«Ğafur» surəsi (40) 34 –40 –cı ayətlər
(34).Əlbəttə, bundan qabaq gəldi sizin üçün Yusif bəyanatlarla. Amma siz nə ilə ki, o gəlmişdi, ona şəkk etməyi tərgitmədiniz. Ta onda ki, həlak oldu, dediniz: “Ondan sonra Allah qaldırmayacaq rəsul!”» Beləcə zəlalətdə tərk edir Allah kim israfkardır və şübhə edəndir - (35). o kəslər ki, mücadilə edirlər ayətlərində Allahın qeyri sultanlıqla – onlara verilmiş. Böyükdür buna nifrəti Allahın və o kəslərin ki, inanırlar! Belə Allah külli təkəbbürlü və zor deyənlərin qəlbi üzərinə möhür vurdu! (36).Dedi Firaun: «Ay Haman, bina et mənim üçün qəsr, ola ki, mən yetişim yola qədər – (37) yoluna səmaların və çatım Ilahisinə tərəf Musanın. Əlbəttə, mən zənn edirəm ki, o yalançıdır». Belə zinətləndi Firaunun pis əməli onun üçün və o, yoldan çıxdı. Deyil fəndi Firaunun, ancaq fəlakətdə! (38).Dedi o kəs ki, inanıb: «Ay qoumum! Tabe olun mənə, hidayət edim sizi rəşd yola! (39).Ay qoumum! Həqiqətən, bu dünya həyatı – mətahdır və axirət – o, qərar evidir. (40).Kim pis əməl edir, ancaq onun mislini mükafat alacaq və kim əməli islahatdır kişilərdən və ya qadınlardan və o, inanandır – həmin onlar daxil olacaqlar cənnətə və orada hesabsız ruzi onlar arasında bölünəcəkdir!
«Ğafur» surəsi (40) 41 –49 -cu ayətlər
(41).Ay qoumum, nə üçün mən sizi çağırıram nicata tərəf, siz isə çağırırsınız məni oda tərəf? (42).Siz məni çağırırsınız Allah ilə kafir olmağa və şərik qoşmağa Onunla, hansı ki, onun ilə mənim elmim yoxdur. Mən isə sizi çağırıram Əzizə, Ğəfura tərəf. (43).Həqiqətən, nəyə ki, məni çağırırsınız, yoxdur onun çağırışı nə bu dünyada və nə axirətdə. Həqiqətən, bizim dönüşümüz Allaha tərəfdir və israf edənlər əshabıdırlar odun! (44).Siz yada salacaqsınız onu ki, mən sizə deyirəm. Mən öz işimi Allahın əmrinə tapşırıram, həqiqətən, Allah Bəsirdir bəndələri ilə!» (45).Allah qorudu onu pisliklərdən nə ki, məkr etmişdilər və haqladı Firaun ailəsini pis əzab – (46) od, göstərilərək gecə və gündüz onda qalacaqlar və o gün ayağa qalxma saatında... «Firaun ailəsini şiddətli əzaba daxil edin!» (47).Və onda onlar odda höcətləşərlər. O kəslər ki, zəifdirlər, təkəbbürlülərə deyərlər: «Həqiqətən, biz olduq sizin üçün tabelər. Bizim odumuzdan bir az azaltmayacaqsınızmı?» (48).O kəslər ki, təkəbbürlü idilər, dedilər: «Küllimiz ondayıq. Həqiqətən, Allah hökm etdi bəndələri arasında!» (49).Və o kəslər ki, oddadırlar, cəhənnəmin gözətçilərinə dedilər: «Çağırın Rəbbinizi, ondan ötrü ki, O xəfif etsin bizim üçün əzabdan heç olmasa bir gün».
«Ğafur» surəsi (40) 50 –58 -ci ayətlər
(50).Dedilər: «Ə, gəlmədilərmi sizə rəsullarınız bəyanatlarla?» Dedilər: «Bəli!» Dedilər: «Çağırın!» Və çağırışı kafirlərin ancaq zəlalətdir! (51).Biz yardım edərik rəsullarımıza və o kəslərə ki, inandılar, həm dünya həyatında və həm də o gündə ki, onda şahid kimi dayanacaqlar. (52).O gün zalimlərə üzr istəmələri mənfəət verməz. Onlar üçün lənət var və onlar üçün pis ev var! (53).Əlbəttə, əta etdik Musaya hidayəti və varis etdik Israil oğullarını kitaba – (54) hidayətdir və zikrdir ağıl sahibləri üçün. (55).Səbr et! Həqiqətən, vədi Allahın haqdır və bağışlanmaq istə günahların üçün və saya sal həmd ilə Rəbbini gecə və səhər! (56).Həqiqətən, o kəslər ki, mücadilə edirlər Allahın ayətlərində qeyri sultanlıqla – onlara verilmiş, əgər ürəklərində ancaq təkəbbürlük varsa, onlar ona yetişməzlər. Güvən Allah ilə, həqiqətən, O Səmidir, Bəsirdir! (57).Səmaları və ərzi xəlq etmək insanların xəlqindən böyükdür və lakin əksəriyyəti insanların bilmirlər. (58).Bərabər deyil kor və görən və o kəslər ki, inanırlar və əməlləri islahatdır və pis iş görənlər. Çox az zikr edirsiniz.
«Ğafur» surəsi (40) 59 –66 -cı ayətlər
(59).Həqiqətən, saat gəlir – onda şübhə yoxdur və lakin əksəriyyəti insanların inanmırlar! (60).Dedi Rəbbiniz: «Çağırın Məni, Mən cavab verərəm sizə. Həqiqətən, o kəslər ki, təkəbbürlüdürlər Mənim ibadətimdən, daxil olacaqlar cəhənnəmə həmişəlik olaraq!» (61).Allah – Odur ki, etdi sizin üçün gecəni sakin olmanız üçün onda və gündüzü bəsirət. Həqiqətən, Allah fəzl sahibidir insanlar üzərində və lakin əksəriyyəti insanların şükr etmirlər! (62).Bu sizə Allahdır – Rəbbinizdir, Xaliqidir küllü şeyin. Yoxdur Ilahi, ancaq Odur! Nə qədər fırlanan olursunuz! (63).Belə fırlanır o kəslər ki, inkar edirlər ayətlərilə Allahı. (64).Allah – Odur ki, etdi sizin üçün ərzi qərargah, səmanı bina və surətləndirdi sizi və yaxşı surətləndirdi sizi və pak ruzilərdən verdi sizə. Bu sizə Allahdır – Rəbbinizdir. Ucadır Allah – Rəbbidir aləmlərin! (65).O – Diridir, yoxdur Ilahi, ancaq Odur. Çağırın Onu dininizi Onun üçün məxlus edərək! Həmd Allah üçündür, Rəbbidir aləmlərin! (66).De: «Mənə qadağan olunub ibadət etmək o kəslərə ki, çağırırsınız Allahdan başqa, amma elə ki, gəldi mənə bəyanatlar Rəbbimdən və mənə əmr olundu ki, təslim olum Rəbbi üçün aləmlərin!»
«Ğafur» surəsi (40) 67 –77 -ci ayətlər
(67).O – Odur ki, xəlq etdi sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan. Sonra çıxartdı sizi tifil ikən, sonra yetişmək üçün şiddətliyinizə. Sonra ondan ötrü ki, şeyx olasınız. Sizdən kim ki, vəfat edər qabaqcadan və çatmağınız üçün əcələ toxunana və ola ki, əql edəsiniz. (68).O – Odur ki, dirildir və öldürür. Onda ki, qəzavat edir əmrə, ancaq deyir onun üçün: «Ol!» - və olur. (69).Ə, görmürsən o kəsləri ki, mücadilə edirlər ayətlərində Allahın, nə qədər onlar israfkardırlar? (70).O kəslər ki, yalan sayırlar kitab ilə və nə ilə ki, göndərmişik onunla rəsullarımızı, onlar biləcəklər, (71) onda ki, boyunlarına zəncirlər bağlayıb və onları çəkərlər (72) və hamamda olan kimi qaynar suda, sonra odda yandırarlar. (73).Sonra deyilər onlara: «Haradadır şərikləriniz, (74) Allahdan başqa?» Deyərlər: «Zəlil oldular bizdən. Bəli, biz qabaqcadan bir şey çağıran olmadıq!» Belə Allah kafirləri zəlalətdə tərk edər! (75).Bu, sizin üçün ondan ötrüdür ki, fərəhləndiniz ərzdə qeyri haqq və iftixarlı oldunuz! (76).Daxil olun qapılarından cəhənnəmin həmişəlik orada qalmaq üçün! Təkəbbürlülərin yeri çox pisdir! (77).Səbr et! Həqiqətən, vədi Allahın haqdır. Nə vaxt ki, göstərərik sənə bəzisini odur ki, onlara vəd vermişik və ya sənə vəfat bağışlarıq, Bizə tərəf onlar müraciət edəcəklər.
Dostları ilə paylaş: |