«Davar» surəsi (6) 119 -124 -cü ayətlər
(119).Nə olub sizə yeməyəsiniz nədən ki, üzərində zikr edilib ismi Allahın, bir surətdə ki, O əlbəttə, sizə müfəssəl bəyan edib - çarəsiz olduğunuz şeylərdən başqa - nə sizin üçün haramdır? Həqiqətən, əksəriyyəti onların nəfslərinə uyaraq elmsizlikdən zəlalətə salarlar. Həqiqətən, Rəbbin yaxşı bilir həddən çıxanları! (120).Zahiri və batini günahlardan çəkinin. Həqiqətən, o kəslər ki, günah qazanırlar, onun müqabilində cəza olunacaqlar! (121).Yeməyin nədən ki, üzərində zikr edilməyib ismi Allahın. Həqiqətən, o, fisqdir! Həqiqətən, şeytanlar dostlarına sizinlə mücadilə etməyi öyrədirlər. Əgər itaət etsəniz onlara, həqiqətən, müşriklərsiniz. (122).Ə, ya kim ki, meyyit idi və Biz onu diri edib və onun üçün nur etdik ki, onunla insanlar arasında yol gedə, məsəldə o kəs kimidir ki, zülmətdə qalıb və ondan xaric ola bilmir? Beləliklə, zinət verilmiş oldu kafirlər üçün əməlləri! (123).Beləliklə, külli yurdda böyükləri cərimə olunmuşlar etdik ondan ötrü ki, məkr etsinlər orada. Ancaq onlar öz nəfslərinə məkr edirlər və şüursuzdurlar. (124).Onda ki, gəldi onlara ayət, deyirlər: «Biz inanmarıq, ta o şeyin misli ki, Allahın rəsullarına verilib, bizə verilməyə!» Allah yaxşı bilir öz səfirliyini harada qərar versin. Isbat edəcək o kəslərə ki, cərimə olunmuşlardır, alçaqlıq, yanında Allahın və əzab şiddətli nə ilə oldular məkrlilər!
«Davar» surəsi (6) 125 -131 -ci ayətlər
(125).Kimi Allah istəsə hidayət edə, onun ürəyini təslim olma üçün genişləndirər və kimi istəsə zəlalətdə tərk edə, onun ürəyini zaynan daraldar. Sanki səmaya qalxar. Beləliklə, Allah yönəldir ricsi o kəslərin üzərinə ki, inanmırlar! (126).Bu, yoludur Rəbbinin düz. Biz müfəssəl etdik ayətləri zikr edən qoum üçün. (127).Onlar üçün Rəbləri yanında sülh evi var və O dostudur onların nə ilə ki, oldular əməl edənlər. (128).O gün toplayar onları cəmiyyən: «Ay cin toplusu! Əlbəttə, siz çox istəyirdiniz bu insanlardan!» Onların insan dostlarından deyərlər: «Rəbbimiz! Biz bəzimiz istifadə etdik bəzimizdən və əcəlimizə yetişdik, hansı ki, Sən bizim üçün təyin etmişdin». Deyər: «Od - sizin yerinizdir, həmişəlik onda qalacaqsınız, ancaq nə ki, Allah istəyə». Həqiqətən, Rəbbin Həkimdir, Alimdir! (129).Beləcə dost edərik bəzi zalimləri bəzilərinə nə ilə oldular kəsb edənlər. (130).Ay cin və insan toplusu! Ə, özünüzdən sizə rəsullar gəlmədimi, Mənim ayətlərimi sizin üçün hekayət edələr və sizi bu günün görüşündən qorxudalar? Onlar deyərlər: «Biz şahidik üzərində öz nəfsimizin!». Dünya həyatı onları məğrur etdi və şahid oldular üzərində öz nəfslərinin ki, kafir olublar. (131).Budur ki, Rəbbin heç bir diyarları – bir halda ki, onun əhalisi qafil yaşayır – zülmlə həlak etməz!
«Davar» surəsi (6) 132 -137 -ci ayətlər
(132).Küllisi üçün dərəcələr nədən ki, əməl edirlər və deyil Rəbbin qafil ilə nədən ki, əməl edirlər. (133).Rəbbin Qənidir və rəhmət sahibidir. Əgər O istəsə, sizi aparar və sizdən sonra kimi istəsə xəlifə edər, nə qədər, sizi ayrı qoumun zürriyyətindən inşa etdi. (134).Həqiqətən, nə ki, sizə vəd olunur, gəlib yetişəcək və siz qadir deyilsiz onu aciz edəsiz! (135).De: «Ay qoumum! Hər nə imkanınız var, əməl edin, mən də əməl edərəm və biləcəksiniz ki, aqibət evi kimin üçündür. Həqiqətən, zalimlər nicat tapmayacaqlar!» (136).Onlar əkin məhsulundan və dörd ayaqlı heyvanatdan bir hissə Allah üçün ayırıb, gümanlarına görə deyirlər: «Bu hissə Allah üçündür və bu isə şəriklərimiz üçün!». Nə ki, oldu şərikləri üçün - Allaha yetişmir. Nə ki, oldu Allah üçün - şəriklərinə yetişir. Necə pis hökm edirlər! (137).Beləliklə, şərikləri zinətləndirdi müşriklərdən əksəriyyəti üçün övladlarını qətlə yetirməyi. Ondan ötrü ki, onları məhv edib və dinlərini libasa bürüsün. Əgər Allah istəsəydi onlar bunu etməzdilər. Tərk et onları və nə ki, iftira etdiklərini!
«Davar» surəsi (6) 138 -142 -ci ayətlər
(138).Gümanlarına görə dedilər: «Bu davar və əkin qadağandır; onunla qidalanır ancaq o kəs ki, kimi ki, biz istəyirik». Davar, hansı ki, kürəyi qadağandır və davar, hansı ki, üzərində Allahın ismini zikr etmirlər - Onun üzərinə iftira edirlər. Cəza verər onlara nə ilə ki, oldular iftira edənlər! (139).Dedilər: «Nə ki, bu davarların bətnində var, bizim kişilərindir və bizim zövclərimizə qadağandır». Əgər ölü olsa, onda şərikdirlər ona. O verər onların bu vəsflərinə görə cəzasını. Həqiqətən, O Həkimdir, Alimdir! (140).Xəsarətdə oldular o kəslər ki, övladlarını elmsiz olaraq səfehlik üzündən qətlə yetirdilər və Allahın üzərinə iftira yaxaraq Allah verən ruzini haram etdilər. Zəlalətə düşüb və hidayət olunmadılar! (141).O – Odur ki, inşa etdi sizin üçün cənnətlər və bostanlar və dadları müxtəlif olan xurma və əkin məhsulları və bir – birinə bənzəyən və bənzəməyən zeytun və nar. Onda ki, yetişər məhsulundan yeyin və yığım vaxtı haqqını verin və israf etməyin. Həqiqətən, O israf edənləri sevməz! (142).Davarlardan yük çəkmək və fərş üçün. Yeyin nədən ki, ruzi verib sizə Allah və tabe olmayın şeytanın xətalı qədəmlərindən! Həqiqətən, o sizin üçün aşkar düşməndir.
«Davar» surəsi (6) 143 -146 –cı ayətlər
(143).Səkkiz cüt: qoyundan iki və keçidən iki. De: «Ə, iki erkəyi, yoxsa iki dişini, yoxsa iki dişinin qarınlarındakı balaları qadağan etdi? Əgər doğru danışırsız, bir biliyə əsaslanaraq mənə xəbər verin». (144).Dəvədən iki və inəkdən iki. De: «Ə, iki erkəyi, yoxsa iki dişini, yoxsa iki dişinin qarınlarındakı balaları qadağan etdi? Yoxsa Allah bunu sizə tövsiyə edərkən şahid idiniz?» Zalim o kəsdən kimdir ki, elmi olmadan, insanları zəlalətə salmaq üçün iftira edə Allahın üzərinə yalanı? Həqiqətən, Allah zalim qoumu hidayət etməz! (145).De: «Mənə öyrədilənlər içərisində hər hansı bir kəsin yediyi təamlarda haram olan bir şey tapmıram, ancaq ki, ola meyyit, ya axar qan, ya donuz əti – həqiqətən, o ricsdir və ya fisqdir, kəsilib qeyrisi üçün Allaha, onun ilə. Bununla yanaşı kim məcburiyyət qarşısında qalarsa, düşmənçilik etmədən və həddi aşmadan…» Həqiqətən, Rəbbin – Ğəfurdur, Rəhimdir! (146).O kəslər üçün ki, hidayət olunublar, haram etdik külli dırnaqlıları. Inək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, ya sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Həqiqətən, Biz doğru danışanlarıq!
Dostları ilə paylaş: |