəyirtgə, gənə, qurbağa və qan ki, müfəssəl ayətlər idilər. Təkəbbürlük etdilər və cərimə olunmuş qoum oldular. (134).Amma elə ki, üzərinə onların cəza vaqeə oldu, dedilər: «Ay Musa! Çağır bizim üçün Rəbbini, sənin yanında olan əhd ilə. Əgər sən bu cəzadan bizim üçün şəfa etsən, biz sənə inanarıq və Israil oğullarını səninlə birlikdə göndərərik». (135).Amma elə ki, cəzanı götürüb onlara şəfa etdik yetişəcəkləri əcələ kimi, onda onlar əhdlərini pozdular. (136).Biz onlardan intiqam aldıq və onları qərq etdik dənizdə, ona görə ki, yalan saydılar ayətlərimizlə Bizi və ondan qafil oldular! (137).Varis etdik Biz o qoumu - o kəsləri ki, zəif idilər, ərzin şərq və qərbinə, hansı ki, bərəkət vermişdik ora. Tamam oldu sənin Rəbbinin gözəl kəlmələri və yaxşılığı üzərində Israil oğullarının səbr etdiklərinə görə və məhv etdik nə ki, Firaun və onun qoumu yaratmışdılar və nə ki, ucaltmışdılar!

«Əraf» surəsi (7) 138 -143 -cü ayətlər
(138).Biz Israil oğullarını dənizdən sahilə yetirdik və bir qouma yetişdilər ki, onlar öz bütlərinə ibadət edirdilər. Dedilər: «Ay Musa! Et bizim üçün ilahi, nə qədər onlar üçün ilahilər var!» Dedi: «Həqiqətən, siz cahil qoumsunuz! (139).Həqiqətən, onlar nədən yapışıblar məhv olacaq və nə ki, əməl edirdilər batil oldu!» (140).Dedi: «Ə, Allahdan qeyri ilahimi istəyim sizin üçün və O fəzilətli etdi sizi üzərində aləmlərin?» (141).Onda nicat verdik sizə Firaun ailəsindən, sizə pis əzablar verirdilər; oğullarınızı qətlə yetirib, qadınlarınızı diri saxlayırdılar və bunda Əzim Rəbbinizdən əzəmətli imtahan vardı! (142).Musaya otuz gecəyə vədə verdik və on gecə ona əlavə etdik. Rəbbinin vədəsi qırx gecəyə tamam oldu. Dedi Musa qardaşı Haruna: «Sən qoumun içində mənim xəlifəm ol və islah et və tabe olma fəsadçıların yoluna!» (143).Amma elə ki, Musa təyin etdiyimiz halda gəldi və Rəbbi onunla kəlimə kəsdi. Dedi: «Rəbbim! Göstər mənə Özünü, Sənə nəzər salım!» Dedi: «Görməzsən Məni. Lakin o dağa tərəf nəzər sal, əgər dağ öz məkanında qərar tutsa, onda Məni görərsən». Amma elə ki, təcəllə etdi Rəbbi dağ üçün, etdi onu xırda – xırda və xırdalandı və xar oldu Musa huşsuz halda. Amma elə ki, huşa gəldi, dedi: «Sübhansan Sən! Sənə tərəf qayıdıram və mən əvvəl inananam!»


«Əraf» surəsi (7) 144 –149 -cu ayətlər
(144).Dedi: «Ay Musa! Həqiqətən, Mən seçdim səni insanlar üzərində risalətimlə və kəlməmlə. Nə ki, sənə verirəm al və şükr edənlərdən ol!» (145).Biz onun üçün o lövhələrdə külli şeyin barəsində ki, moizə idi və külli şey üçün müfəssəl idi yazdıq. Al onu qüvvətlə və öz qoumuna əmr et ki, alsınlar onlar da onun yaxşısı ilə! Mən göstərəcəyəm sizə diyarını fasiqlərin! (146).Mən o kəsləri ki, ərzdə qeyri haqq ilə təkəbbürlük edirlər, Öz ayətlərimdən uzaq edərəm. Əgər külli ayəti görələr, onun ilə inanmazlar və əgər rəşd yolu görələr, onu yol olaraq götürməzlər. Əgər azğınlıq yolu görələr, onu özlərinə yol götürərlər. Bu, ona görədir ki, yalan saydılar ayətlərimizlə Bizi və ondan qafil oldular. (147).O kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi və axirət görüşünü, onların əməlləri puç olar. Məgər etmiş olduqları əməllərdən başqa cəzamı görərlər? (148).Musa gedəndən sonra onun qoumu zinət alətlərindən buzov heykəli etdi ki, xorultusu var idi. Ə, görmədilərmi o kəlmə kəsməz onlarla və onları bir yola hidayət etməz? Götürdülər onu və zalimlərdən oldular. (149).Amma elə ki, süquta yetdi əllərindəki və gördülər, həqiqətən, onlar zəlildirlər, dedilər: «Əgər Rəbbimiz rəhm etməyə bizə və bağışlamaya bizim üçün, xəsarətlilərdən olarıq!»

«Əraf» surəsi (7) 150 –155 –ci ayətlər
(150).Amma elə ki, müraciət etdi Musa qoumuna tərəf qəzəbnən heyfsləndiyi halda, dedi: «Siz məndən sonra çox pis xəlifə idiniz! Ə, Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?» Atdı lövhələri və qardaşının başından tutub özünə tərəf çəkdi. Dedi: «Ay anam oğlu! Həqiqətən, bu qoum məni zəif edib və az qaldı məni qətlə yetirsin. Sən düşmənləri mənə tənə vuran etdirmə və məni zalim qoumla birlikdə qarışdırma!» (151).Dedi: «Rəbbim! Bağışla mənim üçün və qardaşım üçün və bizi Öz rəhmətinə daxil et. Sən rəhm edənlərin rəhimlisisən!» (152).Həqiqətən, o kəslər ki, götürüb buzov etdilər, yetişər onlar üçün Rəblərindən qəzəb və zillət dünya həyatında! Belə cəzalandırırıq iftira edənləri! (153).O kəslər ki, pis əməllər etdilər, sonra qayıtdılar bunun ardınca və inandılar, həqiqətən, Rəbbin bundan sonra Ğəfurdur, Rəhimdir! (154).Amma elə ki, Musanın qəzəbi sakitləşdi, lövhələri götürdü. O nüsxələrdə hidayət və rəhmət var idi o kəslər üçün ki, onlar Rəbləri üçün vahiməlidirlər. (155).Musa qoumundan yetmiş nəfər kişi Bizim təyin etdiyimiz vaxt üçün seçdi. Amma elə ki, titrəmə onları tutdu, dedi: «Rəbbim! Əgər Sən istəsəydin bundan qabaq onları da, məni də həlak edərdin. Ə, aramızdakı səfehlərin etdiyi günahlara görə bizi həlakmı edəcəksən? Bu, ancaq Sənin sınağındır, onunla kimi istəsən zəlalətdə tərk edər və kimi istəsən hidayət edərsən. Sən bizim dostumuzsan. Bağışla bizim üçün və rəhm et bizə. Sən bağışlayanların xeyirlisisən!

«Əraf» surəsi (7) 156 -159 -cu ayətlər
(156).Bizim üçün bu dünyada və axirətdə yaxşılıq yaz, həqiqətən, biz Sənə tərəf hidayət olunmuşuq!» Dedi: «Mənim əzabım kimə istəsəm isbat edər və Mənim rəhmətim külli şeyi əhatə edər. Ona görə Mən onu o kəslər üçün yazaram ki, təqvalıdırlar və zəkat verəndirlər və o kəslər ki, onlar ayətlərimizlə Bizə inanandırlar! (157).O kəslər ki, Tövratda və Incildə yazılı tapdıqları rəsula – sadə bir nəbiyə tabe olanlardır. Əmr edir onlara mərifətlə və nəhy edir onlara bəyənilməyəni və onlar üçün təmiz şeyləri halal və xəbis şeyləri haram edir və onların ağır yüklərini çiyinlərindən götürür və üzərlərindəki zənciri açır. O kəslər ki, onunla inanırlar və ona hörmət bəsləyirlər və ona yardım edirlər və tabedirlər nura – odur ki, nazildir onun ilə – həmin onlardır nicat tapanlar!» (158).De: «Ay insanlar! Mən rəsuluyam Allahın sizə cəmiyyən. Odur ki, Onun üçündür səmaların və ərzin mülkü. Yoxdur Ilahi, ancaq Odur. O dirildir və öldürür. Inanın Allah ilə və Onun rəsulu ilə – sadə bir nəbi ilə - odur ki, inanır Allah ilə və Onun kəlmələri ilə. Tabe olun ona, ola ki, hidayət olunasınız!» (159).Musanın qoumundan ümmət – hidayət edir haqq ilə və onunla ədalətlidir.

«Əraf» surəsi (7) 160 -163 -cü ayətlər
(160).Biz onları on iki nəsilə - ümmətə böldük. Onda ki, onun qoumu içmək üçün su istədi, Musaya vəhy etdik: «Əsanı daşa vur!» Ondan on iki bulaq çıxdı və külli insan su içmək üçün öz yerini bildi. Üzərlərinə buludla kölgə saldıq və onlar üçün manna və səlva nazil etdik. «Sizə ruzi verdiyimiz təmiz şeylərdən yeyin!» Onlar Bizə zülm etmədilər və lakin öz nəfslərinə zülm edən oldular! (161).Onda onlara deyildi: «Bu kənddə sakin olun və oradan heysiniz istəyəni yeyin və deyin: “Hiddətlənmə!” Səcdə edərək qapıdan içəri girin ki, xətalarınızı sizin üçün bağışlayaq. Yaxşıların mükafatını artıracağıq!» (162).Onlardan o kəslər ki, zalim idilər, onlara deyilmiş sözü qeyri danışıqla dəyişdirdilər. Zülm etdiklərinə görə Biz səmadan onların üzərinə cəza göndərdik. (163).Onlardan o dənizə yaxın kənd haqqında sual et. Onda ki, həddi aşdılar altıda. Onda ki, altıncı gün balıqlar aşkar olaraq suyun üzünə gəlirdilər və altıncı gündən başqa isə gəlmirdilər. Beləcə onları imtahan edirdik nə ilə ki, oldular fasiqlər.

«Əraf» surəsi (7) 164 –170 –ci ayətlər
(164).Onda onlardan bir ümmət dedi: «Allah həlak edəcəyi və ya şiddətli əzabla əzab edəcəyi qouma nə üçün öyüd-nəsihət verirsiniz?» Dedilər: «Məzirət tərəfinə Rəbbinizin, ola ki, onlar müttəqi olalar!» (165).Amma elə ki, unutdular nə ki, onunla onlara zikr edilmişdi, nicat verdik o kəslərə ki, pis işləri qadağan edirdilər. O kəslər ki, zülm edirdilər, onları fasiq olduqlarına görə çox pis əzabla tutduq. (166).Amma elə ki, ondan qadağan olunmuşdular üz çevirdilər, dedik onlara: «Alçaq meymunlar olun!» (167).Onda Rəbbin elan etdi: «Qaldıracağam Mən üzərinə onların qiyamətin gününə qədər o kəsi ki, onları pis əzaba uğratmalı olacaq». Həqiqətən, Rəbbin sürətlidir iqaba və həqiqətən, O Ğəfurdur, Rəhimdir! (168).Biz onları ərzdə ümmətlərə böldük: onlardan saleh olanları və olmayanları var idi. Onların hamısını yaxşılıqla və pisliklə imtahan etdik, ola ki, onlar müraciət etsinlər! (169).Xələflər onlardan sonra xəlifə varis kitaba. Götürürlər ərazisini bu yaxının və deyirlər: «Bağışlanacaq bizim üçün!» Əgər gələ onlara ərazi misli onun, götürərlər onu! Ə, götürmədik üzərinə onların andı kitabın ki, deyəcəklər üzərinə Allahın ancaq haqqı və dərs nə ki, onda? Axirət yurdu xeyirlidir o kəslər üçün ki, müttəqidirlər. Ə, məgər əql etməzsinizmi? (170).O kəslər ki, kitab ilə yapışırlar və ayağa qalxırlar islahata, həqiqətən, Biz zay etmərik salehlərin əcrini!

«Əraf» surəsi (7) 171 -178 –ci ayətlər
(171).Onda ucaltdıq Biz dağı onların fövqlərində bulud kimi kölgə salan və zənn etdilər ki, həqiqətən, üstlərinə düşəcək. Götürün nə ki, əta etmişik sizə qüvvətlə və zikr edin, nə ki ondadır, ola ki, müttəqi olasınız! (172).Onda Rəbbin götürdü Adam oğullarınən kürəyindən onların zürriyyətini və onları öz nəfslərinə şahid tutdu: «Ə, deyiləmmi Mən sizin Rəbbiniz?» Dedilər: «Bəli, biz şahidik!» Ondan ötrü ki, qiyamət günü deyərsiz: «Həqiqətən, biz bundan qafil olduq». (173).Ya deyərsiz ki: «Əlbəttə, atalarımız bundan qabaq şərik verdilər, biz isə onlardan sonrakı zürriyyətik. Ə, bizi batil əməl edənlərə görə həlakmı edəcəksən?» (174).Belə müfəssəl etdik ayətləri, ola ki, onlar müraciət edələr! (175).Tilavat et onların üzərinə o kəsin xəbərini ki, əta etmişdik ona ayətlərimizi və o, ayrı düşdü ondan. Şeytan onu özünə tabe etdi və o, azmışlardan oldu. (176).Əgər Biz istəsəydik onu rəfləndirərdik onunla. Lakin o, ərzə meyl etdi və havayı nəfsinə tabe oldu. Bu surətdə onun məsəli it məsəli kimidir ki, əgər onu qovasan, dilini çıxardıb hürər və əgər onu tərk edəsən, yenə də hürər. Bu, o kəslərin məsəlidir ki, yalan saydılar ayətlərimizlə Bizi. Bu hekayələri hekayət et, ola ki, onlar fikirləşələr! (177).Pis məsəldir o qoumun məsəli ki, yalan saydılar ayətlərimizlə Bizi və öz nəfslərinə zülm etdilər! (178).Allah kimi hidayət edə və o, hidayət tapar və kimi zəlalətdə tərk edə - həmin onlar xəsarətdədirlər!
«Əraf» surəsi (7) 179 -187 -ci ayətlər
(179).Əlbəttə, Biz göndərərik cin və insanlardan çoxlarını cəhənnəmə. Onların qəlbləri var, ancaq onunla anlamırlar. Onların gözləri var, ancaq onunla görmürlər. Onların qulaqları var, ancaq onunla eşitmirlər. Onlar dörd ayaqlı davar kimidirlər. Bəli, onlar zəlildirlər. Həmin onlar qafildirlər! (180).Allah üçündür yaxşı adlar və onunla çağırın Onu. O kəslər ki, Onun adları barəsində hədlərini aşırlar, onları tərk edin ki, nə əməl ediblər, ona görə də onlara cəza olacaq! (181).O kəslərdən ki, xəlq etmişik, ümmət – hidayət edir haqq ilə və onunla ədalətlidir. (182).O kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi, tədric edərik onları heysdən, bilməzlər. (183).Mən onlara bir müddət möhlət verərəm. Həqiqətən, Mənim fəndim mətindir. (184).Ə, ya fikirləşmirlər ki, yoxdur sahiblərilə onların cünunluqdan? Əgər, o, ancaq aşkar nəzərə çatdırandır. (185).Ə, nəzər salmırlar səmaların və ərzin mülkündə Allahın şeylərdən nə xəlq etdiyinə, ola ki, onların əcəli yaxınlaşa? Bəs bundan sonra hansı hədisə inanacaqlar? (186).Kimi Allah zəlalətdə tərk edə, onun üçün hidayət edən tapılmaz və O onları öz tüğyanlarında sərgərdan qalsınlar deyə tərk edər. (187).Səndən lövbər atacağı saat barəsində sual edirlər ki, nə vaxt olacaq? De: «Həqiqətən, onun elmi Rəbbimin yanındadır. Ondan başqa onun vaxtını aşkar salan olmaz. Səmalarda və ərzdə o çox ağırdır. Ancaq o sizə birdən gələcək». Səndən sual edirlər sanki sən onu bilirsən. De: «Həqiqətən, onun elmi Allah yanındadır və lakin əksər insan bilməz!»


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin