«Səflərdə duranlar» surəsi (37) 103 -126 -cı ayətlər
(103).Amma elə ki, ikisi də təslim oldular və onu üzü üstə çevirdi. (104).Biz nida etdik ona: «Ay Ibrahim! (105).Sən röyanı doğru etdin!» Biz belə mükafatlandırırıq yaxşıları! (106).Həqiqətən, bu, aşkar sınaqdır. (107).Və Biz böyük bir kəsilməli ona əvəz verdik. (108).Tərk etdik üzərinə onun axırdakılarda: (109).«Salam üzərinə Ibrahimin!» (110).Belə mükafatlandırırıq yaxşıları. (111).Həqiqətən, o, inanan bəndələrimizdən idi. (112).Biz ona bəşarət verdik Ishaqla – salehlərdən olan nəbi ilə (113) və bərəkətli etdik üzərində onun və üzərində Ishaqın. Və zürriyyətlərindən onların yaxşılar və zalim öz nəfsi üçün aşkar. (114).Əlbəttə, Biz minnət qoyduq Musanın və Harunun üzərinə. (115).Və onlara və onların qoumuna əzəmətli əzabdan nicat verdik. (116).Yardım etdik onlara və onlar qaliblər oldular. (117).Və Biz əta etdik onların hər ikisinə aydın kitab. (118).Və onların hər ikisini hidayət etdik düz yola. (119).Tərk etdik üzərinə hər ikisinin axırdakılarda: (120).«Salam üzərinə Musanın və Harunun!» (121).Həqiqətən, belə mükafatlandırırıq yaxşıları! (122).Həqiqətən, onların hər ikisi inanan bəndələrimizdən idilər. (123).Və həqiqətən, Ilyas mürsəllərdən idi. (124).Onda qoumuna dedi: «Ə, qorxmursunuzmu? (125).Ə, Bəəli çağırırsınız və xaliqlərin ən yaxşısını tərk edirsiniz, (126) Allahı – Rəbbinizi sizin və Rəbbini əvvəlki atalarınızın?»
«Səflərdə duranlar» surəsi (37) 27 -153 -cü ayətlər
(127).Və yalançı hesab etdilər onu və həqiqətən, onlar hazır olacaqlar, (128) ancaq məxlus bəndələrimizdən başqa! (129).Tərk etdik üzərinə onun axırdakılarda: (130).«Salam üzərinə Ilyasın!» (131).Belə mükafatlandırırıq yaxşıları! (132).Həqiqətən, o, inanan bəndələrimizdən idi. (133).Və həqiqətən, Lut mürsəllərdən idi. (134).Onda nicat verdik ona və əhlinə onun cəmiyyən, (135) ancaq əcuza arvaddan başqa ki, qalanlardan idi. (136).Sonra məhv etdik axırdakıları. (137).Həqiqətən, siz sabahlar onların yanından keçirsiniz (138) və gecədə. Ə, məgər əql etməzsinizmi? (139).Həqiqətən, Yunus mürsəllərdən idi. (140).Onda yüklü gəmiyə tərəf qaçdı (141) və püşk atdı başqaları ilə və uduzanlardan oldu. (142).Və böyük balıq onu uddu və o, tənəyə layiq oldu. (143).Əgər saya salanlardan olmasaydı, (144) onda qalardı onun bətnində dirilib qalxacaqları günə qədər. (145).Və onu səhraya atdıq və o, xəstə oldu. (146).Bitirdik onun üzərində Yəqtin ağacın. (147).Göndərdik onu yüz min, ya ondan çoxuna tərəf (148) və inandılar onlar və mətahlandırdıq onları tərəfinə müəyyən vaxtın. (149).Soruşun onlardan: «Ə, sənin Rəbbində qızlar və onlarda isə oğlanlar var?» (150).Yoxsa Biz mələkləri qadınlar xəlq etdik və onlar şahid oldular? (151).Ə, məgər yoxmu? Onlar yalandan bu sözləri deyirlər: (152).«Allahın övladı var!» Həqiqətən, onlar yalan deyirlər. (153).Seçdimi O qızları üzərində oğlanların?
«Səflərdə duranlar» surəsi (37) 154 -182 -ci ayətlər
(154).Sizə nə olub, necə hökm edirsiniz? (155).Ə, zikr etmirsiniz? (156).Yoxsa sizin üçün aşkar sultanlıq var? (157).Gətirin kitabınızı, əgər oldunuz sadiqlər! (158).Etdilər Onunla cinlər arasında əsil-nəsəb. Əlbəttə, cinlər bilirlər ki, onlar hazır olacaqlar. (159).Sübhandır Allah nədən ki, vəsf edirlər. (160).Ancaq Onun məxlus bəndələrindən başqa! (161).«Həqiqətən, siz və ibadət etdikləriniz (162) deyilsiniz üzərində onun sınaq ilə, (163) ancaq o kəsi ki, cəhənnəmə düşməlidir. (164).Bizim aramızda məlum məqamı olmayan yoxdur. (165).Həqiqətən, Biz səflərdə dayanırıq (166) və həqiqətən, Biz saya salanlarıq». (167).Onlar deyənlər oldular: (168).«Əgər bizim yanımızda əvvəlkilərdən zikr olsaydı, (169) onda Allahın məxlus bəndələrindən olardıq!» (170).Kafir oldular Onun ilə və sonra biləcəklər. (171).Əlbəttə, Bizim sözümüz qabaqladı mürsəl bəndələrimizi. (172).Həqiqətən, onlar yardım alanlardır. (173).Həqiqətən, Bizim əsgərlərimiz qaliblərdir. (174).Müəyyən vaxta qədər onlardan üz çevir (175) və bax onlara və onlar görərlər! (176).Ə, Bizim əzabımıza tələsirlər? (177).Onda ki, nazil olar onların sahəsinə, çox pis olacaq nəzərlərinə çatdırılanların sabahı. (178).Müəyyən vaxta qədər onlardan üz çevir (179) və bax onlara və onlar görərlər! (180).Sübhandır Rəbbin sənin – izzət sahibi olan Rəbbin nədən ki, vəsf edirlər! (181).Təslim üzərinə mürsəllərin! (182).Həmd Allah üçündür, Rəbbidir aləmlərin.
«Sad» surəsi (38)
(1).Ismi ilə Allahın – Rəhmanın, Rəhimin! Sad! And olsun zikri özündə saxlayan Qur’ana. (2).Bəli! O kəslər ki, kafirdirlər, izzət və şəqavət içərisindədirlər. (3).Nə qədər onlardan qabaq nəsillərdən həlak etdik! Onda çağırdılar və daha qaçaq yolları yox idi. (4).Təəccüb etdilər ki, onların özlərindən onlara nəzərə çatdıran gəldi. Və kafirlər dedilər: «Bu, yalançı sehrkardır! (5).Ə, məgər o, ilahiləri Vahid Ilahimi edir? Həqiqətən, bu, əcəb bir şeydir!» (6).Və onlardan böyükləri uzaqlaşaraq dedi: «Gedin, səbr edin üzərində ilahilərinizin! Həqiqətən, bu, istənilən bir şeydir. (7).Biz axırıncı millətdə bu haqda eşitməmişik. Həqiqətən, bu, başqa bir xəlq olunmuşdur. (8).Ə, bizim aramızdan zikr onamı nazil edildi?» Bəli, onlar Mənim zikrimdən şəkdədirlər! Bəli, onlar hələ Mənim əzabımı dadmayıblar! (9).Yoxsa onların yanındadır Əziz olan, Vəhhab olan Rəbbinin rəhmət xəzinələri? (10).Yoxsa onlar üçündür mülkü səmaların və ərzin və nə ki, onlar arasında olanların? Qoy onlar qalxsınlar ip ilə! (11).Qoşunlar, nə ki, orada əzildilər bütün dəstələrdən. (12).Yalan saydılar onlardan qabaq Nuh və Ad və Firaun qoumu ki, qüdrət sahibi idilər (13) və Səmud və Lut qoumu və Əykə əshabı. Həmin onlar dəstələr idilər. (14).Həqiqətən, küllisi yalan saydılar rəsulları və haqq oldu əzabım! (15).Onlar ancaq vahid şiddətli səsi görərlər – onun üçün möhlət yoxdur. (16).Və dedilər: «Rəbbimiz! Tezləşdir bizim payımızı hesab günündən qabaq!»
«Sad» surəsi (38) 17 -26 -cı ayətlər
(17).Səbr et üzərində nə ki, deyirlər və zikr et bəndəmiz Davudu – qüvvət sahibini. Həqiqətən, o, qayıdan idi. (18).Biz dağları ona ram etdik. Onunla birlikdə saya salırdılar gecə və gün çıxmamış. (19).Və quşlar toplanırdılar. Küllisi Ona tərəf qayıdırdılar. (20).Onun mülkünü şiddətli etdik və əta etdik ona hikmət və mətin xitab etmək. (21).Gəldimi sənə xəbəri xosunlaşanların? Onda mehrabın üstündən divarı keçərək gəldilər. (22).Onda daxil oldular üzərinə Davudun və onlardan xoflandı o. Dedilər: «Xoflanma! Iki xosunlaşan – bizlərdən bəzimiz üzərində bəzimizin zor deyir. Hökm et bizim aramızda haqq ilə və qanun qaydanı pozma və hidayət et bizi tərəfinə səviyyəli yolun. (23).Bu, mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var, mənim isə bir qoyunum. Və dedi: “Etibar et mənə onu!” - və xitabda mənə üstün gəldi». (24). Dedi: «Əlbəttə, o sənə zülm etdi sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə. Əlbəttə, çoxlu şəriklərdən vardır ki, bəziləri bəzilərinə zor deyirlər, ancaq o kəslərdən başqa ki, inanandırlar və əməlləri islahatdır və onlar da azdır». Və zənn etdi Davud ki, Biz onu sınayırıq, bağışlanmaq istədi Rəbbindən və xar oldu rüku edərək və qayıtdı. (25).Biz bunu bağışladıq ona. Həqiqətən, onun üçün yanımızda yaxınlıq və yaxşı mənzil var. (26).Ay Davud, Biz səni ərzdə xəlifə etdik. Insanlar arasında haqq ilə hökm et və tabe olma öz havayı istəyinə və onda o səni Allah yolundan zəlalətə salar! Həqiqətən, o kəslər ki, Allah yolundan zəlalətə düşürlər – onlar üçün şiddətli əzab var, ona görə ki, hesab gününü unutdular.
Dostları ilə paylaş: |