«f a t I h ə» s u r ə s I (1)


«Qənimət» surəsi (8) 26 –33 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə21/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

«Qənimət» surəsi (8) 26 –33 -cü ayətlər

(26).Zikr edin, onda az idiniz ərzdə, zəif idiniz və xoflanırdınız ki, insanlar sizi qamarlayarlar. O sizə sığınacaq verdi və Öz yardımı ilə sizi müdafiə etdi və pak şeylərdən sizə ruzi verdi, ola ki, şükr edəsiz! (27).Ay o kəslər ki, inanırsınız! Xəyanət etməyin Allaha və Onun rəsuluna və xəyanət etməyin əmanətlərinizə bir surətdə ki, bilirsiniz! (28).Bilin ki, malınız və övladınız sınaqdır və həqiqətən, əzəmətli əcr Allah yanındadır! (29).Ay o kəslər ki, inanırsınız! Əgər Allahdan qorxsanız, O sizə Furqanı verər və pisliklərinizin üstünü örtər və sizi bağışlayar və Allah əzəmətli fəzl sahibidir! (30).Onda ki, o kəslər ki, kafir idilər, sənə məkr etdilər, ondan ötrü ki, səni həbs etsinlər və ya qətlə yetirsinlər və ya xaric etsinlər. Onlar məkr edirlər, Allah məkrə qarşıdır. Allah xeyirlidir məkrlilərdən! (31).Onda ki, Bizim ayətlərimiz onlara tilavat olunur, deyirlər: «Biz, əlbəttə, eşitmişik. Əgər istəsəydik bunun mislini deyərdik. Əgər, bu, ancaq əsatiridir əvvəlkilərin!» (32).Onda dedilər: «Allahım! Əgər oldu bu haqq sənin yanından, yağdır üzərimizə daşları səmadan və ya gəl bizə ələmli əzabla!» (33).Allah onları əzab edən olmadı ondan ötrü ki, sən onların içərisindəsən. Allah onları əzab edən olmayacaq onda ki, onlar bağışlanmaq istəyirlər!



«Qənimət» surəsi (8) 34 -40 -cı ayətlər
(34).Nə üçün Allah onları əzab etməyəcək, əgər sədd çəkirlər qadağan olunmuş məscidə və Onun dostları olmadılar. Onun dostları ancaq müttəqilərdir və lakin əksəriyyəti onların bilmirlər! (35).Onların islahatları evin yanında, əl çalmaqdan və fit çalmaqdan başqa bir şey olmadı. Dadın əzabı nə ilə ki, oldunuz kafirlər! (36).Həqiqətən, o kəslər ki, kafirdirlər, infaq edirlər mallarını sədd çəkmək üçün yolundan Allahın. Infaq edəcəklər onu, sonra olacaq üzərində onların həsrət. Sonra məğlub ediləcəklər. O kəslər ki, kafirdirlər, cəhənnəmə tərəf toplanarlar (37) ayırd etməsi üçün Allah xəbisi pakdan və etsin xəbisi bəzisini onun üzərinə bəzisinin və yığsın onu cəmiyyən və etsin onu cəhənnəmdə. Həmin onlar xəsarətlilərdir! (38).De o kəslərə ki, kafirdilər: «Əgər onlar nə ki, əvvəlcədən etmişdilər əl çəksələr, bağışlanar və əgər öz etdiklərinə qayıtsalar, əlbəttə, onlarla o cür rəftar olunar ki, əvvəlkilərlə rəftar olunub. (39).Döyüşün onlarla, ta olmasın sınaq və olsun din küllisi onun Allah üçün». Əgər onlar əl çəkdilər, həqiqətən, Allah nə ilə ki, əməldədirlər, Bəsirdir! (40).Əgər üz döndərdilər, bilin ki, Allah sizin Mövlanızdır. Nemətli Mövla və nemətli Nəsir!

«Qənimət» surəsi (8) 41 -45 -ci ayətlər

10 –cu cüz

(41).Və bilin, o şeydən ki, sizə qənimət yetişir, Allah üçündür onun beşdə biri və rəsul üçün və yaxınlar üçün və yetimlərin və miskinlərin və yol oğlunun, əgər inandınız Allah ilə və nə ki, nazil etdik bəndəmizin üzərinə fərqləndirmə günündə – o gündə ki, iki cəm görüşdü. Allah üzərində külli şeyin Qadirdir! (42).Onda siz yaxın tərəfində oldunuz və onlar isə uzaq tərəfində və süvarilər sizdən aşağıda. Əgər siz vədə təyin etsəydiniz miadda, yəni vədədə ixtilafınız olardı. Lakin bu, onun üçün idi ki, Allah əmri həll etsin, hansı ki, əməl olunmuşdu; kim həlak olacaq aydınlıqla həlak olsun və kim diri qalacaq aydınlıqla diri qalsın. Həqiqətən, Allah Səmidir, Alimdir! (43).Onda Allah röyanda sənə onları az göstərdi. Əgər çoxlu göstərsəydi, zəif olardınız və əmrdə mübahisə edərdiniz. Lakin Allah təslim olma etdi. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin! (44).Onda O göstərdi sizə onları onda ki, görüşdünüz onlarla, sizin gözünüzdə az və azaltdı sizi onların gözündə, onun üçün ki, Allah əmri həll etsin, hansı ki, əməl olunmuşdu. Bütün əmrlər Allaha tərəf dönür! (45).Ay o kəslər ki, inanırsınız! Onda ki, dəstə ilə qarşılaşdınız, sabit olun və Allahı çoxlu zikr edin, ola ki, nicat tapasınız!



«Qənimət» surəsi (8) 46 –52 -ci ayətlər
(46).Itaət edin Allaha və Onun rəsuluna və mübahisə etməyin, onda zəifləyərsiniz və hökmünüz gedər. Səbr edin, həqiqətən, Allah səbr edənlərlədir! (47).Olmayın o kəslər kimi ki, insanlar qarşısında diyarlarından xaric oldular təzahür və riya üçün. Allahın yolundan sədd çəkirlər və Allah nə ilə ki, əməldədirlər, Mühitdir. (48).Onda şeytan onların əməllərini onlara zinətli etdi və dedi: «Insanlar içərisində bu gün sizə qalib gələn yoxdur və mən sizin qonşunuzam!» Amma elə ki, iki dəstə göründü, o, dabanı üstə qayıtdı və dedi: «Mən uzağam sizdən. Həqiqətən, nə ki, mən görürəm, onu siz görmürsünüz. Həqiqətən, mən xoflanıram Allahdan və həqiqətən, Allah şiddətlidir iqaba!» (49).Onda münafiqlər və o kəslər ki, qəlblərində mərəz var, deyirlər: «Bunları dinləri məğrur etdi!» Kim Allaha təvəkkül edərsə, həqiqətən, Allah Əzizdir, Həkimdir! (50).Əgər görsəydin onda o kəslər ki, kafirdirlər, onların canlarını alırlar. Mələklər onların üzlərinə və kürəklərinə zərbələri vururlar: «Yandırıcı əzabı dadın!» (51).Bu, ondan ötrüdür ki, nə ilə ki, əlləriniz hazırlamışdır və həqiqətən, Allah bəndələrinə zülm edən deyil! (52).Bu, Firaun ailəsinin və onlardan qabaqkıların dəbi kimidir. Kafir oldular ayətlərilə Allahın və Allah günahları ilə onları tutdu. Həqiqətən, Allah Qəvidir- yəni qüvvətlidir, şiddətlidir iqaba!


«Qənimət» surəsi (8) 53 –61 -ci ayətlər
(53).Bu, ona görədir ki, həqiqətən, Allah elə deyil ki, nemətini qeyri etsin, hansı ki, O nemət verib qouma, ta onu qeyri etsin onlar özləri. Həqiqətən, Allah Səmidir, Alimdir! (54).Bu, Firaun ailəsinin və onlardan qabaqkıların dəbi kimidir. Onlar yalan saydılar ayətlərilə Rəblərini və Biz günahları ilə onları həlak etdik və Firaun ailəsini qərq etdik. Küllisi oldular zalim! (55).Həqiqətən, Allah yanında canlıların şərlisi o kəslərdir ki, kafirdirlər və onlar inanmırlar - (56) o kəslər ki, onlarla əhd bağlamısan, sonra külli dəfə əhdlərini pozurlar və onlar təqvalı olmazlar. (57).Nə vaxt ki, müharibədə tapsan onları və o kəsləri ki, onlardan arxadadırlar, dağıt onları, ola ki, zikr etsinlər! (58).Nə vaxt ki, qoumun xəyanətindən qorxasan, at onların əhdlərini üzərlərinə ədalətlə. Həqiqətən, Allah sevməz xainləri! (59).Hesab etməsinlər o kəslər ki, kafirdirlər, onlar qabağa düşüblər. Həqiqətən, onlar aciz edə bilməzlər! (60).Bacardığınızı qüvvənizdən onlar üçün hazırlayın və atlı dəstələrini. Onunla siz Allahın düşmənlərini və sizin düşmənlərinizi və axırda gələn onlardan başqalarını, hansı ki, onları bilmirsiniz, Allah onları bilir, hərb vəziyyətində saxlayın. Allah yolunda nə şeydən xərcləsəniz, bütövlükdə sizə əvəz olacaq və sizə zülm olunmayacaq! (61).Əgər onlar təslim olmağa yönəlsələr, sən də ona yönəl və Allaha təvəkkül et. Həqiqətən, O Səmidir, Alimdir!

«Qənimət» surəsi (8) 62 -69 -cu ayətlər
(62).Əgər istəyələr səni aldatsınlar, həqiqətən, hesabı sənə Allahın. O - Odur ki, Öz yardımı ilə və inananlarla səni möhkəmləndirdi (63) və qəlbləri arasında ülfət yaratdı. Əgər infaq etsəydin nə ki, ərzdədir cəmiyyən, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onlar arasında ülfət yaratdı. Həqiqətən, O Əzizdir, Həkimdir! (64).Ay nəbi! Hesabı sənə Allahın və o kəs ki, tabedir sənə inananlardan. (65).Ay nəbi! Həris et inananları döyüşə. Əgər sizdən iyirmi nəfər səbirli olsa, iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onda onlar min nəfərə - o kəslərə ki, kafirdirlər, qalib gələrlər. Ona görə ki, onlar bir qoumdur, anlamazlar! (66).Indi Allah sizdən xəfif etdi. O bilir ki, sizdə zəiflik var. Əgər sizdən yüz nəfər səbirli olsa, onda onlar iki yüz nəfərə qalib gələr. Əgər sizdən min nəfər olsa, onda onlar iki min nəfərə qalib gələr Allahın izni ilə. Allah səbr edənlərlədir! (67).Olmadı nəbi üçün ki, olsun onun üçün əsirlər, ta ərzdə qırğın törənə. Siz dünya ərazisini istəyirsiniz və Allah axirəti istəyir. Allah Əzizdir, Həkimdir! (68).Əgər Allahdan qabaqcadan yazı olmasaydı, böyük əzab sizə toxunardı nədə ki, götürübsünüz. (69).Yeyin nədən ki, qənimətdir sizə halal, pak və Allahdan qorxun. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!

«Qənimət» surəsi (8) 70 -75 –ci ayətlər
(70).Ay nəbi! Kim ki, əlinizdə əsirlərdən var, onlara de: «Əgər Allah məlum etsə qəlblərinizdə xeyir, əta edərdi sizə xeyiri nədən ki, alınıb sizdən və sizi bağışlayar. Allah Ğəfurdur, Rəhimdir! (71).Əgər sənə xəyanət etmək istəyələr, fəqət bundan qabaq Allaha xəyanət etmişdilər və O imkan verdi onlardan. Allah Alimdir, Həkimdir! (72).Həqiqətən, o kəslər ki, inanırlar və hicrət ediblər və cihad edirlər Allah yolunda malları ilə və öz nəfsləri ilə və o kəslər ki, yer verib və yardım edirlər - həmin onlardır ki, bəzisi onların bəzisinin dostudur. O kəslər ki, inanırlar və hicrət etmirlər, heç bir şeydən onların dostluğundan sizin üçün yoxdur, ta onlar hicrət etməyələr! Əgər sizdən dində yardım istəsələr, aranızda andlaşma olan qoumun ziddinə olmasa, onlara yardım etməlisiniz. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir! (73).O kəslər ki, kafirdirlər, bəzisi onların bəzisinin dostudur. Ancaq siz onu etməsəniz, ərzdə sınaq və böyük fəsad olar. (74).O kəslər ki, inanırlar və Allah yolunda hicrət edib və cihad edirlər və o kəslər ki, yer veriblər və yardım edirlər – həmin onlardır həqiqi inananlar. Onlar üçün bağışlanmaq və kəramətli ruzilər vardır! (75).O kəslər ki, sonradan inanırlar və sizinlə birlikdə hicrət edib və cihad edirlər – həmin onlar sizdəndirlər. Allahın kitabında qohumların bəzisi bəzilərinin dostudur. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!


«Tövbə» surəsi (9)
(1).Bəraətdir Allahdan və Onun rəsulundan tərəfinə müşriklərdən o kəslərə ki, əhd bağlayıbsınız! (2).Ərzdə dörd şəhr gəzin və bilin ki, həqiqətən, Allahı aciz edə bilməzsiniz və həqiqətən, Allah kafirləri rüsvay edər! (3).Allahdan və Onun rəsulundan dəvətdir insanlara böyük gəlmə günündə. Həqiqətən, Allah uzaqdır müşriklərdən və Onun rəsulu. Əgər siz qayıtdınız və o xeyirlidir sizin üçün və əgər üz çevirdiniz, bilin ki, həqiqətən, Allahı aciz edə bilməzsiniz və bəşarət ver o kəslərə ki, kafirdirlər, ələmli əzabla! (4).Ancaq o kəslərdən başqa ki, əhd bağlayıbsınız müşriklərdən, sonra sizin qarşınızda heç bir şeylə onu pozmurlar və sizin əleyhinizə bir kəsə kömək etmirlər! Başa çatdırın əhdinizi onlarla müddətlərinə qədər. Həqiqətən, Allah sevir müttəqiləri! (5).Onda ki, qadağan olan şəhrlər qurtardı və döyüşün müşriklərlə harada tapdınız və tutun onları və əsir edin və yollarında oturub külli gizli yerlərdə onlara qarşı pusqu qurun! Əgər qayıtdılar və ayağa qalxdılar islahata və zəkat verdilər paklanmağa, onda yollarını boşaldın. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (6).Əgər müşriklərdən biri səndən yer istədi, onda ona yer ver, ta Allah kəlməsini eşitsin. Sonra onu öz əmin yerinə yetir. Bu ondan ötrüdür ki, həqiqətən, onlar bilməyən qoumdur!

«Tövbə» surəsi (9) 7 -13 –cü ayətlər
(7).Müşriklərin Allah yanında və Onun rəsulu yanında necə əhdi ola bilər, ancaq o kəslərdən başqa ki, qadağan olunmuş məscidin yanında əhd bağladınız? Hələ sizinlə nə qədər düz istiqamət etsələr, siz də onlarla düz istiqamətli olun. Həqiqətən, Allah sevir müttəqiləri! (8).Necə olar ki, əgər üzərinizdə qələbə çalsalar, sizin üçün heç bir yaxınlığı və əhdi gözləməzlər? Onlar xoş dillə sizi razı saxlayırlar, ancaq qəlblərində üz çevirirlər və onların əksəriyyəti fasiqlərdir! (9).Onlar Allahın ayətləri ilə az qiymətə alver edirlər və Onun yolundan sədd çəkirlər. Həqiqətən, onlar nə ki, əməl etdilər, pis oldu! (10).Onlar inananlarla münasibətlərində heç bir yaxınlığı və əhdi gözləmirlər və həmin onlar həddi aşanlardır! (11).Əgər qayıtdılar və ayağa qalxdılar islahata və verdilər zəkatı paklanmaq üçün, onda onlar dində sizin qardaşlarınızdır. Biz belə ayətlərimizi müfəssəl edirik bilən qoum üçün! (12).Əgər onlar əhd bağladıqdan sonra öz andlarını pozdular və dininizə tənə vurdular, onda kafirlərin imamı ilə döyüşün. Həqiqətən, onlar üçün and yoxdur, ola ki, son qoyalar! (13).Ə, öz andlarını pozan və rəsulu xaric etmək haqqında düşünən qoumla döyüşməyəcəksinizmi? Sizinlə əvvəl onlar başladılar. Ə, onlardanmı çəkinirsiniz? Haqq budur ki, Allahdan çəkinəsiniz, əgər oldunuz inananlar!


«Tövbə» surəsi (9) 14 -20 –ci ayətlər
(14).Döyüşün onlarla ki, Allah sizin əllərinizlə onları əzab etsin və onları rüsvay etsin və onların əleyhinə sizə yardım edib və inanan qoumun ürəklərinə şəfa versin (15) və onların qəlblərindən qeyzlərini aparsın. Allah kimin istəsə qayıtmasını qəbul edər və Allah Alimdir, Həkimdir! (16).Yoxsa hesab edirsiniz ki, sizi öz başınıza buraxarlar, bir surətdə ki, hələ Allah məlum etməyib sizdən cihad edənləri və siz Allahdan və Onun rəsulundan və inananlardan başqalarını özünüzə dost tutmayıbsınız? Allah Xəbirdir nə ilə ki, əməldəsiniz! (17).Müşriklər üçün olmadı ki, Allahın məscidlərini təmir edələr, bir surətdə ki, öz küfrlərinə şahiddirlər. Onların bütün əməlləri batil olub və aradan gedər və onlar odda həmişəlik qalacaqlar! (18).Həqiqətən, Allahın məscidlərini o kəs təmir edir ki, inandı Allah ilə və günü ilə axırın və ayağa qalxdı islahata və zəkat verdi paklanmaq üçün və Allahdan başqa bir kəsdən çəkinmədi – ola bilsin ki, həmin onlar hidayət tapmışlardan olsunlar! (19).Ə, hacılara su verməyi və qadağan olunmuş məscidi təmir etməyi o kəsin əməlinə oxşatdınız ki, inandı Allah ilə və günü ilə axırın və Allah yolunda cihad etdi? Onlar Allah yanında bərabər deyillər və Allah zalim qoumu hidayət etməz! (20).O kəslər ki, inandılar və hicrət etdilər və Allah yolunda cihad etdilər malları ilə və nəfslərilə - onlar Allah yanında əzəmətli dərəcə sahibidirlər və həmin onlar səadətə çatanlardır!
«Tövbə» surəsi (9) 21 -26 –cı ayətlər
(21).Bəşarət verər onlara Rəbləri Öz tərəfindən rəhmətlə və razılıqla və o cənnətlə ki, onlar üçün orada daima gələn nemət var - (22) əbədi həmişəlik orada qalacaqlar. Həqiqətən, o, yanındadır Allahın – əcrdir əzəmətli! (23).Ay o kəslər ki, inanırsınız! Dost tutmayın atalarınızı və qardaşlarınızı, əgər küfrü imandan çox sevdilər. Sizdən kim onları dost tutsa – həmin onlar zalimlərdir! (24).De: «Əgər atalarınızı, oğullarınızı, qardaşlarınızı, zövclərinizi, əşirətinizi və o malı ki, cəm edibsiniz və o ticarəti ki, kasad olmağından çəkinirsiniz və məskənləri ki, ürəyiniz onlara xoşdur, Allahdan və Onun rəsulundan və Onun yolunda cihad etməkdən artıq sevirsiniz, bəs gözləyin, ta gələ Allah əmrilə və Allah hidayət etməz fasiq qoumu! (25).Əlbəttə, Allah sizə çox yerlərdə kömək etdi və Hüneyn günündə – onda ki, çoxluğunuz sizi məğrur etdi. Amma o sizə fayda vermədi və o genişlikdə ərz sizə dar gəldi. Sonra hamınız üz çevirib qaçdınız. (26).Sonra Allah Öz rəsulunun və inananların üzərinə sakitlik nazil etdi və qoşun nazil etdi ki, siz onları görmürdünüz və o kəsləri ki, kafir idilər, əzab etdi və bu, kafirlərin cəzasıdır!

«Tövbə» surəsi (9) 27 –31 –ci ayətlər
(27).Sonra Allah bunun ardınca hər kimin istər qayıtmasın qəbul edər və Allah Ğəfurdur, Rəhimdir! (28).Ay o kəslər ki, inanırsınız! Həqiqətən, müşriklər nəcisdirlər. Bu ildən sonra gərək qadağan olunmuş məscidə yaxın olmasınlar! Əgər çatışmamazlıqdan xofunuz olsa, Allah Öz fəzlindən, əgər istəsə, sizi varlandırar. Həqiqətən, Allah Alimdir, Həkimdir! (29).Döyüşün o kəslərlə ki, inanmırlar Allah ilə və günü ilə axırın və qadağan etmirlər nə ki, Allah və Onun rəsulu qadağan edibdir və o kəslərdən ki, kitab verilibdir – haqq dini qəbul etmirlər, ta alçalmış şəkildə əllərilə cizyə verincəyə qədər. (30).Hidayət olunanlar dedilər: «Üzeyir Allahın oğludur» və yardım olunanlar dedilər: «Məsih Allahın oğludur». Bu sözlər onların ağız sözləridir və o kəslərin sözlərinə oxşayır ki, bundan qabaq kafir oldular. Allah onları məhv etsin! Necə onlar dönürlər! (31).Onlar öz alim və rahiblərini və Məsih Məryəm oğlunu özlərinə Allahdan başqa Rəbb məqamında götürdülər. Bir surətdə ki, onlara əmr olunmuşdu ancaq Vahid Ilahiyə ibadət edələr. Allahdan başqa Ilahi yoxdur. Sübhandır O nədən ki, şərik qoşurlar!

«Tövbə» surəsi (9) 32 -36 –cı ayətlər
(32).Istəyirlər ki, Allahın nurunu ağız sözlərilə söndürsünlər, amma Allah qoymaz başqasını, ancaq Öz nurunu tamamlamaq istər, əgər kafirlər kərahətli olsalar da. (33).O - Odur ki, Öz rəsulunu hidayətlə və haqq dinlə göndərdi, qaldırması üçün onu üzərinə dinin küllisinin onun və əgər müşriklər kərahətli olsalar da. (34).Ay o kəslər ki, inanırsınız! Həqiqətən, alimlərdən və rahiblərdən əksəriyyəti insanların malını batillə yeyirlər və Allah yolundan sədd çəkirlər. O kəslər ki, qızıl və gümüş cəm edirlər və Allah yolunda xərcləmirlər, bəşarət ver onlara ələmli əzabla - (35) o gün ki, cəhənnəm odunda qızdırılıb alınlarına və böyürlərinə və kürəklərinə dağ basılacaq! Budur, nə ki, özünüz üçün cəm edirdiniz və dadın nə ki, cəm etdiniz! (36).Həqiqətən, şəhrlərin sayı Allah yanında – o gündən ki, səmaları və ərzi xəlq edib – Allahın kitabında on iki şəhrdir. Onlardan dördü qadağandır. Budur möhkəm din. Onlarda öz nəfsinizə zülm etməyin və hamınız müşriklərlə döyüşün, nə qədər, onlar hamısı sizinlə döyüşürlər. Bilin ki, həqiqətən, Allah müttəqilərlədir!


«Tövbə» surəsi (9) 37 -40 –cı ayətlər
(37).Həqiqətən, əvəz etmək – azaldıb və çoxaltmaq – küfrü artırmaqdır. O kəslər ki, kafirdirlər onunla zəlalətə salarlar; buna bir il icazə verirlər və bir il qadağan edirlər, ondan ötrü ki, Allahın qadağan etdiyi saylara bərabər tutsunlar və Allahın qadağan etdiyinə icazə verirlər. Onların pis əməlləri qarşılarında zinətli olur və Allah kafir qoumu hidayət etməz! (38).Ay o kəslər ki, inanırsınız! Onda ki, sizə deyilir: «Allah yolunda çıxış edin!», nə üçün ərzdə ağırlıq edirsiniz? Ə, razısınız dünya həyatı ilə axirətdən? Nə ki, mətahı dünya həyatının axirətdə ancaq azdır! (39).Əgər çıxış etməsəniz, O sizi ələmli əzabla əzab edər və sizi qeyri qoumla dəyişər və siz Ona heç bir şeylə zərər yetirə bilməzsiniz və Allah üzərində külli şeyin Qadirdir! (40).Əgər ona köməklik etməsəniz, fəqət Allah ona köməklik etdi, onda o kəslər ki, kafir idilər, onu xaric etdilər, onda iki nəfərdən biri idi. Onda ikisi də mağarada idi, yoldaşına dedi: «Hüznlü olma, həqiqətən, Allah bizimlədir!» Allah ona Öz rahatlığını nazil etdi və onu qeyb qoşunu ilə möhkəmləndirdi, hansı ki, görmürdünüz və kafirlərin səsini batırdı və Allahın sözü hər vaxt ucadır və həqiqətən, Allah Əzizdir, Həkimdir!

«Tövbə» surəsi (9) 41 -47 –ci ayətlər
(41).Yüngül və ağır çıxışlarla və malınız və nəfsinizlə cihad edin Allah yolunda! Bu, sizin üçün xeyirdir, əgər biləsiniz! (42).Əgər oldu ərazisi yaxın və səfəri qısa, itaət edərdilər sənə. Lakin bu səfər onlar üçün zəhmətli və uzaq oldu. Allah ilə and içirlər: «Qüdrətimiz olsaydı, əlbəttə, sizinlə çıxmağa hazır olardıq». Özlərini həlak edirlər və Allah bilir ki, həqiqətən, onlar yalançıdırlar! (43).Allah səni əfv etsin! Nə üçün onlara izn verdin, ta sənə bəyan olardı o kəslər ki, sadiqdirlər və bilərdin yalançıları? (44).O kəslər ki, inanırlar Allah ilə və günü ilə axırın, səndən izn istəməzlər ki, malları və nəfsləri ilə cihad edələr. Allah Alimdir müttəqilərlə! (45).Həqiqətən, səndən izn istəyirlər o kəslər ki, inanmırlar Allah ilə və günü ilə axırın və qəlbləri şübhədədir və öz şübhələrində tərəddüd edirlər. (46).Əgər onlar çıxmaq istəsəydilər, onun üçün hazırlıq edərdilər. Lakin kərahətləndi Allah onların davranışına və onları saxladı və deyildi: «Oturanlarla oturun!» (47).Əgər çıxsaydılar, artırardılar sizdə ancaq pozuntunu və işlərinizə xələl qataraq sınağa çalışardılar. Sizdə onların sözlərinə qulaq asanlar var və Allah zalimlərlə Alimdir!

«Tövbə» surəsi (9) 48 -54 –cü ayətlər
(48).Əlbəttə, bundan qabaq da sınağa çalışırdılar və işləri sənə tərsinə göstərirdilər, ta haqq gəldi, Allahın əmri zahir oldu və onlar kərahətlidirlər. (49).Onlardan bir kəs ki, deyir: «Mənə izn ver və məni sınama!» Ə, onlar sınaqda deyillərmi? Həqiqətən, cəhənnəm kafirləri əhatə edər! (50).Əgər isbatdır sənə yaxşılıq, təəssüflənirlər və əgər isbatdır sənə müsibət, deyərlər: «Əlbəttə, tutduq işimizi qabaqcadan!» və fərəhlənərək üz döndərərlər. (51).De: «Bizə isbat etməz, ancaq nə ki, Allah yazıbdır bizim üçün. O bizim Mövlamızdır və inananlar Allaha təvəkkül etsinlər! (52).De: «Məgər bizim üçün iki yaxşılıqdan birinimi gözləyirsiniz? Biz Allahın əzabının Onun tərəfindən, ya bizim əllərimizlə sizə isbat olmasını gözləyirik. Gözləyin, biz də sizinlə gözləyirik! (53).De: «Infaq edin könüllü və ya ikrahla – sizdən qəbul olunmayacaq!» Həqiqətən, siz oldunuz fasiq qoum! (54).Infaq etdiklərini qəbul etməyə mane oldu ancaq ki, kafir oldular Allah ilə və rəsulu ilə Onun və islahata gəldilər, ancaq kəsilə–kəsilə və infaq edirlər, ancaq ikrahla.

«Tövbə» surəsi (9) 55 -61 –ci ayətlər
(55).Onların malı və övladı səni təəccübə gətirməsin, həqiqətən, Allah istəyir onları dünya həyatında bununla əzab etsin və canları çıxsın o halda ki, kafirdirlər. (56).Allah ilə and içirlər ki, sizdənik və onlar sizdən deyillər və lakin qorxaq bir qoumdurlar. (57).Əgər sığınacaq və ya mağara və ya daxil olmağa yer tapsalar, tələsən halda ora üz çevirərdilər. (58).Onlardan var ki, sədaqəti bölməkdə sənə irad tuturlar. Əgər onlara ondan verilsə, razı olarlar və əgər verilməsə, onda qəzəblənərlər. (59).Əgər razı olsaydılar nə ki, əta edir onlara Allah və Onun rəsulu və deyərdilər: «Hesabı bizə Allahın. Əta edir bizə Allah Öz fəzlindən və Onun rəsulu. Həqiqətən, biz tərəfinə Allahın rəğbətliyik!» (60).Həqiqətən, sədaqət fəqirlər üçün və miskinlər və onun üzərində əməl edənlərə və onların qəlblərində ülfət yaratmağa və kölə azad etməyə və borclulara və Allah yolunda və yol oğluna fərz Allahdan. Allah Alimdir, Həkimdir! (61).Onlardan o kəslər ki, əziyyət verirlər nəbiyə və deyirlər: «O – qulaqdır, yəni söz eşidəndir». De: «Qulaq sizin üçün xeyirdir!» Inanır Allah ilə və inanır möminlər üçün və rəhmətdir sizdən o kəslərə ki, inanırlar. O kəslər ki, Allahın rəsuluna əziyyət verirlər, onlar üçün ələmli əzab var!

«Tövbə» surəsi (9) 62 -68 –ci ayətlər
(62).Sizi razı etmək üçün qarşınızda Allah ilə and içirlər. Allah və Onun rəsulunun çox haqları var ki, onları razı edələr, əgər inanan olsaydılar! (63).Ə, onlar bilmədilər ki, kim Allaha və Onun rəsuluna qarşı həddini aşsa, həqiqətən, onun üçün cəhənnəm odu var - orada həmişəlik qalacaqdır? Bu, əzəmətli rüsvayçılıqdır! (64).Münafiqlər həzər edirlər ki, nazil olar üzərinə onların surə, xəbər verər nə ilə ki, qəlblərindədir. De: «Istehza edin! Həqiqətən, Allah xaric edəcək nə ki, həzər edirsiniz!» (65).Əgər onlardan sual etsən, deyərlər: «Biz ancaq zarafat edib, əylənirdik». De: «Ə, Allah ilə və Onun ayətləri ilə və Onun rəsulu ilə istehza edirdiniz?» (66).Üzr istəməyin! Siz imanınızdan sonra kafir oldunuz. Əgər sizdən bir tayfanı bağışlasaq, digər tayfanı əzab edəcəyik, çünki onlar cərimə olunmuş oldular! (67).Münafiqlər və münafiqələr - bəzisi onların bəzisindəndir; əmr edirlər bəyənilməyənlə və nəhy edirlər mərifətdən və əllərini bərk sıxırlar. Onlar Allahı unudublar və Allah da onları unutdu. Həqiqətən, münafiqlər - onlar fasiqlərdir! (68).Allah münafiq və münafiqələrə və kafirlərə cəhənnəm odunu vəd verib ki, onda həmişəlik qalacaqlar. O hesabıdır onların. Lənət edib onları Allah və onlar üçün kəsilməyən əzab var!

«Tövbə» surəsi (9) 69 -72 –ci ayətlər
(69).O kəslər kimi ki, sizdən qabaq var idilər. Qüvvətdə sizdən şiddətli və malda çox dövlətli və övladlı idilər. Onlar öz paylarından faydalandılar. Siz də öz payınızdan faydalanmısınız, sizdən qabaq olan kəslərin öz paylarından faydalandıqları kimi. Onlar bəyənilməz söz dedikləri kimi siz də bəyənilməz sözlər dediniz. Dünyada və axirətdə əməlləri boşa çıxdı və həmin onlar xəsarətdə olanlardır! (70).Ə, gəlmədimi onlara xəbərləri onlardan qabaq olan kəslərin – Nuh qoumunun və Ad və Səmud və Ibrahim qoumunun və Mədyən əshabının və Mutəfikilərin? Gəldi onlara rəsulları bəyanatla. Olmadı Allah onlara zülm edən və lakin onlar öz nəfslərinə zülm edənlər oldular! (71).Möminlər və möminələr - bəzisi onların bəzisinin dostudur; əmr edirlər mərifətlə və nəhy edirlər bəyənilməyəndən və ayağa qalxırlar islahata və zəkat verirlər paklanmaq üçün və itaət edirlər Allaha və Onun rəsuluna. Həmin onlardır ki, Allah onlara rəhm edəcək. Həqiqətən, Allah Əzizdir, Həkimdir! (72).Vədi Allahın mömin və möminələrə cənnətlər – cari olur altından onun nəhrlər, həmişəlikdirlər orada və məskənlər pak Ədn cənnətlərində. Razılıq Allahdan böyük. Budur əzəmətli səadət!

«Tövbə» surəsi (9) 73 -79 –cu ayətlər
(73).Ay nəbi! Kafir və münafiqlərlə cihad et və onlara qarşı qəliz ol! Onların sığınacağı cəhənnəmdir və çox pis mənzildir! (74).Allaha and içirlər ki, deməyiblər və bir surətdə ki, onlar küfr kəlməsi deyiblər və təslim olandan sonra kafir olublar. Bir iş görmək istədilər, ancaq nail olmadılar. Intiqam alırlar, ancaq ona görə ki, Allah və Onun rəsulu Öz fəzlindən onları ehtiyacsız etdi. Əgər qayıtsalar, onlar üçün xeyirlidir və əgər üz çevirsələr, Allah onlara dünya və axirətdə ələmli əzab verər və yoxdur onlar üçün ərzdə dost və yardımçı! (75).Onlardan vardır ki, Allahla əhd bağladı: «Əgər əta etsə bizə Öz fəzlindən, hökmən sədəqə verib və salehlərdən olarıq». (76).Amma elə ki, əta etdi onlara Öz fəzlindən, onunla simiclik etdilər və etiraz edərək üz çevirdilər. (77).O aqibətini onlara, Onunla görüşəcəkləri günə qədər, qəlblərində nifaq verdi. Bu, ona görə idi ki, onlar Allaha qarşı xilaf çıxdılar nə ki, Ona vəd vermişdilər və nə ilə ki, oldular yalançılar. (78).Ə, bilmirlər ki, Allah onların sirlərini və gizli danışıqlarını bilir və həqiqətən, Allah qeybə Alimdir?! (79).O kəslər ki, irad tuturlar inananlardan sədəqə verənlərə və o kəslərə ki, az mallarından imkanları qədər sədəqə verirlər və onlara da istehza edirlər - Allah da onları məsxərə edər və onlar üçün ələmli əzab var!

«Tövbə» surəsi (9) 80 -86 –cı ayətlər
(80).Onlar üçün bağışlanmaq istəyəsən, ya istəməyəsən; əgər yetmiş dəfə bağışlanmaq istəsən də Allah onları bağışlamayacaq. Bu, ona görədir ki, onlar kafir oldular Allah ilə və Onun rəsulu ilə. Allah fasiq qoumu hidayət etməz! (81).Arxada qalanlar fərəhləndilər nə ki, Allahın rəsuluna qarşı çıxıblar və kərahətli idi ki, cihad edələr Allah yolunda malları və nəfsləri ilə və deyirdilər: «Bu istidə cihad etməyin!» De: «Cəhənnəmin odu daha şiddətli istidir!» - əgər anlayan olsaydılar! (82).Indi gərək az gülələr və çox ağlayalar, cəzalanacaqlar nə ilə ki, oldular kəsblilər! (83).Əgər Allah səni onlardan bir tayfanın yanına tərəf qaytara və səndən cihada çıxmaq icazəsi istəyələr, de: «Siz heç vaxt mənimlə bərabər cihada çıxmayacaqsınız və mənimlə bərabər düşmənlərlə döyüşməyəcəksiniz. Həqiqətən, əvvəl evdə qalmağa razı oldunuz. Indi oturanlarla birlikdə oturun!» (84).Heç vaxt diləmə onlardan birinin ölüsünün üzərində və durma onun qəbrinin üzərində. Çünki onlar kafir oldular Allah ilə və Onun rəsulu ilə və öldülər o halda ki, fasiq idilər. (85).Onların malı və övladı səni təəccübə gətirməsin. Həqiqətən, Allah istəyir ki, onları dünyada bununla əzab etsin və canları çıxsın o halda ki, kafirdirlər. (86).Onda ki, bir surə nazil oldu: «Inanın Allah ilə və Onun rəsulu ilə bərabər cihad edin!», - onlardan imkanlıları səndən izn istəyib və dedilər: «Qoy biz oturanlarla olaq!»

«Tövbə» surəsi (9) 87 -93 –cü ayətlər
(87).Razı olurlar ki, arxada qalanlarla bərabər olsunlar. Onların qəlblərinə möhür vuruldu və onlar anlamırlar. (88).Lakin rəsul və o kəslər ki, inanırlar onunla bərabər, malları və nəfsləri ilə cihad etdilər və həmin onlar üçündür yaxşılıqlar və həmin onlar nicat tapanlardır! (89).Hazır edib Allah onlar üçün cənnətlər – cari olur altından onun nəhrlər, həmişəlikdirlər orada. Budur əzəmətli səadət! (90).Ərəblərdən, yəni çölçülərdən gəldi üzr istəyənlər ki, onlara izn verəsən və qaldılar o kəslər ki, Allahı və Onun rəsulunu yalançı saydılar. Onların kafirlərinə ələmli əzab yetişəcək! (91).Yoxdur çətinlik üzərində zəiflərin və xəstələrin və o kəslərin ki, bir şey tapa bilmirlər xərcləməyə, onda ki, Allah və Onun rəsulu üçün nəsihət edələr. Yaxşılıq edənlərin əleyhinə də yol yoxdur. Allah Ğəfurdur, Rəhimdir! (92).Yoxdur üzərində o kəslərin ki, yanına gəlib vəsilə istədilər, ta cihada getsinlər və sən deyirsən: «Tapmıram vəsilə ki, sizi göndərəm». Onlar qayıtdılar və gözləri hüzndən yaş tökürdü ki, niyə cihad xərci tapa bilmirlər. (93).Təkcə o kəslər üçün məzəmmət yolu vardır ki, dövlətlidirlər və səndən izn istəyirlər. Razı olurlar arxada qalanlarla olsunlar. Allah qəlblərinə möhür vurdu onların və onlar bilmirlər!

«Tövbə» surəsi (9) 94 -99 -cu ayətlər

11 –ci cüz

(94).Üzr istəyəcəklər sizdən, onda ki, müraciət etdiniz onlara tərəf. De: «Üzr istəməyin. Sizə inanmırıq. Allah xəbərlərinizi bizə bildirib və tezliklə Allah və Onun rəsulu əməllərinizi aşkara salar, sonra qeybi və aşkarı bilənin yanına qayıdarsınız və xəbər verəcək sizə nə ilə ki, oldunuz əməllilər!» (95). And içəcəklər qarşınızda Allah ilə sizin üçün onda ki, qayıtdınız tərəfinə onların, üz döndərməyiniz üçün onlardan. Onlardan üz döndərin! Həqiqətən, onlar ricsdirlər və yerləri cəhənnəmdir - cəza nə ilə ki, oldular kəsblilər! (96).Qarşınızda and içirlər, ta sizi özlərindən razı edələr. Əgər siz onlardan razı olasınız, Allah heç vaxt fasiq qoumdan razı olmayacaq! (97).Ərəblər, yəni çölçülər küfrdə və nifaqda şiddətlidirlər və yeri vardır ki, bilməyələr həddini nə ki, Allah nazil edib rəsulunun üzərinə və Allah Alimdir, Həkimdir! (98).Çölçülərdən vardır ki, cihada sərf etdiyi malı özlərinə zərər və cərimə hesab edirlər və sizin üçün pis hadisələrə müntəzirdirlər və o halda ki, pis hadisələr onların özləri üçündür və Allah Səmidir, Alimdir! (99).Çölçülərdən vardır, kim inanır Allah ilə və günü ilə axırın və götürür nə ki, infaq edir, yaxınlıq Allah yanında və diləyişini rəsulun. Ə, məgər yoxmu? Həqiqətən, o, yaxınlıqdır onlar üçün. Allah onları öz rəhmətinə daxil edər. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!




«Tövbə» surəsi (9) 100 -106 –cı ayətlər
(100).Onlar ki, mühacirlərdən və yardım edənlərdən iman gətirməkdə qabağa düşdülər və o kəslər ki, yaxşılıqla onlardan itaət etdilər – Allah onlardan razıdır və onlar da Ondan razıdırlar. O hazır edib onlar üçün cənnətlər – cari olur altından onun nəhrlər, həmişəlikdirlər orada əbədi. Budur əzəmətli səadət! (101).Ətrafınızda olan çölçülərdən və şəhər əhlindən münafiqlər var. Onlar nifaqda sabitdirlər. Sən onları tanımırsan, Biz tanıyırıq. Onları iki dəfə əzab edəcəyik, sonra əzəmətli əzaba tərəf qayıdarlar. (102).Axırdakılar etiraf etdilər günahları ilə: qarışdırdılar əməli islahatı və axır pisliyi. Ola bilsin ki, Allah qayıtsın üzərinə onların. Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (103).Götür mallarından sədəqə, təmizləyəsən onları və paklayasan onları onunla və dilə üzərinə onların. Həqiqətən, sənin islahatın onlar üçün təsginlikdir və Allah Səmidir, Alimdir! (104).Ə, bilmirlərmi Allah bəndələrindən qayıtmanı qəbul edər və sədaqəti alar? Həqiqətən, Allah Təvvabdır, Rəhimdir! (105).De: «Əməl edin! Görür Allah əməllərinizi və rəsulu Onun və inananlar. Qayıdarsınız qeybə və aşkara Alim olana tərəf və xəbər verər sizə nə ilə ki, oldunuz əməllilər!» (106).Axırdakılar, müraciətlidirlər əmr üçün Allaha: nə vaxt ki, əzab edər onları və nə vaxt ki, qayıdar üzərinə onların və Allah Alimdir, Həkimdir!

«Tövbə» surəsi (9) 107 -111 -ci ayətlər
(107).O kəslər ki, götürdülər məscidi zərərnən və küfrnən və təfriqəyə arasında inananların və pusqu idi kim üçün ki, hərbə Allah və rəsulu ilə qabaqcadan və and içirlər: «Iradəmiz, ancaq yaxşılıqdır!» Allah şahiddir ki, onlar yalançıdırlar! (108).Qalxma orada əbədən. Məscid ki, əsası təqva üzərindədir əvvəl gündən, haqdır ki, qalxasan orada. Orada kişilər var – sevirlər paklanmağı və Allah sevir paklananları! (109).Ə, kim ki, əsası binanın təqva üzərindədir Allahdan və razılığı, xeyirlidir, yoxsa kim ki, əsası binanın üzərində nehrələnərək səpələnənin üzərində və nehrələnəcək onunla odunda cəhənnəmin? Allah hidayət etməz zalim qoumu! (110).Kəsməz, binaları onların odur ki, bina ediblər, şübhəni qəlblərində onların, ancaq ki, qətt ola qəlbləri onların və Allah Alimdir, Həkimdir! (111).Həqiqətən, Allah alver etdi inananlardan nəfslərini onların və mallarını haqq ilə onlar üçün cənnəti. Qətldədirlər yolunda Allahın və qətl edirlər və qətl olunurlar vədə üzərində Onun haqdır Tövratda və Incildə və Qur’anda. Kim vəfalıdır əhdi ilə Allahdan? Bəşarətlənin beyiniz ilə – odur ki, beyləşmisiniz Onun ilə! Budur əzəmətli uğur!

«Tövbə» surəsi (9) 112 -117 -ci ayətlər
(112).Qayıdandırlar, ibadət edəndirlər, həmd edəndirlər, səyahət edəndirlər, rüku edəndirlər, səcdə edəndirlər, əmr edəndirlər mərifətlə və pis işlərdən çəkindirəndirlər və hifz edəndirlər Allahın hüdudunu. Bəşarət ver inananlara! (113).Olmadı nəbi və o kəslər üçün ki, inandılar, bağışlanmaq istəyələr müşriklər üçün, əgər oldular yaxınlar – ondan sonra ki, bəyan oldu onlar üçün ki, onlar əshabıdırlar cəhənnəmin. (114).Olmadı bağışlanmaq istəmək Ibrahimə atası üçün, ancaq ki, vədəyə xatir, vəd vermişdi ona. Amma elə ki, aydın oldu onun üçün, həqiqətən, o, düşməndir Allah üçün, uzaq oldu ondan. Həqiqətən, Ibrahim həlim əhvallı idi! (115).Olmadı Allah zəlalətdə tərk etmək üçün qoumu ondan sonra ki, hidayət etdi onları, ta bəyan edə onlara nə ki, qorxalar. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir! (116).Həqiqətən, Allah – Onun üçündür mülkü səmaların və ərzin. Dirildir və öldürür. Olmadı sizin üçün Allahdan başqa Vəlidən və yoxdur Nəsir! (117).Əlbəttə, qayıtdı Allah üzərinə nəbinin və mühacirlərin və yardımçıların - o kəslər ki, tabe oldular Ona çətin saatda, ondan sonra ki, az qaldı zığlansın qəlbləri firqənin onlardan. Sonra qayıtdı üzərinə onların. Həqiqətən, O onlar ilə Raufdur, Rəhimdir!

«Tövbə» surəsi (9) 118 -122 -ci ayətlər
(118).Üzərinə üçünün – o kəslərin ki, geri qalmışdılar, ta onda ki, o genişlikdə ərz onlara dar gəldi və daraldı üzərində onların nəfsləri və zənn etdilər ki, Allahdan başqa pənah yeri yoxdur. Sonra qayıtdı üzərinə onların qayıtmaları üçün. Həqiqətən, Allah – O Təvvabdır, Rəhimdir! (119).Ay o kəslər ki, inanırsınız! Allahdan qorxun və sadiqlərlə olun! (120).Olmadı əhli üçün şəhərin və kim dövrəsində olanlar üçün ərəblərdən ki, geri qalsınlar rəsulundan Allahın və yoxdur üz çevirmək öz–özlərilə nəfsindən onun. Bu həqiqətlə onlara, isbat olmaz onlara susuzluq və yoxdur aclıq və yoxdur yorğunluq yolunda Allahın və yoxdur addım atmaları atmağnan qəzəbləndirmək üçün kafirləri və almadılar düşməndən alınmalını, ancaq yazıldı onlar üçün onunla əməli islahat. Həqiqətən, Allah zay etməz əcrini yaxşıların! (121).Yoxdur infaqları xərcləməknən kiçiknən və yoxdur böyüknən və yoxdur taqətləri vadiynən, ancaq yazdı onlara cəzaları üçün Allah yaxşılıq, nə ki, olmuşdular əməl edənlər! (122).Olmadı inananlara çıxmaları üçün birlikdə. Gərək onların hər tayfasından neçə nəfər qalsınlar dini öyrənmək üçün və nəzərinə çatdırmaq üçün öz qoumlarının, onda ki, onlara tərəf müraciət etdilər, ola ki, onlar həzər edələr!

«Tövbə» surəsi (9) 123 –129 –cu ayətlər
(123).Ay o kəslər ki, inanırsınız! Qətl edin o kəsləri ki, yanınızdakı kafirlərdən. Gərək tapsınlar sizdə qəlizlik. Bilin ki, həqiqətən, Allah müttəqilərlədir! (124).Onda ki, nazil olur surə, onlardan kim ki, deyir: «Bu, sizin hansı birinizə iman artırdı?» Amma o kəslər ki, inanırlar, onların imanını artırır və onlar bəşarətlənirlər. (125).Amma o kəslər ki, qəlblərində mərəz var, artırır onlara rics tərəfinə ricsliklərinin və ölürlər və onlar kafirlərdir! (126).Ə, görmürlər, həqiqətən, onlar sınanırlar külli illərdə bir dəfə, ya iki dəfə? Sonra qayıtmırlar və zikr etmirlər? (127).Onda ki, nazil olur surə, nəzər salırlar bəziləri tərəfinə bəzisinin: «Sizi biri gördümü?» Sonra sərf edirlər. Sərf etdi Allah qəlblərini onların. Həqiqətən, onlar anlamaz qoumdur! (128).Əlbəttə, gəldi sizə rəsul nəfsinizdən. Əzizdir üzərində onun nə ki, inanmırsınız. Hərisdir üzərinizdə sizin. Inananlar ilə raufdur, rəhimdir! (129).Əgər üz döndərdilər, de: «Hesabdır mənə Allah! Yoxdur ilahi, ancaq Odur. Üzərinə Onun təvəkkül etmişəm və O Rəbbidir əzəmətli ərşin!»

«Yunus» surəsi (10)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Ra. Budur hikmətli kitabın ayətləri. (2).Ə, insanlar üçün təəccüblü oldu ki, Biz vəhy edirik onlardan bir kişiyə ki: «Qorxut insanları və bəşarət ver inananlara ki, Rəbləri yanında doğru dərəcələri var!»? Kafirlər dedilər: «Həqiqətən, bu, aşkar sehrkardır!» (3).Həqiqətən, Rəbbiniz Allah – Odur ki, səmaları və ərzi altı gündə xəlq etdi. Sonra ərşi yaratdı, bütün işlərinə tədbir qılaraq, öz hökmü altına aldı. Onun izni olmadan şəfa edən olmaz. Budur sizin Allah – Rəbbinizdir və Ona ibadət edin! Ə, zikr etmirsinizmi? (4).Ona tərəfdir müraciətiniz cəmiyyən. Allahın vədi haqdır. Həqiqətən, O başlayır xəlqə, sonra qaytarır onu, cəza verməsi üçün insafla o kəslərə ki, inanırlar və əməlləri islahatdır. O kəslərə ki, kafir oldular, onlar üçün şərab hamamda qaynayan sudan və ələmli əzab nə ilə ki, oldular kafirlər! (5).O Odur ki, etdi şəmsi ziyalı və qəməri nurlu və ona mənzillər təyin etdi, ta illərin sayını və hesabını biləsiniz. Allah bunları haqq olaraq yaratdı. Fəsillərlə edir ayətlərini bilən qoum üçün. (6).Həqiqətən, gecə və gündüzün dəyişməsində və Allahın səmalarda və ərzdə xəlq etdiyində təqvalı qoum üçün ayətlər var!

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin