«f a t I h ə» s u r ə s I (1)


«Nur» surəsi (24) 11 -20 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə154/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   150   151   152   153   154   155   156   157   ...   325

«Nur» surəsi (24) 11 -20 -ci ayətlər

(11).Həqiqətən, o kəslər ki, gəldilər yalanla, sizdən olan bir dəstədir. Onu sizin üçün şər hesab etməyin! Bəli, o, xeyirdir sizin üçün. Onlardan küllisi üçün günahdan kəsb etdiyi var. Və o kəs ki, onlardan götürdü özünə bundan böyük bir hissə, onun üçün əzəmətli əzab var. (12).Niyə onda ki, bunu eşitdi inanan kişilər və inanan qadınlar, zənn etmədilər öz nəfslərində xeyir və demədilər: «Bu, aşkar yalandır!»? (13).Və niyə onlar bunun üçün dörd şahid gətirmədilər? Onda ki, şahidlərini gətirmədilər – həmin onlardır Allah yanında yalançılar! (14).Əgər olmasaydı üzərinizə fəzli Allahın və rəhməti Onun dünya və axirətdə, onda toxunardı sizə o iftiranın səbəbinə əzəmətli əzab. (15).Onda siz onu dilinizə gətirir və ağzınızla sözlər deyirdiniz ki, ondan elminiz yox idi və hesab edirdiniz onu asan və o, Allah yanında əzəmətlidir. (16).Əgər onda eşitdiniz onu, desəydiniz: «Yaraşmaz bizim üçün ki, bu sözləri danışaq. Sən Sübhansan! Bu, əzəmətli böhtandır». (17).Allah sizə öyüd verir ki, qayıtmayasınız onun mislinə əbədən, əgər siz inananlarsınız (18) və bəyan edir Allah sizin üçün ayətləri və Allah Alimdir, Həkimdir! (19).Həqiqətən, o kəslər məhəbbətlidirlər ki, fahişəlik şaiyə olsun o kəslərdə ki, inanırlar, onlar üçün ələmli əzab var dünya və axirətdə və Allah bilir və siz bilmirsiniz! (20).Və əgər olmasaydı fəzli Allahın üzərinizə və rəhməti Onun… və ona görə ki, Allah Raufdur, Rəhimdir!



«Nur» surəsi (24) 21 -27 -ci ayətlər
(21).Ay o kəslər ki, inanırsınız! Tabe olmayın şeytanın izinə! Kim tabe olarsa şeytanın izinə və həqiqətən, o, əmr edər fahişəliyə və inkar edilənə. Və əgər olmasaydı fəzli Allahın üzərinizə və rəhməti Onun, sizlərdən biriniz əbədən pak ola bilməzdi və lakin Allah pak edər kimi istəsə və Allah Səmidir, Alimdir! (22).Və sizlərdən fəzilət və sərvət sahibləri, yaxınlara və miskinlərə və Allah yolunda hicrət edənlərə əta etməkdən əl çəkməsinlər. Gərək onları bağışlayıb və güzəştə getsinlər. Ə, istəmirsiz ki, Allah da sizi bağışlasın? Və Allah Ğəfurdur, Rəhimdir! (23).Həqiqətən, o kəslər ki, ismətini qoruyan və imanlı qadınlara ki, pis əməldən uzaqdırlar, böhtan atırlar, dünya və axirətdə lənətdə olarlar və onlar üçün əzəmətli əzab var! (24).O gün şəhadət verəcək onların əleyhinə dilləri və əlləri və ayaqları nə ilə ki, əməl ediblər. (25).O gün ki, verər onlara Allah haqq dinlərini və bilərlər ki, Allah – O Haqdır, Mubindir! (26).Xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündür! Və pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündür! Həmin onlar uzaqdırlar nədən ki, deyirlər. Onlar üçündür bağışlanmaq və kəramətli ruzi! (27).Ay o kəslər ki, inanırsınız! Öz evlərinizdən qeyri evlərə daxil olmayın, ta icazə almadan və onun əhlinə salam verin. Bu, sizin üçün xeyirdir, ola ki, zikr edəsiniz!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin