«Inananlar» surəsi (23)
18 –ci cüz
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Nicat tapdı inananlar – (2). o kəslər ki, islahatlarında çəkinəndirlər, (3). və o kəslər ki, lağ-lağıdan üz çevirirlər, (4). o kəslər ki, paklanmaq üçün fəaliyyət göstərirlər, (5). o kəslər ki, öz üzvlərini hifz edirlər, (6) ancaq öz zövclərindən, ya əlləri altında olan qulluqçulardan başqa. Həqiqətən, onlar məlamət olunmazlar. (7).Və kim bundan başqasına çalışarsa, həmin onlar həddi aşanlardır. (8).Və o kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edərlər. (9).Və o kəslər ki, üzərində diləyişlərinin hifz edəndirlər. (10).Həmin onlardır varislər – (11) o kəslər ki, varis olarlar Firdovsə, onlar orada həmişəlikdirlər. (12).Və əlbəttə, Biz xəlq etdik insanı saf gildən, (13) sonra etdik onu nütfə olaraq qərara alınmış məkanda, (14) sonra xəlq etdik nütfədən laxtalanmış qan və xəlq etdik laxtalanmış qandan bir tikə ət və xəlq etdik bir tikə ətdən sümüklər və sümükləri ətlə örtdük, sonra inşa etdik onu başqa xilqətdə. Və bərəkətlidir, ucadır Allah – xaliqlərin ən yaxşısıdır. (15).Sonra, həqiqətən, siz bunun ardınca ölərsiniz! (16).Sonra həqiqətən, siz qiyamət günü qaldırılacaqsınız! (17).Və əlbəttə, xəlq etdik fövqünüzdə yeddi yol və Biz xəlq olunanlardan qafil olmadıq.
«Inananlar» surəsi (23) 18 -27 -ci ayətlər
(18).Və Biz səmadan qədərincə su nazil etdik və sakin etdik onu ərzdə və Biz onu aradan aparmağa qadirik. (19).Və inşa etdik onunla sizin üçün xurmadan və üzümdən cənnətlər - sizin üçün orada çoxlu meyvə var və ondan yeyirsiniz. (20).Və o ağac ki, Sina dağından xaric olur, yeyənlər üçün yağ və rəng bitirər. (21).Və həqiqətən, sizin üçün davarlarda ibrət var. Biz içirdirik sizə nədən ki, onların bətnlərində var və sizin üçün onda çoxlu mənfəət var və ondan yeyirsiniz. (22).Və onlara və gəmilərə həmlə olunursunuz. (23).Və əlbəttə, göndərdik Nuhu öz qoumuna tərəf və dedi: «Ay qoumum! Ibadət edin Allaha! Ondan qeyri sizin üçün Ilahi yoxdur. Ə, məgər qorxmazsınızmı?» (24).Və dedi onun qoumundan kafir olan böyükləri: «Bu ancaq bəşərdir sizin misliniz, istəyir ki, üzərinizdə fəzilətli ola. Və əgər Allah istəsəydi mələklər nazil edərdi. Biz, eşitməmişik bu barədə əvvəlki atalarımızdan. (25).O ancaq məcnun kişidir və onunla müəyyən vaxta qədər gözləyin!» (26).Dedi: «Rəbbim, yardım et mənə, nə ilə ki, məni yalançı saydılar!» (27).Və Biz vəhy etdik ona ki, Bizim gözlərimizlə və Bizim vəhyimizlə gəmi düzəlt və onda ki, əmrimiz gəldi və tənnur fəvvarə etdi, yerləşdir onda küllisindən iki cütnən ikisini və öz əhlini, ancaq kim keçmiş üzərində onun söz onlardan və xitab etmə Mənə o kəslərdə ki, zalimdirlər - həqiqətən, onlar qərq olacaqlar.
«Inananlar» surəsi (23) 28 -42 –ci ayətlər
(28).Və onda ki, möhkəmləndin sən və kim ki, səninlədir gəmiyə, de: «Həmd Allah üçündür – Odur ki, bizə zalim qoumdan nicat verdi!» (29) və de: «Rəbbim, endir məni mübarək bir mənzilə və Sən xeyirli mənzil verənsən!» (30).Həqiqətən, bunda ayətlər var və Biz imtahan edirik! (31).Sonra inşa etdik onların ardından axır nəsilləri (32) və göndərdik onlara rəsul özlərindən ki: «Ibadət edin Allaha! Ondan qeyri sizin üçün Ilahi yoxdur. Ə, məgər qorxmazsınızmı?» (33).Və dedi qoumundan böyükləri – o kəslər ki, kafir idilər və yalan sayırdılar axirət görüşünü və Biz dünya həyatında onlara sərvət vermişdik: «Bu, ancaq bəşərdir sizin misliniz - yeyir nədən ki, siz yeyirsiniz ondan və içir nədən ki, siz içirsiniz. (34).Və əgər itaət etsəniz misliniz olan bəşərə, həqiqətən, onda xəsarətdə olarsınız. (35).Ə, sizə vəd verir ki, siz onda ki, öldünüz və torpaq və sümüklər oldunuz, siz xaric olunacaqsınız? (36).Heyhat, heyhat nə ki, sizə vəd verilir. (37).Bu ancaq bizim dünya həyatımızdır - ölürük və dirilirik və biz, qaldırılmayacağıq. (38).Bu, ancaq o kişidir ki, iftira edir Allahın üzərinə yalanı və biz, ona inanmırıq». (39).Dedi: «Rəbbim, mənə yardım et nə ilə ki, məni yalançı saydılar». (40).Dedi: «Bir azdan peşman olacaqlar!» (41).Və tutdu onları bərk səs haqq ilə və onları sel üzünün çör-çöpü etdik. Və məhv olsun zalim qoum! (42).Sonra inşa etdik onların ardından axır nəsilləri.
«Inananlar» surəsi (23) 43 -59 -cu ayətlər
(43).Qabaqlaya bilməz ümmət öz əcəlini və təxirə salmaz! (44).Sonra göndərdik rəsullarımızı bir-birinin ardınca. Külli nə ki, gəldi ümmətə onun rəsulu, onu yalançı saydılar və Biz də göndərdik onların bəzilərini bəzisinin ardınca və onları hədislər etdik. Və Məhv olsun inanmayan qoum! (45).Sonra göndərdik Musanı və onun qardaşı Harunu ayətlərimizlə və aşkar sultanlıqla (46) Firauna və onun böyüklərinə tərəf və təkəbbürlük etdilər və oldular ali qoum. (47).Və dedilər: «Ə, biz, inanaqmı öz mislimiz olan iki bəşərə və onların qoumu bizim üçün quldur?» (48).Və yalançı saydılar hər ikisini və oldular həlak olanlardan. (49).Və əlbəttə, Biz əta etdik Musaya kitabı, ola ki, onlar hidayət olunalar. (50).Və etdik Məryəm oğlunu və anasını ayət və sığınacaq verdik hər ikisinə uca olan abad və sulu yerdə. (51).«Ay rəsullar! Pak olanlardan yeyin və saleh əməllər edin, həqiqətən, Mən bilirəm nə əməl edirsiniz. (52).Və həqiqətən, bu sizin ümmətiniz – vahid ümmətdir və Mən sizin Rəbbinizəm və qorxun Məndən!» (53).Və qətt etdilər əmrlərini öz aralarında parçalayaraq. Külli dəstə fərəhlənir nə ilə yanlarında var. (54).Və tərk et onları öz çaşqınlıqları içərisində, ta müəyyən vaxta qədər. (55).Ə, hesab edirlər nə ki, onlara mal və oğullarla imdad edirik, (56) Biz onlar üçün sürətliyik xeyratda? Bəli, onlar şüursuzdurlar! (57).Həqiqətən, o kəslər ki, Rəblərindən çəkinərək titrəyirlər (58) və o kəslər ki, Rəblərinin ayətlərinə inanırlar (59) və o kəslər ki, Rəblərinə şərik qoşmurlar
«Inananlar» surəsi (23) 60 -74 -cü ayətlər
(60) və o kəslər ki, əta edirlər nə ki, əta etməli olanı və qəlbləri ürpəşir ki, onlar Rəblərinə tərəf müraciət edəcəklər – (61) həmin onlar sürətlidirlər xeyratda və onlar onun üçün qabağa düşənlərdir. (62).Və Biz yükləyirik nəfsi ancaq onun gücünə görə və Bizim yanımızda kitab var, haqq ilə söyləyir və onlar zülm olunmazlar. (63).Bəli! Qəlbləri çaşqındır bundan və onlar üçün əməl var bundan başqa, ona əməl edirlər. (64).Ta onda ki, onların sərvətlilərini əzab edək, onda onlar car çəkərlər. (65).Bu gün car çəkməyin, həqiqətən, siz Bizim tərəfimizdən yardım almayacaqsınız. (66).Əlbəttə, Mənim ayətlərim sizin üçün tilavat olundu və siz isə arxa çevirdiniz, (67) təkəbbürlük edərək onunla gecə nağıllarına başlayırdınız. (68).Ə, məgər sözü düşünmürlərmi, yoxsa gəldi onlara nə ki, əvvəlki atalarına gəlməyib? (69).Yoxsa öz rəsullarını tanımadılar və onlar onu inkar etdilər? (70).Yoxsa deyirlər: «Onun məcnunluğu var!» Bəli, gəldi onlara haqq ilə və onların əksəriyyəti haqq üçün kərahətlidir. (71).Və əgər haqq onların istəklərinə tabe ola, onda fəsad olar səmalar və ərz və kim ki, onlarda var. Bəli, əta etdik onlara zikrlərini və onlar zikrlərindən üz çevirirlər. (72).Yoxsa sən onlardan xərclik istəyirsən? Rəbbinin xəracı daha xeyirlidir və O ruzi verənlərin ən xeyirlisidir. (73).Və həqiqətən, sən onları düz yola tərəf dəvət edirsən. (74).Və həqiqətən, o kəslər ki, inanmırlar axirət ilə, yoldan çıxarlar.
Dostları ilə paylaş: |