«f a t I h ə» s u r ə s I (1)


«Qissə» surəsi (28) 60 -70 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə50/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

«Qissə» surəsi (28) 60 -70 -ci ayətlər

(60).Nə ki, sizə verilib şeydən – mətahıdır dünya həyatının və zinətidir onun. Nə ki, Allah yanındadır, xeyirlidir və baqidir. Ə, məgər əql etməzsinizmi? (61).Ə, o kəs ki, Biz vəd vermişik ona yaxşı vəd olaraq və o, görüşəcəkdir onunla – o kəs kimidirmi, mətah vermişik ona dünya həyatının mətahı olaraq, sonra o qiyamət günü hazır olanlardan olacaq? (62).O gün nida edəcək onlara və deyəcək: «Haradadır Mənim şəriklərim – o kəslər ki, güman edirdiniz?» (63).O kəslər ki, söz haqq oldu üzərlərində onların, dedilər: «Rəbbimiz, bunlar o kəslərdir ki, bizi ağvay etdilər. Biz də onları ağvay etdik, nə qədər, bizi ağvay etmişdilər. Biz Sənə tərəf üz çeviririk: onlar tək bizə ibadət etmirdilər». (64).Deyilər: «Çağırın şəriklərinizi!» Və çağırarlar onları, ancaq cavab verməzlər onlara və görərlər əzabı. Əgər onlar hidayət tapmış olsaydılar! (65).O gün çağırar onları və deyər: «Nə cavab verdiniz mürsəllərə?» (66).Əhəmiyyətsiz olar xəbərlər üzərlərində onların o gün və onlar bir-biri ilə sual-cavab etməzlər. (67).Amma kim ki, qayıtdı və inandı və əməli islahatdır, ola bilsin ki, nicat tapanlardan olsun. (68).Rəbbin xəlq edər nəyi istəyər və seçər. Olmadı onlar üçün ixtiyariyyat. Sübhandır Allah və Alidir nədən ki, şərik qoşurlar. (69).Rəbbin bilir nə ki, gizlədir ürəkləri onların və nə ki, elan edir. (70).O – Allahdır ki, yoxdur Ilahi, ancaq Odur! Onun üçündür həmd əvvəldə və axirətdə. Onun üçündür hökm etmək və Ona tərəf müraciət edəcəksiniz!



«Qissə» surəsi (28) 71 -77 -ci ayətlər

(71).De: «Ə, gördünüzmü, əgər edə Allah gecəni üzərinizdə qiyamət gününə qədər əbədi – kimdir Ilahi Allahdan qeyri, gətirə sizə işıqlı ziya? Ə, eşitmirsinizmi?» (72).De: «Ə, gördünüzmü, əgər edə Allah gündüzü üzərinizdə qiyamət gününə qədər əbədi – kimdir Ilahi Allahdan qeyri, gətirə sizə gecəni, sakin olasınız onda? Ə, görmürsünüzmü? (73).Öz rəhmətindən etdi sizin üçün gecə və gündüz, ona görə ki, sakin olmanız üçün onda və axtarmanız üçün fəzlindən Onun, ola ki, şükr edəsiniz!» (74).O gün ki, çağırar onları və deyər: «Haradadır Mənim şəriklərim – o kəslər ki, güman edirdiniz?» (75).Çıxartdıq külli ümmətdən şahid və dedik: «Gətirin sübutunuzu!» Onlar bildilər ki, haqq Allah üçündür və zəlil oldu onlardan iftira etdikləri. (76).Həqiqətən, Qarun Musanın qoumundan idi və zülm edirdi onların üzərində. Əta etdik ona xəzinələr ki, onların açarlarını daşımaq qüvvət sahibi olan dəstəyə ağırlıq edirdi. Onda ki, qoumu ona dedi: «Fərəhlənmə. Həqiqətən, Allah sevməz fərəhlənənləri! (77).Axtar Allahın sənə əta etdiyində axirət evini və unutma dünyadakı nəsibini. Yaxşılıq et, nə qədər, Allah sənə yaxşılıq etdi və çalışma ərzdə fəsad etməyə. Həqiqətən, Allah sevməz fəsad edənləri!»




«Qissə» surəsi (28) 78 -84 -cü ayətlər

(78).Dedi: «O mənə əta olunub ancaq məndə olan elmə görə». Ə, o bilmirdimi, Allah həlak etdi ondan qabaq olan kəsləri ki, şiddətli idilər ondan qüvvətdə və əksər cəmiyyətdə? Sual olunmayacaq cərimə olunmuşlar öz günahlarından. (79).Çıxdı öz qoumunun bərabərinə öz zinətində. Dedi o kəslər ki, dünya həyatını istəyirdilər: «Ay kaş, Qaruna verilənin misli bizim üçün olsaydı! Həqiqətən, o, əzəmətli ləzzət və həzz sahibidir!» (80).Dedi o kəslər ki, elm əta olunmuşdu: «Vay sizə! Savabı Allahın xeyirlidir o kəs üçün ki, inanır və əməli islahatdır. Buna ancaq səbr edənlər qovuşar!» (81).Biz əmr etdik ərzə onu və onun yaşayış yurdunu udmağı. Və olmadı Allahdan ona yardım edəcək dəstə və olmadı o, yardım alanlardan. (82).Sabahısı o kəslər ki, dünən onun məkanını təmənna edirdilər, deyirdilər: «Vay olsun! Allah Öz bəndələrindən kimə istəsə ruzisini genişləndirər və qədərində edər. Əgər Allah bizə minnət etməsəydi, bizi də udmuş olardı. Vay olsun! Nicat tapmayacaq kafirlər!» (83).Budur axirət evi. Etdik onu o kəslər üçün ki, istəməzlər ərzdə ucalıq və fəsad. Aqibət müttəqilər üçündür! (84).Kim gələrsə yaxşılıqla, onun üçün ondan xeyirlisi var. Kim gələrsə pisliklə, onda o kəslər ki, pis əməllər edirlər, ancaq etdikləri əməllərin cəzasını alarlar!


«Qissə» surəsi (28) 85 -88 -ci ayətlər

(85).Həqiqətən, Odur ki, fərz etdi sənin üzərinə Qur’anı, qaytarar səni bir daha öz yerinə. De: «Rəbbim bilir kim gəlib hidayətlə və kim aşkar zəlalətdədir!» (86).Sənin ümidin yox idi bu kitab sənə veriləcək, ancaq Rəbbindən rəhmətdir. Kafirlərə arxa olma! (87).Sədd çəkməsinlər sənə Allahın ayətlərindən, ondan sonra ki, sənə nazil edildi. Çağır Rəbbinə tərəf və olma müşriklərdən! (88).Çağırma Allahla yanaşı axır Ilahi. Yoxdur Ilahi, ancaq Odur! Külli şey həlak olacaq, ancaq Onun vəchindən başqa. Onun üçündür hökm etmək və Ona tərəf müraciət edəcəksiniz!


«Hörümçək» surəsi (29)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Mim! (2).Ə, hesab edirlər insanlar ki, tərk edəcəklər onları, elə ki, dedilər: «Biz inandıq!» və onlar sınanmayacaqlar? (3).Əlbəttə, Biz sınadıq o kəsləri ki, onlardan qabaq var idilər. Bilir Allah o kəsləri ki, sadiqdirlər və bilir yalançıları. (4).Yoxsa hesab edirlər o kəslər ki, pis əməllər edirlər, Bizi qabaqlayırlarmı? Pis mühakimə edirlər! (5).Kimin Allahla görüşə ümidi olar, həqiqətən, Allahın əcəli gəlir və O Səmidir, Alimdir! (6).Kim cihad edərsə, ancaq öz nəfsi üçün cihad edər. Həqiqətən, Allah Qənidir aləmlərdən!


«Hörümçək» surəsi (29) 7 -14 -cü ayətlər

(7).O kəslər ki, inanırlar və əməlləri islahatdır, Biz onların pisliklərinin üstünü örtərik və etdikləri əməllərdən daha yaxşısını verərik onlara. (8).Biz vəsiyyət etdik insana valideynləri haqqında yaxşılığı. Əgər onlar cəhd etsələr ki, Mənə şərik qoşasan nə ki, onun ilə sənin elmin yoxdur, onda itaət etmə onlara. Mənə tərəfdir sizin dönüşünüz və Mən xəbər verərəm sizə nə ilə ki, oldunuz əməllilər! (9).O kəslər ki, inanırlar və əməlləri islahatdır, Biz onları salehlərin cərgəsinə daxil edərik. (10).Insanlardan vardır ki, deyirlər: «Biz inandıq Allah ilə!» Və onda ki, Allah uğrunda əziyyətə düşürlər, onlar insanların sınağını Allahın əzabı kimi qəbul edirlər. Əgər gələrsə sənin Rəbbindən yardım, onlar deyərlər: «Həqiqətən, biz sizinlə birlikdə idik!» Ə, Allah aləmlərin ürəyində olanı yaxşı bilmirmi? (11).Allah yaxşı bilir o kəsləri ki, inanırlar və yaxşı bilir o kəsləri ki, münafiqdirlər! (12).O kəslər ki, kafirdirlər, dedilər o kəslərə ki, inanırlar: «Tabe olun bizim yolumuza, biz sizin xətalarınızla yüklənərik». Onlar yüklənməzlər onların xətalarından bir şeylə. Həqiqətən, onlar yalançıdırlar! (13).Onlar yüklənəcəklər öz ağırlıqları ilə və öz ağırlıqları ilə birlikdə ağırlıqlarla və qiyamət günü sual olunacaqlar nədən ki, oldular iftira edənlər. (14).Əlbəttə, göndərdik Nuhu öz qoumuna tərəf. O, qaldı onların arasında min ildən əlli il az. Tutdu onları tufan və onlar zalimlər idilər!




«Hörümçək» surəsi (29) 15 -23 -cü ayətlər

(15).Biz nicat verdik ona və gəmi əshabına və etdik onu aləmlər üçün ayət. (16).Və Ibrahimi… Onda dedi öz qoumuna: «Ibadət edin Allaha və qorxun Ondan! Bu, sizin üçün xeyirdir, əgər biləsiniz! (17).Siz ancaq ibadət edirsiniz Allahın əvəzinə bütlərə və yalan icad edirsiniz! Həqiqətən, o kəslərə ki, ibadət edirsiniz Allahın əvəzinə, sizin üçün ruziyə malik deyillər. Ruzini axtarın Allah yanında və ibadət edin Ona və şükr edin Onun üçün. Ona tərəf müraciət edəcəksiniz!» (18).Əgər yalan saysanız, fəqət yalan saydılar sizdən qabaqkı ümmətlər və rəsulun üzərində ancaq aşkar təbliğdir. (19).Ə, görmədilərmi, necə Allah başlayır xəlqə, sonra qaytarır onu? Həqiqətən, bu, Allah üçün asandır! (20).De: «Seyr edin ərzdə və nəzər salın necə başlayır xəlqə. Sonra Allah inşa edər axirət inşaatını. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir! (21).O əzab edər kimə istəyər və rəhm edər kimə istəyər və Ona tərəf dönəcəksiniz. (22).Siz aciz edə bilməzsiniz ərzdə və səmada və yoxdur sizin üçün Allahdan başqa Vəli və Nəsir!» (23).O kəslər ki, kafirdirlər ayətlərilə Allaha və görüşünə Onun – həmin onlar Mənim rəhmətimdən məyusdurlar və həmin onlardır ki, onlar üçün ələmli əzab var.




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin