«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə77/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   70   71   72   73   74   75   76   77   78

«Xəbər» surəsi (78)


30 –cu cüz

(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Nədən sual edirlər bir–birindən? (2).Haqqında əzəmətli xəbərdən – (3) odur ki, onlar onda ixtilafdadırlar. (4).Belə deyil! Onlar biləcəklər! (5).Sonra belə deyil! Onlar biləcəklər! (6).Ə, etmədikmi ərzi beşik (7) və dağları dayaqlar? (8).Və xəlq etdik sizi zövclərlə (9) və etdik yuxunuzu dinclik (10) və etdik gecəni örtük (11) və etdik gündüzü məişət olaraq (12) və bina etdik fövqünüzdə yeddi möhkəmi (13) və etdik şölə saçan çıraq (14) və nazil etdik sıxılmış buludlardan bol yağış suyunu (15) xaric etmək üçün onunla dən və bitki (16) və sıxlaşmış bağlar. (17).Həqiqətən, ayrılma gününün qəti vaxtı var. (18).O gün ki, üfürülər surda və gələrsiniz fövc-fövc. (19).Və açılar səma və olar qapılar (20) və hərəkətə gətirilər dağlar və olarlar ilğım. (21).Həqiqətən, cəhənnəm pusqudur (22) tüğyan edənlər üçün –qayıdış yeridir. (23).Əsrlərlə orada qalarlar. (24).Dadmazlar orada sərinlik və içməli su, (25) ancaq hamamdakı qaynar su və irin – (26) cəzadır uyğun. (27).Həqiqətən, yox idi onların müraciətləri hesablaşmağa (28) və təkzib edirdilər ayətlərimizlə Bizi təkziblə. (29).Və külli şeyi, hesablamışıq onu kitabnan. (30).Və dadın! Biz artırarıq sizə ancaq əzabı!

«Xəbər» surəsi (78) 31 –40 -cı ayətlər

(31).Həqiqətən, var müttəqilər üçün qurtuluş - (32) bağlar və üzümlüklər (33) və dolu sinəli yaşıdlar (34) və dolu kasalar. Eşitməzlər orada lağ-lağı və yalanlar. (36).Bu cəza sənin Rəbbindən ətadır hesablanmış. (37).Rəbbidir səmaların və ərzin və onların arasında olanların – Rəhman. Malik deyillər Ondan xitaba (38) o gün ki, Ruh və mələklər səf çəkərlər, kəsə bilməz kəlmə bir kəs, ondan başqa ki, ona izn verilib Rəhmandan və deyər savab. (39).Bu gün haqdır və kim istəsə götürər Rəbbinə tərəf qayıdan yolu. (40).Biz nəzərinizə çatdırdıq sizin əzabı – yaxınlığınızda olanı, o gün ki, görər nə ki, qabaqca hazırlayıb onun əlləri və deyər kafir: «Ay kaş, olardım torpaq!»


«Çəkib çıxaranlar» surəsi (79)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun çəkib çıxaranlara qərq etməklə (2) və çıxaranlara nəşəylə (3) və üzdükcə üzənlərə (4) və qabaqladıqca qabaqlayanlara (5) və tədbir edənlərə əmri! (6).O gün ki, titrəyər titrəyənlər (7) və ardınca onun, bir də ardınca. (8).Qəlblər o gün titrəyər, (9) gözlər çəkinəndir. (10).Deyərlər: «Ə, həqiqətən, biz qaytarılacayıq əvvəlki kimi? (11).Ə, onda ki, olduq çürümüş sümüklər?» (12).Dedilər: «Bu onda qayıdışdır xəsarətli!» (13).Bu ancaq vahid çığırtıdır (14) və onda onlar ayıqdırlar. (15).Gəldimi sənə hədisi Musanın?
«Can alanlar» surəsi (79) 16 –46 -cı ayətlər
(16).Onda nida etdi onu Rəbbi müqəddəs Tuva vadisilə: (17).«Get Firauna tərəf, həqiqətən, o tüğyan edibdir. (18).Və de: «Meylin varmı paklanmağa? (19).Və hidayət edim səni Rəbbinə tərəf və olasan çəkinən!» (20).Və göstərdi ona böyük ayətlər (21) və təkzib etdi və asi oldu, (22) sonra arxa çevirdi səy edərək. (23).Və topladı və nida etdi (24) və dedi: «Mən, rəbbinizəm ali!» (25).Və tutdu onu Allah cəzasına axirətin və əvvəlin. (26).Həqiqətən, bunda ibrət var, o kəs üçün ki, çəkinir! (27).Ə, sizin xəlq olunmanız çətindir, yoxsa səmanın? O bina etdi onu. (28).Onun səqfin uca və möhkəm etdi. (29).Və qaranlıq etdi gecəsini onun və xaric etdi şəfəqini (30) və bundan sonra ərzi döşədi – (31) xaric etdi ondan suyunu onun və otlaqlar. (32).Və dağları – O möhkəm etdi, (33) mətah sizin üçün və davarlarınız üçün. (34).Onda ki, gələr böyük vaqeə, (35) o gün zikr edər insan nə ki, səy edib (36) və zahir olar cəhənnəm o kəslərə ki, baxırlar. (37).Amma kim ki, tüğyan etdi (38) və əsirdi həyatı üçün dünyanın, (39) və həqiqətən, cəhənnəm – o sığınacaqdır. (40).Amma kim ki, xoflanırdı məqamından Rəbbinin və nəhy etdi nəfsini havayı istəyindən, (41) həqiqətən, cənnət – o sığınacaqdır. (42).Sual edirlər səndən o saatdan: «Nə vaxt gələcək?» (43).Nə bilirsən zikrindən onun? (44).Rəbbinə tərəfdir onun son həddi. (45).Həqiqətən, sən ancaq nəzərə çatdıransan onlar üçün – kim ki, Ondan çəkinir. (46).Necə ki, onlar o gün görərlər Onu, sanki, qalmayıblar, ancaq bir gecə və ya bir gündüz orada.

«Əbəsə» surəsi (80)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Qaşqabağını tökdü və üz çevirdi (2) ki, gəldi onun yanına kor. (3).Və nə idrak edirsən, ola ki, o paklanacaq, (4) ya zikr edəcək və mənfəət verəcək ona zikr? (5).Amma kim ki, qənidir, (6) və sən ona dönürsən. (7).Və deyil sənin üzərində ki, o paklanmayır. (8).Və amma kim ki, gəlir sənin yanına səylə (9) və o, çəkinəndir (10) və sən ondan kənar olursan. (11).Belə deyil! Həqiqətən, bu zikrdir (12) və kim istəsə, zikr edər onu – (13) kəramətli səhifələrdə, (14) rəfləndirərək paklanmış, (15) əlləri ilə səfirlərin - (16) kəramətli, yararlıların. (17).Qətlə yetişsin insan, necə o kafirdir! (18).Nə şeydən xəlq etdi onu? (19).Nütfədən xəlq etdi onu və qədərində etdi onu, (20) sonra yolu asanlaşdırdı ona. (21).Sonra onu öldürdü və qəbrə yerləşdirdi onu. (22).Sonra, onda ki, istədi, nəşr etdi onu. (23).Belə deyil! Amma qəza, nə ki, əmri ilədir Onun! (24).Və nəzər salsın insan tərəfinə öz təamının (25) necə tökdük suları tökməklə, (26) sonra yardıq ərzi yarıqlarla (27) və bitirdik orada dənələr (28) və üzümlüklər və yoncalıqlar (29) və zeytunluqlar və xurmalıqlar (30) və sıxlaşmış bağlar (31) və meyvələr və bitkilər (32) mətah sizin üçün və davarlarınız üçün. (33).Onda ki, gəldi qulaq batırıcı səs, (34) o gün qaçar ər öz qardaşından (35) və anasından və atasından (36) və sahibəsindən və oğullarından. (37).Külli ər üçün onlardan o gün işi ona bəs edər. (38).Üzlər o gün açıqdır, (39) məzhəkəlidir, bəşarətlidir, (40) və üzlər o gün - üzərində onun vardır toz, (41) örtüb onları kədər. (42).Həmin onlar kafirdirlər, fücurdurlar!

«Sarınma» surəsi (81)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, şəms sarınar (2) və onda ki, ulduzlar batar (3) və onda ki, dağlar seyr etdirilər (4) və onda ki, on şəhrlik hamilə dəvələr sahibsiz qalar (5) və onda ki, vəhşi heyvanlar toplanar (6) və onda ki, dəryalar daşar (7) və onda ki, nəfslər cütləşər (8) və onda ki, diri–diri quylananlardan sual olunar: (9).«Hansısı ilə günahın qətlə yetirilib?» (10).Və onda ki, səhifələr nəşr olunar (11) və onda ki, səma olar dağılmış (12) və onda ki, cəhənnəm olar alovlanmış (13) və onda ki, cənnət olar yaxınlaşmış, (14) bilər nəfs, nə hazırlamışdır. (15).Elə deyil! And olsun hərəkətlə geri dönənlərə, (16) işıqda görsənməzlər (17) və gecəyə, onda ki, o qaranlıqlaşar (18) və sübhə, onda ki, o tənəffüs edir! (19).Həqiqətən, o, sözüdür rəsulun – kəramətlinin. (20).Qüvvət sahibidir yanında sahibinin ərşi-məkanın - (21) itaət ediləndir, sonra əmindir. (22).Və sahibiniz deyil məcnun. (23).Və əlbəttə, gördü onu aşkar üfüqdə. (24).Və deyil o üzərində qeybin xəsis. (25).Və deyil o sözü şeytanın - müraciət etmişin. (26).Hara gedirsiniz? (27).Həqiqətən, o ancaq zikrdir aləmlər üçün - (28) kim üçün istəyir sizdən ki, olsun düz. (29).Və istəmirsiniz, ancaq ki, istəyə Allah – Rəbbi aləmlərin!

«Yarılma» surəsi (82)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, səma yarılar (2) və onda ki, kəvakiblər tökülər (3) və onda ki, dəryalar daşar (4) və onda ki, qəbirlərdəkilər qalxar, (5) bildi nəfs nə təqdim edib və təxirə salıb. (6).Ay insan! Nə məğrursan Kəramətli Rəbbinə – (7) Odur ki, xəlq etdi səni və səviyyəli etdi səni və ədalı etdi səni? (8).Hansı surətdə ki, istəyirdi, yaratdı səni! (9).Belə deyil! Bəli! Yalan sayırsınız din ilə. (10).Həqiqətən, üzərinizdə sizin mühafizəçilər var – (11) kəramətli katiblər. (12).Bilirlər onlar, nə fəaliyyətdəsiniz. (13).Həqiqətən, yaxşı əməl sahibləri nemət içərisindədirlər! (14).Həqiqətən, fəsadçılar od içərisindədirlər! (15).Vasil olarlar ona din günündə (16) və onlar ondan uzaq olan deyillər. (17).Nə idrak sahibisən, nədir din günü? (18).Sonra nə idrak sahibisən, nədir din günü? (19).O gün malik deyil nəfs nəfs üçün şeynən və əmrlər o gün Allah üçündür.

«Əskik çəkənlər» surəsi (83)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Vay olsun çəkidə əskik çəkənlərə – (2) o kəslər onda ki, ölçüb alırlar üzərində insanların vəfa istəyirlər (3) və onda ki, ölçüləri, ya vəznləri xəsarətlidir! (4).Ə, zənn etmirlərmi həmin onlar ki, qaldırılacaqlar?! – (5) gün üçün əzim. (6).O gün ayağa qalxacaqlar insanlar Rəbbi üçün aləmlərin!


«Əskik çəkənlər» surəsi (83) 7-34 –cü ayətlər

(7).Belə deyil! Həqiqətən, kitabı pis əməl sahiblərinin Siccindədir. (8).Və nə idrak sahibisən, nədir Siccin? (9).Kitabdır - yazılıb nişanlanmış! (10).Vay olsun o gün təkzib edənlər üçün - (11) o kəslər ki, təkzib edirdilər din gününü! (12).Və təkzibçidir onun ilə ancaq külli həddi aşan, günahkar. (13).Onda ki, tilavatdır üzərinə onun Bizim ayətlərimiz, dedi: «Əsatiridir əvvəlkilərin!» (14).Belə deyil! Bəli! Paslanmışdır üzəri qəlblərinin, nə ki, kəsb etmişdilər. (15).Belə deyil! Həqiqətən, onlar öz Rəblərindən o gün uzaq olarlar. (16).Sonra həqiqətən, onlar vasil olarlar cəhənnəmə. (17).Sonra deyərlər: «Bu odur ki, oldunuz onunla yalançı!» (18).Belə deyil! Həqiqətən, kitabı yaxşı əməl sahiblərinin Illiyyundadır. (19).Nə idrakın sahibisən, nədir Illiyyun? (20).Kitabdır – yazılıb nişanlanmış! (21).Şəhadət verir ondan ötrü yaxınlar. (22).Həqiqətən, yaxşı əməl sahibləri nemət içərisindədirlər – (23) üzərində taxtların nəzər salırlar! (24).Arif olacaqsan vəchlərində parıltısına nemətin. (25).Içirdərlər onlara möhürlü nüşabələrdən. (26).Möhürü onun müşkdəndir. Qoy çalışanlar bundan ötrü çalışsınlar. (27).Və qarışığı onun təsnimdən - (28) çeşmədir, içər onunla yaxınlar. (29).Həqiqətən, cərimə olunmuşlar məzhəkə edirdilər iman gətirənlərə. (30).Onda ki, keçirdilər onların yanından, qaş – göz edirdilər bir – birinə. (31).Onda ki, qayıdırdılar əhlilərinin yanına, qayıdırdılar zövqlə. (32).Onda ki, görürdülər onları, deyirdilər: «Həqiqətən, bunlar zəlildirlər!» (33).Və göndərilmiş deyil üzərinə onların mühafizlərdən. (34).Və o gün, o kəslər ki, inanırlar, inanmayanlara məzhəkə edərlər,

«Əskik çəkənlər» surəsi (83) 35-36 –cı ayətlər

(35) üzərində taxtların nəzər salırlar, (36) aldılarmı savabını inanmayanlar nə ki, oldular əməllilər?



«Şaqqalanma» surəsi (84)



(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, səma şaqqalandı (2) və qulaq asıb Rəbbi üçün və haqlandı. (3).Onda ki, ərz genişləndi (4) və atdı nə ki, onda var və boşaldı (5) və qulaq asıb Rəbbi üçün və haqlandı. (6).Ay insan! Həqiqətən, sən çalışırsan tərəfinə Rəbbinin çalışmaqnan və görüşəcəksən Onunla! (7).Amma kimə ətadır kitabı sağ əli ilə, (8) onunla olar hesab, hesabnan yüngül (9) və qayıdar öz əhlinə tərəf sevinclə. (10).Amma kimə ki, əta olacaq kitabı arxasından onun, (11) onunla olar çağırmaq ölüm (12) və yanacaq odda. (13).Həqiqətən, olmuşdu öz əhlinin yanında sevinclə. (14).Həqiqətən, o zənn edirdi ki, qayıtmayacaq. (15).Bəli, həqiqətən, Rəbbi oldu onun ilə Bəsir! (16).Xeyr, and olsun şəfəq ilə (17) və gecəyə və nə ki, qoynuna aldıqlarına (18) və qəmərə, onda ki, bütövlənir, (19) siz keçəcəksiz təbəqədən təbəqəyə! (20).Nə olub onlara ki, inanmırlar (21) və onda ki, qiraət olunur üzərinə onların Qur’an, səcdə etmirlər? (22).Bəli, o kəslər ki, kafirdirlər, təkzib edirlər! (23).Allah bilir, nə ilə ki, onlar gizlədirlər. (24).Bəşarət ver onlara ələmli əzabla. (25).O kəslərdən savayı ki, inanırlar və əməlləri islahatdır, onlar üçün əcr var qeyri məmnun!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin