«f a t I h ə» s u r ə s I (1)


«Dəstələr» surəsi (33) 7 -15 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə55/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

«Dəstələr» surəsi (33) 7 -15 -ci ayətlər

(7).Onda götürdük Biz nəbilərdən andlarını onların – səndən və Nuhdan və Ibrahim və Musa və Isa Məryəm oğlundan. Aldıq onlardan qəliz and - (8) ondan ötrü ki, O sual etsin sadiqlərdən onların sidqlərindən və kafirlər üçün ələmli əzab hazır edib. (9).Ay o kəslər ki, inanırsınız! Zikr edin Allahın sizin üzərinizə olan nemətini, onda gəldi sizin üzərinizə qoşun. Biz göndərdik üzərinə onların külək və qoşun, hansı ki, siz onu görmürdünüz. Oldu Allah nə ilə ki, əməldəsiniz, Bəsir! (10).Onda gəldilər sizin fövqünüzdən və sizdən aşağıdan, onda gözləriniz bərəldi və ürəyiniz boğazınıza çıxdı. Zənn etdiniz Allah barəsində müxtəlif zənlər. (11).Orada inananlar imtahan olundular və zəlzələ tutdu onları şiddətli zəlzələ ilə! (12).Və onda dedilər münafiqlər və o kəslər ki, qəlblərində mərəz var: «Allah və Onun rəsulu bizə ancaq məğrurluq vəd verdi!» (13).Onda dedi onlardan bir tayfa: «Ay Yəsrib əhli! Sizin üçün məqam yoxdur, qayıdın!» Onlardan bir firqə isə nəbidən izn istəyərək dedi: «Həqiqətən, evlərimiz açıqdır!» - bir surətdə ki, onlar açıq deyildi. Onlar ancaq fərarilik etmək istəyirdilər. (14).Əgər onların üzərinə yaşayış yerinin müxtəlif tərəflərindən daxil olsaydılar, sonra isə sual olunsaydılar sınağa, onda onlar bunda razılığa gələrdilər və nə ki, qalardı onunla ancaq az! (15).Əlbəttə, bundan qabaq onlar Allahla əhd bağladılar ki, arxa çevirməyəcəklər. Allahla bağlanan əhd sual olunacaq!




«Dəstələr» surəsi (33) 16 –22 -ci ayətlər

(16).De: «Mənfəət verməz sizə fərarilik, əgər fərarilik edəsiniz ölməkdən və qətlə yetişməkdən. Onda ki, mətahlanarsınız ancaq az». (17).De: «Kimdir o kəs ki, sizi Allahdan qoruya, əgər O sizə pislik istəyə, ya rəhmət istəyə? Tapa bilməzlər özləri üçün Allahın əvəzinə Vəli və Nəsir! (18).Bilir Allah sizlərdən mane olanları və öz qardaşlarına deyənləri: «Bizə tərəf gəlin!» Basqıya onların ancaq azı gələr, (19) sizin üçün simiclik edərlər. Onda ki, onlara gəlir xof, görürsən ki, onlar sənə baxırlar o halda ki, onların gözləri hədəqəsində oynayır, o kəslər kimi ki, ölüm kölgəsi onları bürüyüb. Onda ki, xof geçdi, sizi dil yarası ilə bərk incidirlər, xeyirə simiclik edirlər. Onlar inanmazlar və Allah da onların əməllərin məhv edər və bu, oldu üzərində Allahın asan! (20).Hesab edərlər ki, əhzab, yəni dəstələr getməyib. Əgər əhzab gələrsə, onlar istərdilər ki, çöldə ərəblər arasında olsunlar, sizin xəbərlərinizdən sual edərək. Əgər olsaydılar sizin aranızda, ancaq az bir hissəsi döyüşərdi. (21).Əlbəttə, oldu sizin üçün Allahın rəsulunda yaxşı nümunə - o kəs üçün ki, ümidi olar Allaha və axır günə və Allahı çox zikr edər. (22).Amma elə ki, inananlar gördülər əhzabı, dedilər: «Bu, bizə olan vədidir Allahın və Onun rəsulunun. Doğru deyib Allah və Onun rəsulu!» Və bu, artırdı onlara ancaq imanı və təslim olmanı.



«Dəstələr» surəsi (33) 23 -30 -cu ayətlər

(23).Inananlardan kişilər var ki, sadiqdir Allahla olan əhdinə. Onlardan kimisi öz əhdini yerinə yetirdi və kimisi intizar çəkir. Dəyişmədilər dəyişikliknən, (24) ona görə ki, mükafat verə Allah sadiqlərə onların sidqlərilə və əgər istəsə əzab edə münafiqlərə, ya qayıda üzərinə onların. Həqiqətən, Allah oldu Ğəfur, Rəhim! (25).Rədd etdi Allah o kəsləri ki, kafirdirlər, öz qeyzləri ilə xeyirə nail olmamış. Kafidir Allah inananlara vuruşda. Allah Qəvidir, Əzizdir! (26).Nazil etdi əhli kitabdan o kəsləri ki, onları müdafiə edirdilər, öz qalalarından aşağı. Onların qəlblərinə qorxu saldı. Onlardan bir firqəsini qətlə yetirib və bir firqəsini əsir etdiniz. (27).Və O varis etdi sizi onların ərazisinə və diyarlarına və mallarına və o əraziyə ki, ayaqlarınız ona yetişməmişdi! Oldu Allah külli şey üzərində Qadir! (28).Ay nəbi! Zövcələrinə de: «Əgər siz dünya həyatını və onun zinətini istəyirsinizsə, onda gəlin sizi münasib mətahla və gözəl tərzdə sərbəst buraxım! (29).Və əgər Allahı və Onun rəsulunu və axirət evini istəyirsinizsə, onda Allah sizlərdən yaxşılıq edənlərə əzəmətli əcr hazır edib. (30).Ay nəbinin qadınları! Sizdən kim aşkar fahişəlik edərsə, artırarıq onun üçün əzabı ikiqat olaraq. Oldu bu, üzərində Allahın asan!




«Dəstələr» surəsi (33) 31 -35 -ci ayətlər


22 –ci cüz

(31).Kim sizdən müti ola Allaha və Onun rəsuluna və əməlini islah edə, onun əcrini iki bərabər verərik və onun üçün kəramətli ruzi hazır etmişik. (32).Ay nəbinin qadınları! Siz o biri qadınlar kimi deyilsiniz. Əgər təqvalı olasız, onda yumşaq etməyin danışığınızı, ta o kəsi ki, qəlbində mərəz var, tamah edər. Mərifətli söz söyləyin. (33).Qərar tapın öz evlərinizdə və zinətlərinizi keçmiş cahiliyyət zamanı kimi zahirə salmayın. Ayağa qalxın islahata və əta edin zəkatı və itaət edin Allaha və Onun rəsuluna. Həqiqətən, Allah istəyir ki, ricsi siz əhli beytdən apara və pak edə sizi paklıqla. (34).Zikr edin nə ki, tilavat olunur evlərinizdə Allahın ayətindən və hikmətindən. Həqiqətən, Allah oldu Lətif, Xəbir! (35).Həqiqətən, təslim olan kişilər və təslim olan qadınlar, inanan kişilər və inanan qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbirli kişilər və səbirli qadınlar, çəkinən kişilər və çəkinən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, yiməs kişilər və yiməs qadınlar, öz üzvlərini hifz edən kişilər və hifz edən qadınlar, Allahı çoxlu zikr edən kişilər və zikr edən qadınlar üçün Allah bağışlanmaq və əzəmətli əcr hazır edib!



«Dəstələr» surəsi (33) 36 -43 -cü ayətlər

(36).Olmadı mömin və möminə üçün, onda ki, qəzavat edir Allah və Onun rəsulu ona əmrnən ki, olsun onlar üçün ixtiyariyyat əmrlərindən onların. Kim asi olarsa Allaha və Onun rəsuluna, fəqət zəlil olaraq aşkar zəlalətə düşübdür. (37).Onda sən dedin o kəs üçün ki, Allah ona nemət bağışlayıb və sən də ona nemət bağışlayıbsan: «Saxla zövcəni özündə və qorx Allahdan!» Və nəfsində məxfi etdin Allahın aşkar etdiyini və çəkindin insanlardan və Allah haqdır ki, çəkinəsən Ondan. Amma elə ki, Zeyd ona qarşı olan öz istəyini yerinə yetirdi, Biz onu sənə zövc etdik ondan ötrü ki, inananlar üçün çətinlik olmasın öz övladlıqlarının zövclərini – onda ki, onların talağı verildi – özlərinə əqd etməkdə. Allahın əmri yerinə yetər! (38).Olmadı nəbinin üzərində, Allahın onun üçün vacib etdiyi hökmü yerinə yetirməkdə günah. Allahın sünnəsi, yəni qanunu qabaqcadan keçib getmiş kəslərin arasında bu cür idi. Allahın əmri qədərində müqəddir oldu. (39).O kəslər ki, təbliğ edirlər risalətini Allahın, çəkinirlər Ondan və çəkinmirlər bir kəsdən, ancaq Allahdan və kafidir Allah ilə hesab! (40).Olmadı Muhəmməd sizin kişilərinizdən birinin atası və lakin rəsuludur Allahın və xatəm-ən-nəbiyyinə, yəni xətmidir nəbilərin və oldu Allah küllisi ilə şeyin Alim! (41).Ay o kəslər ki, inanırsınız! Zikr edin Allahı çoxlu zikr etməklə (42) və saya salın Onu səhər və axşam! (43).O – Odur ki, sülh diləyir üzərinizə sizin və mələkləri Onun, ondan ötrü ki, xaric etsin sizi zülmətdən nura tərəf və oldu O inananlar ilə Rəhim!



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin