«f a t I h ə» s u r ə s I (1)


«Hörümçək» surəsi (29) 64 -69 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə52/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

«Hörümçək» surəsi (29) 64 -69 -cü ayətlər

(64).Bu dünya həyatı ancaq oyun və əyləncədir. Həqiqətən, axirət yurdu – o, əlvan həyatdır, əgər bilsəydilər! (65).Onda ki, gəmidə süvar olub gedirlər, Allahı çağırırlar dinlərini məxlus Onun üçün edərək. Amma elə ki, onlara nicat verdi quruya tərəf, onda Ona şərik qoşarlar, (66) kafir olmaları üçün nə ilə ki, əta etmişik onlara və mətahlanmaları üçün. Sonra biləcəklər! (67).Ə, onlar görmədilərmi, Biz etdik hərəmi əmin və ətrafında isə insanları qamarlayırlar? Ə, onlar batilə inanır və nemətinə Allahın kafirmi olurlar? (68).Kimdir zalim o kəsdən ki, iftira etdi Allahın üzərinə yalanı, yaxud yalan saydı haqqı, amma elə ki, gəldi o? Ə, yoxdurmu cəhənnəmdə yer kafirlər üçün? (69).O kəslər ki, Bizim uğrumuzda cihad edirlər, hidayət edərik onları Öz yolumuza. Həqiqətən, Allah yaxşılarladır!


«Rumlular» surəsi (30)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Mim! (2).Rumlulara qalib gəldilər (3) yaxın ərzdə və onlar bu məğlubiyyətdən sonra qalib gələcəklər, (4) bir neçə ildən sonra. Allah üçündür əmrlər bundan qabaq və bundan sonra. O gün fərəhlənər inananlar (5) Allahın yardımı ilə. O yardım edər kimə istəsə. O Əzizdir, Rəhimdir!

«Rumlular» surəsi (30) 6 -15 -ci ayətlər

(6).Vəd Allahındır və xilaf etməz Allah vədinə, lakin əksər insan bilməz! (7).Onlar bilirlər dünya həyatının zahirini və onlar axirətdən qafildirlər. (8).Ə, fikir etmirlərmi öz nəfslərində, xəlq etdi Allah səmaları və ərzi və bu ikisinin arasında olanları ancaq haqq ilə və toxunan əcələ? Həqiqətən, insanlardan əksəriyyəti görüşünə Rəblərinin kafir olurlar! (9).Ə, ərzdə seyr etmirlərmi, nəzər salsınlar necə oldu aqibəti o kəslərin ki, onlardan qabaq var idilər? Şiddətli idi qüvvələri onlardan və ərzdə əsərləri. Əkin ərazilərində bunlardan çox qabaq idilər. Gəldi onlara rəsulları bəyanatlarla. Olmadı Allah onlara zülm edən və lakin onlar öz nəfslərinə zülm edənlər oldular! (10).Sonra aqibəti o kəslərin ki, pislik edirdilər, pis oldu ona görə ki, yalan saydılar ayətləri ilə Allahı və oldular onunla istehza edənlər. (11).Allah başlayır xəlqə, sonra qaytarır onu, sonra Ona tərəf müraciət edəcəksiniz! (12).O gün ki, saat yetişər, cərimə olunmuşlar məyus olarlar. (13).Olmaz onlar üçün şəriklərindən şəfaət edən və onlar öz şəriklərinə kafir olarlar. (14).O gün ki, saat yetişər, o gün firqə-firqə olarlar. (15).Amma o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar bağlarda şad olacaqlar.



«Rumlular» surəsi (30) 16 -24 -cü ayətlər

(16).Və amma o kəslər ki, kafir olub və yalan saydılar ayətlərimizlə Bizi və axirət görüşünü – həmin onlar əzabda hazır olacaqlar. (17).Pak və müqəddəs sayın Allahı axşam və sübh sizi bürüyəndə! (18).Onun üçündür həmd səmalarda və ərzdə, axşam və günorta! (19).Xaric edər dirini meyyitdən və xaric edər meyyiti diridən və həyat verər ərzə ölümündən sonra və beləcə siz də xaric olacaqsınız! (20).Onun ayətindəndir ki, xəlq etdi sizi torpaqdan. Sonra onda ki, siz bəşərsiniz, hər tərəfə yayılarsınız. (21).Onun ayətindəndir ki, xəlq etdi sizin üçün öz nəfsinizdən zövc, ona görə ki, siz onunla sakin olasınız. Etdi aranızda məhəbbət və rəhmət. Həqiqətən, bunda ayətlər var fikirləşən qoum üçün! (22).Onun ayətindəndir səmaların və ərzin xəlq olunması və dillərinizin və rənglərinizin müxtəlifliyi. Həqiqətən, bunda ayətlər var alimlər üçün. (23).Onun ayətindəndir gecədə yuxunuz və gündüzdə Onun fəzlindən axtarmanız. Həqiqətən, bunda ayətlər var eşidəcək qoum üçün. (24).Onun ayətindəndir ki, göstərir sizə bərqi xof və təmənna olaraq. Nazil edir səmadan su və həyat verir onunla ərzə ölümündən sonra. Həqiqətən, bunda ayətlər var əql edən qoum üçün.


«Rumlular» surəsi (30) 25 -32 -ci ayətlər

(25).Onun ayətindəndir ki, dayanıb səma və ərz Onun əmri ilə. Sonra onda ki, O sizi çağırar ərzdən çağırışla, onda siz xaric olarsınız. (26).Onun üçündür kim ki, səmalarda və ərzdə var. Külli Onun üçün mütidir! (27).O – Odur ki, başlayır xəlqə, sonra qaytarır onu. Bu, Onun üçün daha asandır. Onun üçündür ali məsəllər səmalarda və ərzdə və O Əzizdir, Həkimdir! (28).O məsəl vurur sizin üçün öz nəfsinizdən. Varmı sizin üçün əliniz altında olan xidmətçilərdən sizə verdiyimiz ruzilərə şərik olanlar və siz bunda onlarla bərabərsiniz? Xoflanırsınızmı onlardan, necə ki, xoflanırsınız öz nəfsinizdən? Belə müfəssəl edirik ayətləri əql edən qoum üçün. (29).Bəli, tabe oldular o kəslər ki, zalimdirlər, elmsiz olaraq öz havayı istəklərinə! Kim hidayət edəcək Allahın zəlalətdə tərk etdiyi kimsəni? Yoxdur onlar üçün yardım edənlərdən! (30).Yönəlt vəchini hənif dinə – yaratdığına Allahın, hansı ki, yaradıb insanları onun üzərində. Yoxdur dəyişiklik xəlq etməyində Allahın. Budur qiymətli din və lakin əksər insan bilməz! (31).Ona tərəf dönərək və qorxun Ondan və qalxın ayağa islahata və olmayın müşriklərdən – (32) o kəslərdən ki, firqələrə böldülər dinlərini və oldular şiələr. Külli dəstə özlərində olana fərəhlənir.



«Rumlular» surəsi (30) 33 -41 -ci ayətlər

(33).Onda ki, toxunur insanlara zərər, çağırırlar Rəblərini Ona tərəf dönərək. Sonra onda ki, onlara daddırdı Öz tərəfindən rəhmət, onda bir dəstə onlardan öz Rəblərinə şərik qoşarlar, (34) kafir olmaları üçün nə ilə ki, əta etmişik onlara. Mətahlanın, sonra biləcəksiniz! (35).Yoxsa Biz nazil etmişik üzərinə onların sultanlıq və o kəlmə kəsir nə ilə ki, oldular Onunla şərik qoşanlar? (36).Onda ki, Biz daddırırıq insanlara rəhmət, onunla fərəhlənirlər. Və əgər isbatdır onlara pislik nə ilə ki, hazırlayıb əlləri, onda ki, onlar ümidsiz olurlar! (37).Ə, onlar görməzlərmi, Allah genişləndirir ruzisini kimə istəsə və qədərində edir? Həqiqətən, bunda ayətlər var inanan qoum üçün! (38).Və əta et yaxınlara və miskinlərə və yol oğluna öz haqlarını. Bu, xeyirlidir o kəslər üçün ki, istəyirlər Allahın vəchini. Həmin onlardır nicat tapanlar! (39).Nə ki, əta edəsiniz ribadan, artması üçün insanların malında, artmaz o Allah yanında. Və nə ki, əta edəsiniz zəkatdan, istəyərək Allahın vəchini - həmin onlardır ikiqat artıranlar! (40).Allah - Odur ki, xəlq etdi sizi, sonra ruziləndirdi sizi, sonra öldürər sizi, sonra həyat verər sizə. Varmı şəriklərinizdən kim ki, bunlardan fəaliyyət edə şeydən? Sübhandır O və Alidir nədən ki, şərik qoşurlar! (41).Zahir oldu quruda və dəryada fəsad nə ilə ki, kəsb etdi insanların əlləri, daddırmaq üçün onlara bəzi odur ki, əməldədirlər, ola ki, onlar müraciət edələr.





Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin