«Göy gurultusu» surəsi (13)
(1).Ismi ilə Allahın – Rəhmanın Rəhimin! Əlif, Lam, Mim, Ra! Bunlar kitabın ayətləridir – odur ki, nazildir sənin üzərinə Rəbbindən – haqdır və lakin insanların əksəriyyəti inanmır. (2).Allah – Odur ki, səmaları dirəksiz ucaltdı, onu görürsüz. Sonra ərşin üzərində qərar tutdu və ram etdi şəmsi və qəməri. Küllisi caridir toxunan əcəl üçün. O idarə edir əmrləri, müfəssəl edir ayətləri, ola ki, Rəbbinizin görüşünə yəqinliyiniz olsun. (3).O – Odur ki, ərzi geniş etdi və etdi onda möhkəm dağlar və çaylar. Və külli səməratdan etdi orada iki cütnən ikisini. Bürüdü gecəni gündüzə. Həqiqətən, bunlarda fikirləşən qoum üçün ayətlər vardır. (4).Və ərzdə qitələr var qonşu və üzüm cənnətləri və əkinlər və eyni kökdən olan və eyni kökdən olmayan xurma ağacları, hansı ki, bir su ilə sulanırlar. Yemək üçün onun bəzisini bəzisindən üstün etdik. Həqiqətən, bunda ayətlər var ağıl sahibi olan qoum üçün. (5).Əgər sən təəccüb edirsən, təəccüblüsü onların sözləridir: «Ə, onda ki, biz torpaq olduq, ə, yenidənmi xəlq olunacağıq?» Həmin onlar o kəslərdir ki, Rəblərinə kafir olurlar və həmin onlardır ki, boyunlarında zəncirlər var. Onlar od əshabıdırlar, orada həmişəlikdirlər.
«Göy gurultusu» surəsi (13) 6 -13 -cü ayətlər
(6).Və tələsdirirlər səni yaxşılıqdan qabaq pisliklə, bir surətdə ki, onlardan qabaq olub keçmişdir oxşar cəzalar. Həqiqətən, Rəbbin insanları bağışlayandır onların zülmü müqabilində. Həqiqətən, Rəbbin şiddətlidir iqaba. (7).Və deyirlər o kəslər ki, kafirdirlər: «Məgər ona endirilməli deyilmi Rəbbi tərəfindən ayət?» Həqiqətən, sən nəzərə çatdıransan və külli ümmət üçün hidayət edən var. (8).Allah bilir bütün hamilə qadınların daşıdığını və rəhmlərin nəyi əskiltdiyini və nəyi artırdığını və külli şey Onun yanında miqdarladır. (9).Alimdir qeybə və aşkara, böyük Mütəaldır. (10).Bərabərdir sizdən kim sirli danışa və kim aşkar danışa onunla və o kəs ki, məxfi ola gecə ilə və çıxır gündüz ilə. (11).Onun üçün təqib edən var qarşıdan və arxadan – mühafizə edirlər onu Allahın əmri ilə. Həqiqətən, Allah dəyişməz qoumun olanını, ta ki, onlar özlərində olanı dəyişməyələr. Onda ki, iradə edə Allah bir qouma pislik, onu rədd edən olmaz və onlar üçün Ondan başqa dost olmaz. (12).O – Odur ki, göstərir sizə bərqi xof və tamah olaraq və inşa edir ağır buludları. (13).Və saya salır göy gurultusu həmd ilə Onu və mələklər Onun xofundan. Və göndərir ildırımı və nəsib edir onu kimə istəsə və onlar Allah barəsində mücadilə edirlər. Və O şiddətli intiqam alandır!
«Göy gurultusu» surəsi (13) 14 -18 -ci ayətlər
(14).Onun üçündür haqq istəklər. O kəslər ki, Ondan başqasından istəyirlər, onlara bir şeylə cavab verməzlər, ancaq o kəs kimi ki, əllərini suya tərəf aça ağzına çatması üçün və o isə çatmaz ona. Və kafirlərin istəkləri ancaq zəlalətdir. (15). Allah üçün səcdə edir kim ki, səmalarda və ərzdə var, könüllü və ikrahla və kölgələri səhər və axşam. (16).De: «Kimdir səmaların və ərzin Rəbbi?» De: «Allahdır!» De: «Ə, Ondan başqa özünüzə dost götürürsünüz ki, malik deyillər özlərinə mənfəətə və zərərə?» De: «Bərabərdirmi kor və görən? Yoxsa bərabərdirmi zülmət və nur? Yoxsa etdilər Allah üçün şəriklər ki, onlar da xəlq ediblər necə ki, O xəlq edib və onlara ğörə bənzər xəlqdir?» De: «Allahdır külli şeyin xaliqi və O Vahiddir, Qəhhardır!» (17).Səmadan su nazil edir, vadilər öz qədərində dolub daşır və sel, üzərində olan köpüyü alıb aparır. Və zinət alətləri və ya ev əşyaları əldə etmək üçün odda əritdikləri üzərində buna bənzər köpük olur. Belə məsəl vurur Allah haqq və batilə. Amma köpük tezliklə aradan gedir. Amma nə ki, insanların xeyrinədir, ərzdə qalır. Və Allah belə məsəllər vurur (18) o kəslər üçün ki, cavab verdilər Rəblərinə – onlar üçün yaxşılıq var. Və o kəslər ki, cavab vermədilər Ona, əgər ərzdə cəmiyyən nə varsa və əlavə bir o qədər də onların ola, hamısını fəda edərlər. Onların hesabı çox pis olacaq və yerləri cəhənnəmdir və çox pis yerdir!
«Göy gurultusu» surəsi (13) 19 -28 -ci ayətlər
(19).Ə, o kəs ki, bilir Rəbbin tərəfindən sənə nazil olan haqdır, məgər o kəs kimidir ki, kordur? Həqiqətən, ancaq ağıl sahibləri zikr edərlər! (20).O kəslər ki, Allahla olan əhdə vəfa edib və öz andlarını pozmurlar. (21).Və o kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyini birləşdirirlər və çəkinirlər Rəblərindən və xoflanırlar pis hesablaşmadan. (22).Və o kəslər ki, Rəblərinin vəchinə çatmaq üçün səbr edirlər və ayağa qalxırlar islahata və nədən ki, onları ruziləndirmişik, infaq edirlər sirli və elanlı və uzaqlaşdırırlar pisliyi yaxşılıqla. Həmin onlar üçündür aqibət evi – (23) Ədn cənnətləri. Daxil olarlar ora onlar və kim ki, saleh idi atalarından və zövclərindən və zürriyyətlərindən. Və mələklər də onların yanına külli qapıdan daxil olarlar: (24).«Salam olsun üzərinizə nə ilə səbr etdiniz!» Gözəldir aqibət evi! (25).O kəslər ki, Allahın əhdini pozurlar and içəndən sonra və qət edirlər nə ki, Allah onun birliyinə əmr edibdir və fəsad edirlər ərzdə – həmin onlar üçündür lənət və onlar üçün pis aqibət evi var. (26).Allah açır ruzisini kimə istəsə və qədərincə edir. Fərəhlənirlər dünya həyatı ilə və dünya həyatı axirətdə ancaq mətahdır. (27).Deyirlər o kəslər ki, kafirdirlər: «Nazil olmalı deyilmi ona Rəbbi tərəfindən ayət?» De: «Həqiqətən, Allah zəlalətdə tərk edir kimi istəsə və hidayət edir Özünə tərəf kim ki, qayıdıb». (28).O kəslər ki, inanırlar və qəlbləri Allahın zikri ilə əminlik tapır – ə, məgər yox? Allahın zikri ilə qəlblər əminlik tapır!
«Göy gurultusu» surəsi (13) 29 -34 -cü ayətlər
(29).O kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar üçün xeyir və yaxşı məkan var. (30).Beləliklə göndərdik səni ümmətində Xələnin, qabaqcadan orada ümmilərə tilavat etməyin üçün üzərinə onların, odur ki, vəhy ilə açaraq öyrətdik tərəfinə sənin və onlar kafirdirlər Rəhman ilə. De: «O Rəbbimdir! Yoxdur Ilahi ancaq O. Üzərinə Onun təvəkkül etdim və tərəfinə Onun qayıtdım». (31).Və əgər Quranla hərəkətə gələ dağlar, ya onunla parçalana ərz, ya onunla ölülər danışa… Bəli, cəmiyyən əmrlər Allah üçündür! Ə, məgər məyus olmurlarmı o kəslər ki, inanırlar, ona görə ki, əgər Allah istəsəydi hidayət edərdi insanları cəmiyyən? Və tərk etməyəcək o kəsləri ki, kafirdirlər, onlara nəsib olan qariə nə ilə ki, edirlər, ya da yaşayış yerlərinin yaxınlığında hazır duracaq, ta gələ vədi Allahın. Həqiqətən, Allah vədinə xilaf etməz! (32).Əlbəttə səndən qabaqkı rəsullar ilə istehza etdilər və Mən möhlət verdim o kəslərə ki, kafir idilər, sonra onları yaxaladım və necə oldu Mənim iqabım! (33).Ə, məgər kim ki, külli nəfsin nə kəsb etdiyini bilir?… Və etdilər Allah üçün şəriklər. De: «Adlarını söyləyin onların! Yoxsa xəbər verirsiniz Ona nə ilə ki, ərzdə bilmir, yaxud zahiri ilıə sözlərdən?» Bəli, zinətli oldu o kəslər üçün ki, kafirdirlər, məkrləri onların və sədd çəkdilər yoldan. Və kimi zəlalətdə tərk edə Allah, olmaz onun üçün hidayət edən. (34).Onlar üçün əzab var dünya həyatında və axirət əzabı daha məşəqqətlidir və onları Allahdan qoruyan olmaz!
Dostları ilə paylaş: |