«Mağara» surəsi (18)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Həmd Allah üçündür – Odur ki, nazil etdi üzərinə bəndəsinin kitabı və onda heç bir əyrilik etmədi! (2).Qalxaraq nəzərə çatdırması üçün şiddətli basqını yanından Onun və bəşarət versin inananlara – o kəslərə ki, əməlləri islahatdır, onlar üçündür yaxşı əcr (3) və onda əbədi qalandırlar. (4).Nəzərlərinə çatdırsın o kəslərin ki, dedilər: «Allah Özü üçün övlad götürdü!»
«Mağara» surəsi (18) 5 -15 -ci ayətlər
(5).Yoxdur onlar üçün onunla elmdən və ataları üçün. Bu çox böyük kəlmədir ki, ağızlarından çıxır. Deyirlər ancaq yalan! (6).Ola ki, həlak edəsən nəfsini üzərində əsərlərinin, əgər inanmayalar bu hədislə, təəssüflənərək? (7).Həqiqətən, Biz ərzdə olanları onun zinəti etdik, onları sınamaq üçün ki, hansı onların yaxşıdır əməllə. (8).Və həqiqətən, Biz nə ki, onun üzərində var, hamısının kökünü kəsəcəyik. (9).Yoxsa hesab edirsən ki, mağara əshabı və Raqim Bizim ayətlərimizdən əcaib oldu? (10).Onda cavanlar mağarada gizlənərək dedilər: «Rəbbimiz! Əta et bizə Öz yanından rəhmət və hazır et bizim üçün işimizdən ərşad olanı». (11).Biz mağarada uzun illər onların qulaqlarına sükunət vurduq. (12).Sonra qaldırdıq onları məlum etmək üçün ki, o iki dəstədən hansı biri qaldıqları müddəti dürüst hesab edəcək. (13).Biz hekayət edirik sənə xəbərlərini onların haqq ilə. Həqiqətən, onlar Rəblərinə iman gətirən cavanlar idilər və Biz də onların hidayətini artırdıq. (14).Rabitə etdik üzərində qəlblərinin - onda onlar qalxdılar və dedilər: «Rəbbimiz – Rəbbidir səmaların və ərzin. Biz Ondan başqa ilahi çağırmarıq. Əlbəttə, demiş olarıq onda həddən artığını». (15).Bunlar – bizim qoumumuz, götürdülər Ondan başqa ilahilər. Məgər onlara aydın sultanlıq gətirməli deyillərmi? O kəsdən zalim kimdir ki, iftira edə üzərinə Allahın yalanı?!
«Mağara» surəsi (18) 16 -20 -ci ayətlər
(16).Və onda ki, kənar oldunuz onlardan və Allahdan başqa ibadət etdiklərindən, sığının mağaraya. Rəbbiniz Öz rəhmətindən sizin üçün genişlik edər və işlərinizdə sizə müdafiə hazırlar. (17).Və görürsən şəmsi onda ki, doğur, mağarada onların sağ tərəfindən düşür və onda ki, qürub edir, onların sol tərəflərinə dolanır və onlar orada azad yerdədirlər. Bu, Allahın ayətlərindəndir. Kimi hidayət etsə Allah və o, hidayət olunub və kimi zəlalətdə tərk etsə, onun üçün tapa bilməzsən mürşid olan dost. (18).Sən onları ayıq hesab edirsən və onlar isə yuxudadır. Biz onları sağ yana və sol yana döndərirdik və onların iti mağaranın ağzında əllərini uzatmışdı. Əgər sən onlara baxsaydın, onlardan üz döndərib qaçardın və onlardan bərk qorxardın. (19).Və beləliklə Biz onları qaldırdıq ki, öz aralarında sual edələr. Onlardan biri dedi: «Nə qədər qaldınız?» Dedilər: «Bir gün, ya günün bəzi hissəsi!». Dedilər: «Rəbbiniz bilir nə ilə ki, qaldınız. Sizdən birinizi bu pulunuzla şəhərə tərəf göndərin ki, görsün hansı təam pakdır və alıb gətirsin sizin üçün ruzilərdən və gərək diqqətli olsun və heç bir kəs sizi tanımasın. (20).Həqiqətən, onlar, əgər sizi aşkar etsələr, üstünüzə gələrək sizi daşa basarlar, ya da sizi öz millətlərinə döndərərlər və onda siz əbədi olaraq nicat tapa bilməzsiniz!»
«Mağara» surəsi (18) 21 -27 -ci ayətlər
(21).Və beləliklə Biz əsər etdik onlara bilsinlər ki, vədi Allahın haqdır və saat ki, yoxdur şübhə onda. Onda onların işlərində öz aralarında ayrılığa düşərək dedilər: «Onların üzərində bir bina tikin. Rəbbi onların haqqında yaxşı bilir!» Dedilər o kəslər ki, onların işləri üzərində qalib idilər: «Gərək onların üzərində bir səcdə yeri bina edək!» (22).Deyəcəklər: «Onlar üçdür, dördüncüsü itləridir!» və deyəcəklər: «Onlar beşdir, altıncısı itləridir!» - qeybə müraciət edərək və deyərlər: «Onlar yeddidir və səkkizincisi itləridir!». De: «Rəbbim onların sayını yaxşı bilir və bunu onlardan az bir hissəsi bilir». Bəs onlarla mübahisə et ancaq zahir işdə və sual etmə onların barəsində onlardan birini (23) və bir şey haqqında demə: «Mən bu işi sabah edəcəyəm!», (24) ancaq ki: «Inşallah!» Onda yadından çıxdı, Rəbbini zikr et və de: «Ola ki, Rəbbim məni bu hidayətdən yaxına ərşad edər». (25).Və onlar mağaralarında üç yüz il qaldılar və doqquz artırdıq. (26).De: «Allah bilir nə ilə ki, qaldılar. Səmaların və ərzin qeybi Onun üçündür, O görür və eşidir! Onlar üçün Ondan başqa dost yoxdur və Öz hökmündə heç bir kəsi şərik etməz!» (27).Və tilavat et nə ki, vəhy olunur sənə Rəbbinin kitabından. Yoxdur dəyişiklik Onun kəlməsi üçün və tapa bilməzsən Ondan başqa müdafiəçi!
«Mağara» surəsi (18) 28 -34 -cü ayətlər
(28).Və səbr et nəfsinlə o kəslərlə ki, səhər və axşam Rəblərini çağırıb və Onun vəchini istəyirlər və çevirmə gözlərini onlardan istəyərək zinətini dünya həyatının və itaət etmə o kəsə ki, qafil etmişik onun qəlbini zikrimizdən və tabe olub havayı istəyinə və onun işi ifrat oldu. (29).Və de: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın və kim istəyir kafir olsun». Həqiqətən, zalimlər üçün yanar od hazır etmişik. Əhatə edər onları şölələri hər tərəfdən. Əgər yardım istəsələr, onlara ərinmiş metal kimi su ilə yardım edərlər ki, istisi onların üzlərini yandırar. Çox pis şərabdır və çox pis məskəndir! (30).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır - Biz zay etmərik əcrini o kəsin ki, yaxşı əməl sahibidir. (31).Həmin onlar üçün Ədn cənnətləri var, cari olur altından onun nəhrlər. Bəzənərlər orada qızıl bilərziklərlə və yaşıl libas geyərlər nazik və qalın ipəkdən və taxtlar üzərində mütəkkələrə söykənərlər. Nemətli savabdır və yaxşı məskəndir! (32).Onlar üçün məsəl vur iki kişini ki, onlardan biri üçün iki üzüm cənnəti edib və ətrafını xurma ağacları ilə örtmüşdük və etmişdik o iki cənnətin arasında əkin yeri. (33).O iki cənnət verirdi öz meyvəsini və ondan bir şey tələf olmurdu. Biz cari etdik onların arasından axar nəhr (34) və onun üçün səmərəli oldu. Onunla söhbət edən yoldaşına dedi: «Mən çoxam səndən malnan və izzətliyəm nəfərnən!»
«Mağara» surəsi (18) 35 -45 -ci ayətlər
(35).Və daxil oldu cənnətə özünə zülm edən halda. Dedi: «Zənn etmirəm ki, bu əbədi yox olar (36) və zənn etmirəm ki, saat yetişə. Və əgər Rəbbimin tərəfinə qaytarılsam, bundan xeyirli qayıdış taparam!» (37).Yoldaşı söhbət əsnasında ona dedi: «Ə, sən kafir olursan O kəsə ki, xəlq etdi səni torpaqdan, sonra nütfədən, sonra səni kamil bir kişi etdi? (38).Lakin biz… O Allah – mənim Rəbbimdir və mən Rəbbimə bir kəsi şərik qoşmuram! (39).Və əgər onda ki, daxil oldun cənnətinə, desəydin: «Maşallah. Yoxdur qüvvət, ancaq Allah ilədir!». Əgər görürsən ki, mən malda və övladda səndən azam, (40) ola bilsin ki, Rəbbim sənin cənnətindən xeyirlisini mənə versin və göndərsin onun üzərinə səmadan bəla və sübh çağı görəsən ki, ərzlə bərabər olub, (41) ya sübh çağı görəsən ki, onun axar suyu ərzə batıb quruyur və sən bacarmayasan onun üçün tələb etməyə». (42).Və əhatə etdi bəla o cənnətin məhsulunu və cənnət sahibi sübh etdi o halda ki, həsrətlə çəkdiyi xərcə görə əllərini bir-birinə vururdu və onların hamısı yanıb tökülmüşdü və deyirdi: «Ay kaş, Rəbbimə bir kəsi şərik qoşmayaydım!» (43).Allahdan başqa heç kəs qadir deyildi ki, ona yardım edə və yardım da olunmadı. (44).Burada dostluq Haqq olan Allah üçündür. O xeyirli savab verəndir və xeyirli aqibət verəndir! (45).Və məsəl vur onlar üçün dünya həyatını ki, su kimidir. Nazil edirik səmadan onu və ərzdə bitkilər onunla qarışıb yetişər. Sabah onların hamısı quruyub tökülər və külək onları dağıdıb aparar. Allah külli şey üzərində qüdrətli oldu!
Dostları ilə paylaş: |